Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Zelenskinin Səudiyyə Ərəbistanına ikinci rəsmi səfəri

    24 Aprel 2026 17:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Zelenskinin Səudiyyə Ərəbistanına ikinci rəsmi səfəri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Ukrayna Prezidenti Volodimir Zelenski bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

    VOA xəbər verir ki, Zelenski ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına "anlaşmaları inkişaf etdirmək" üçün gəldiyini duyurub. Avropalı liderlərlə dünən keçirdiyi görüşdə ölkəsi üçün "maliyyə zəmanətləri təmin etdiklərini" bildirən Zelenski, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.

    Zelenski, "Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik, enerji və infrastruktur sahələrindəki razılaşmalarımızı irəli aparırıq. Güclənmənin qarşılıqlı olması vacibdir" ifadələrini işlədərək konstruktiv əməkdaşlığı təqdir etdiyini vurğulayıb. Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan SPA-nın xəbərində isə Zelenskinin Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında rəsmilər tərəfindən qarşılandığı məlumatı verilib.

    Ukrayna Prezidenti Volodimir Zelenski martın 26-da Səudiyyə Ərəbistanına səfər edərək görüşlər keçirmiş, daha sonra Yaxın Şərq turu çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin ardından İordaniyanı ziyarət etmişdi. Zelenski aprelin 1-də sosial media hesabından etdiyi açıqlamada, "Bu gün etibarilə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər ilə artıq əməkdaşlıq edirik. İordaniya ilə işlər davam edir. Bəhreyn, Küveyt və İraq ilə də təmasdayıq" demişdi.

    İranın fırlatdığı PUA-lara qarşı mübarizə aparmaq məqsədilə Körfəz ölkələrinə ukraynalı mütəxəssislər və avadanlıqlar göndərdiklərini bildirən Zelenski, "Hərbi təcrübəmiz artıq bəhrəsini verir. Önləyici sistemlərimiz (önləyici PUA) artıq nəticə verməyə başlayıb" ifadəsini işlətmişdi.

    Zelenski, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Türkiyə və Yaxın Şərq regionuna yaxın müttəfiq ölkələrdə də görüşlər keçirməyə davam etdiyini bildirib. Ukraynada Rusiyanın, Körfəz ölkələrində isə İranın hücumlarına qarşı birgə mübarizə aparılmalı olduğunu vurğulayan Zelenski bunları qeyd edib:

    "Hürmüz boğazında normal naviqasiyanın əngəllənməsi, əslində 2022-ci ildə Rusiyanın limanlarımızı və dənizə çıxışımızı əngəlləməyə çalışdığı dövrdə Ukraynanın qarşılaşdığı çətinliyin eynisidir, sadəcə daha təhlükəli bir miqyasdadır."

    #Səudiyyə Ərəbistanı #Volodimir Zelenski #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran-ABŞ qarşıdurması #ABŞ və İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edəcək - Husilər

    25 İyul 2026 17:09

    Yəmən Səudiyyəyə raket zərbələri endirdib

    25 İyul 2026 14:55

    Yəməndə yenidən genişmiqyaslı müharibə təhlükəsi artır

    24 İyul 2026 20:50

    Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

    24 İyul 2026 18:09

    Husilər Bab əl-Məndəb boğazının bağlanması iddialarını təkzib edib

    24 İyul 2026 18:02

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    23 İyul 2026 21:47

    Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

    23 İyul 2026 19:55

    Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

    23 İyul 2026 19:52

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    23 İyul 2026 18:48

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    23 İyul 2026 18:44

    Avropa İttifaqı husiləri Qırmızı dənizdə hücumları dayandırmağa çağırıb

    23 İyul 2026 18:37

    Pakistanın Baş naziri husilərin Səudiyyə gəmilərinə hücumlarını pisləyib

    23 İyul 2026 18:10
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edəcək - Husilər

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    Yəmən Səudiyyəyə raket zərbələri endirdib

    Prezident İlham Əliyev Milix Yevdayevi təltif edib

    TÜRKPA-dan ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən düzəlişlə bağlı bəyanat

    Hindistanda gənclərin etirazları hökumətə təzyiqi artırır - Yeni danışıqlar gözlənilir

    Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir

    Ukrayna Belarus sərhədini möhkəmləndirməyə davam edir

    Antonio Quterreş Suriyaya səfər edən ilk BMT Baş katibi olacaq

    Si Cinpin Qırğızıstana səfər edəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.