Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində dünya liderlərini Ankarada qəbul edəcək

    6 İyul 2026 20:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəcəb Tayyib Ərdoğan NATO Zirvəsində dünya liderlərini Ankarada qəbul edəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısı çərçivəsində dünyanın aparıcı liderlərini qəbul edəcək.

    VOA xəbər verir ki, zirvə çərçivəsində Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçısı ilə görüşlər keçirəcək. Görüşlərdə ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corca Meloni, Kanadanın Baş naziri Mark Karni, NATO-nun Baş katibi Mark Rütte və digər liderlər iştirak edəcəklər.

    Məlumata görə, iyulun 7-də Rəcəb Tayyib Ərdoğanın Donald Trampla təkbətək görüş keçirməsi və daha sonra birgə mətbuat konfransı təşkil etməsi gözlənilir. Həmin gün Prezident Sarayında dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşlarının şərəfinə rəsmi ziyafət veriləcək.

    Zirvənin ikinci günü liderlər ailə fotosu çəkdirəcək, daha sonra NATO-nun Baş katibi Mark Rüttənin açılış nitqindən sonra iclas keçiriləcək. Toplantının gündəliyində müdafiə xərclərinin artırılması, alyansın çəkindiricilik və müdafiə imkanlarının gücləndirilməsi, Avropa-Atlantik məkanına yönələn təhlükələr, Ukraynadakı vəziyyət və NATO-nun cənub cinahında baş verən son hadisələr müzakirə olunacaq. Zirvəyə 32 üzv ölkənin liderləri ilə yanaşı, yüzə yaxın nazir, yüksək səviyyəli diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar qatılacaqlar.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Ankara #Donald Tramp #Ukrayna #NATO #Emmanuel Makron #Mark Rutte #Avropa-Atlantik təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Melaniya Tramp uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxdı

    21 Avqust 2026 12:05

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.