#MAGA hərəkatı

Son bir neçə ildə Kirk-in çıxışları və qısa videoları amerikalı gənclər arasında od kimi yayılırdı. Bəzi kadrlarda onu ABŞ universitetlərində abort məsələsi ətrafında liberal gənclərlə mübahisə edərkən görmək olurdu — o, abortu “körpəyə qarşı qətl” adlandırırdı; bəzilərində cinsi keçid ideyasına qarşı çıxırdı; bəzilərində isə ağdərili amerikalıların silah gəzdirmə hüququnu müdafiə edir, sosial baxımdan mühafizəkar dəyərləri müdafiə edirdi; ya da ABŞ prezidenti Donald Trampın siyasətlərini təbliğ və müdafiə edirdi.

“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.