BAKI,VOA Orxan Qədirzadə
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycanla bağlı qəbul edilən düzəlişə dair bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 2026-cı il iyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Azərbaycan Respublikasına qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişi qəbul edib.
TÜRKPA Baş katibi bu təşəbbüsün Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir vaxtda irəli sürülməsindən narahatlığını ifadə edib.
"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır", – deyə bəyanatda bildirilib.
Ramil Həsən TÜRKPA-nın qanunverici orqanları Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırdığını qeyd edib.
Bəyanatda həmçinin vurğulanıb ki, TÜRKPA bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.