#Cey Di Vens

ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur. ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.

ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi bəzi respublikaçı namizədlərin seçkilərdə gözlənilən nəticəni göstərə bilməməsi partiya daxilində 2026-cı il aralıq seçkiləri ilə bağlı narahatlığı artırıb. Tramp bu həftə Cənubi Karolinada respublikaçı namizəd Darlene Qrehemə dəstək vermək üçün seçki kampaniyasına qatılıb. Vitse-prezident Cey Di Vens isə Ohayoda başqa bir respublikaçı namizədə dəstək verib. Bu addımlar Trampın şəxsi nüfuzunun onun dəstəklədiyi bütün namizədlərə avtomatik üstünlük qazandırmadığı ilə bağlı narahatlığı üzə çıxarıb.

ABŞ Prezidenti Donald Tramp ilə milyarder İlon Mask arasında 2025-ci ildə yaranan kəskin qarşıdurmadan sonra münasibətlər yenidən normallaşmağa başlayıb. Mask 2024-cü il prezident seçkiləri kampaniyasında Trampa təxminən 300 milyon dollar dəstək verib və onun ikinci prezidentlik dövrünün ilk aylarında Ağ Evdə hökumətin ixtisarı prosesində iştirak edib. Lakin tərəflər 2025-ci ilin iyununda vergi və xərclər qanunu, dövlət müqavilələri və digər məsələlərə görə açıq şəkildə qarşı-qarşıya gəliblər.

ABŞ vitse-prezidenti Cey Di Vens Hörmüz boğazında təhlükəsiz gəmi hərəkətinin bərpası üçün ərazinin minalardan təmizlənməli olduğunu bildirib. Onun sözlərinə görə, İran və Körfəz ölkələri son bir həftə ərzində təhlükəsiz keçidin təmin edilməsi ilə bağlı danışıqlar aparırlar. Bu müzakirələrdə Omanın xüsusi rol oynadığı qeyd edilir. Vens İranın müharibənin əvvəlində Hörmüz boğazında çoxlu sayda mina yerləşdirdiyini iddia edib. Hazırda gəmilərin təhlükəsiz keçməsinə imkan verəcək yeni hərəkət qaydalarının yaradılması müzakirə olunur. ABŞ boğazın minalardan təmizlənməsini zəruri hesab edir. Vaşinqton, həmçinin İrandan ticarət gəmilərinə atəş açılmayacağına dair öhdəlik tələb edir. Bu tədbirlərin Hörmüz boğazında dəniz nəqliyyatının əvvəlki səviyyəyə qayıtması üçün vacib olduğu bildirilir.

ABŞ vitse-prezidenti Cey Di Vens İranın Hörmüz boğazından keçid haqqı almaq planının olmadığını Vaşinqtona bildirdiyini açıqlayıb. Onun sözlərinə görə, İran hakimiyyəti daxilində bəzi şəxslər belə bir ödənişin tətbiqindən danışıblar. Buna baxmayaraq, Tehran ABŞ-yə keçid haqqının tətbiq edilməyəcəyini bildirib. Vaşinqton Körfəz ölkələrinin neft və qaz ixracının müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləyir. Vens İranın da bu istiqamətdə addımlar atacağını ABŞ-yə bildirdiyini deyib. Körfəz ölkələrinin də enerji ixracının əvvəlki səviyyəyə qaytarılmasını istədiyi qeyd olunub. Bununla belə, ABŞ İranın verdiyi vədlərlə kifayətlənmək niyyətində deyil. Vens Vaşinqtonun sözlərdən daha çox İranın atacağı addımları qiymətləndirəcəyini vurğulayıb.

Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüşündə Vaşinqtonu Yəməndə fəaliyyət göstərən husilərə qarşı yeni hərbi zərbələr endirməkdən çəkinməyə çağırıb. Görüş ABŞ və Səudiyyə Ərəbistanının İraqda həyata keçirdiyi birgə əməliyyatlar, həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi və Qırmızı dənizdə iki Səudiyyə tankerinə hücum etdiklərini bildirməsindən sonra baş tutub.

Donald Tramp və Benyamin Netanyahu Ağ Evdə qapalı görüş keçiriblər. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edib. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də danışıqlarda yer alıblar. Fotolar Netanyahunun ofisi tərəfindən yayımlanıb. Görüşün detalları açıqlanmayıb. İran, Livan və Qəzza ilə bağlı məsələlərin gündəmdə olduğu ehtimal edilir. Rəsmi nəticələr hələlik açıqlanmayıb.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens (JD Vance) İsraili Vaşinqtonun İranla müharibəyə son qoymaq məqsədilə apardığı danışıqları pozmağa yönəlmiş kampaniyaları dəstəkləməkdə ittiham edib. Vens iddia edib ki, bu kampaniyada iştirak edən bəzi şəxslər ABŞ Prezidenti Donald Trampın keçmiş seçki kampaniyasında çalışmış bir şəxslə əlaqəlidirlər.

ABŞ Prezidenti Donald Tramp prezident postunda özünə ən uyğun varis kimi vitse-prezident Cey Di Vensi gördüyü bildirilir. Nəşrin yazdığına əsasən, Tramp Respublikaçılar Partiyasının gələcək lideri və növbəti prezident seçkilərində əsas namizədi kimi məhz Cey Di Vensi nəzərdə tutur.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla davam edən danışıqları müsbət qiymətləndirib. O bildirib ki, müzakirələr olduqca uğurla gedir və əldə olunan irəliləyişin davam etdirilməsi üçün iş aparılır. Vensin sözlərinə görə, Prezident Donald Tramp razılaşmaya nail olunması və danışıqların xoş niyyət prinsipi əsasında davam etdirilməsi barədə göstəriş verib. ABŞ rəsmisi İran rəhbərliyi daxilində yeni səhifə açmaq istəyən qüvvələrin olduğunu da qeyd edib. Vaşinqton danışıqlar prosesində müsbət dinamikanın qorunacağına ümid edir. ABŞ və İran arasında təmaslar əsasən texniki məsələlər ətrafında davam edir. Tərəflər mümkün razılaşmanın icrası ilə bağlı müzakirələri davam etdirirlər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın regionda sabitliyi poza biləcək addımlar atacağı təqdirdə Prezident Donald Trampın müxtəlif cavab variantlarına malik olduğunu bildirib. O qeyd edib ki, ABŞ nümayəndə heyəti Dohada İranla dolayı danışıqlar aparır. Danışıqlarda əsas diqqət Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə yönəlib. Vens ABŞ-nin İrana zərbələrinin boğazda təhlükəsiz hərəkətin təmin edilməsi məqsədi daşıdığını iddia edib. İran isə nüvə silahı hazırladığı barədə ittihamları rədd edir və proqramının dinc xarakter daşıdığını bildirir. ABŞ və İran arasında danışıqlar davam edir. Tərəflər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edirlər.

ABŞ-nin Vitse-prezidenti Cey di Vens Kaliforniyadak, ABŞ-nin daxili siyasi dairələri və tarixi skandalları ilə bağlı sensasion iddialarla çıxış edib. Müasir medianın və siyasi mühitin hiper-partizan və fraqmentləşmiş strukturuna diqqət çəkən Vens, "Əgər Uotergeyt skandalı sabah baş versəydi, bu sadəcə 12 saatlıq bir xəbər gündəmi olaraq qalardı. Bu hadisənin bir prezidentin istefasına yol aça biləcəyi düşüncəsi bu gün üçün sadəcə çılğınlıqdır" deyib.