Ankara iyulun 7-8-də NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısına ev sahibliyi edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir çərçivəsində NATO-ya üzv 32 ölkənin lideri ilə görüşəcək. ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi zirvədə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Müdafiə xərclərinin artırılması, alyansın təhlükəsizlik strategiyası və Avropa-Atlantik məkanındakı təhdidlər əsas müzakirə mövzuları olacaq. Liderlər Ukraynadakı vəziyyət və NATO-nun cənub istiqamətində baş verən son proseslər barədə də fikir mübadiləsi aparacaqlar. Zirvə çərçivəsində ailə fotosu çəkiləcək, rəsmi ziyafət və bir sıra mətbuat konfransları keçiriləcək. Tədbirdə yüzlərlə yüksək vəzifəli nümayəndənin iştirakı gözlənilir. Ankara iki gün ərzində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevriləcək.
#Avropa-Atlantik təhlükəsizliyi
İyulun 7-8-də Ankarada keçiriləcək NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi üçün bütün hazırlıqlar başa çatıb. İştirakçıların sayı, təhlükəsizlik tədbirləri, media infrastrukturu və təşkilati miqyası baxımından tədbirin NATO tarixinin ən genişmiqyaslı zirvələrindən biri olacağı gözlənilir.