BAKI,VOA, Fərid Mikayılov
Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani İsrailin Suriya ərazisinə yönəlmiş addımlarının regionun təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bəyan edib.
VOA xəbər verir ki, Şeybani bu barədə BMT Baş katibi Antonio Quterreşlə keçirdiyi görüş zamanı danışıb.
Nazirin sözlərinə görə, İsrailin Suriya torpaqlarına qarşı həyata keçirdiyi pozuntular regional sabitliyi sarsıdır və beynəlxalq hüququn prinsiplərinə ziddir.
BMT Baş katibi Antonio Quterreş isə Golan təpələrinin Suriyanın ayrılmaz ərazisi olduğunu vurğulayıb.
Quterreş bildirib ki, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn hər hansı pozuntu qəbuledilməzdir və bu cür addımlar dayandırılmalıdır.