Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Yəmən Səudiyyəyə raket zərbələri endirdib

    25 İyul 2026 14:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Yəmən Səudiyyəyə raket zərbələri endirdib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanındakı Kral Xalid aviabazası və bir sıra enerji obyektlərinə raket zərbələri endirdiyini açıqlayıb.

    VOA xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, Yəmənin istehsalı olan ballistik raketlərlə Səudiyyə Ərəbistanının Xamis Müşeyt şəhəri yaxınlığında yerləşən Kral Xalid Hərbi Hava Bazası hədəfə alınıb.

    Bildirilib ki, hücumlar Riyadın Yəmənə qarşı davam etdirdiyi hərbi əməliyyatlara və blokadaya cavab olaraq həyata keçirilib.

    Məlumata əsasən, Yəmən ordusu bundan əvvəl də Səudiyyənin Cizan bölgəsində yerləşən dövlətə məxsus "Saudi Aramco" şirkətinin neft obyektinə bir neçə ballistik raketlə zərbə endirdiyini bəyan edib. İddialara görə, hücumdan sonra Cizanın bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

    Yəmən KİV-i həmçinin Yanbu şəhərində güclü partlayışların baş verdiyini, real vaxt rejimində uçuşları izləyən platformaların isə raket hücumlarından sonra Ər-Riyad və digər şəhərlərə istiqamətlənən bəzi reyslərin marşrutunun dəyişdirildiyini bildirib.

    İddialara görə, Yanbu Şahzadə Əbdülmöhsün bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Cizan Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb.

    Məlumatda qeyd olunub ki, cümə günü axşam saatlarında isə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin Hudeydə vilayətində telekommunikasiya obyektləri və neft anbarlarına aviazərbələr endirib.

    Qeyd: Xəbərdə yer alan məlumatlar Yəmən tərəfinin və yerli media resurslarının açıqlamalarına əsaslanır. Səudiyyə Ərəbistanı tərəfindən bu iddialarla bağlı rəsmi təsdiq verilməyib.

    #Səudiyyə Ərəbistanı #Yəmən #Husilər #Yəmən Silahlı Qüvvələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Husilər Səudiyyə zərbələrinə görə cavab veriləcəyini bəyan edib

    25 İyul 2026 18:33

    Yəmən münaqişəsinin hərbi həlli yoxdur - Əraqçi

    25 İyul 2026 18:04

    Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edəcək - Husilər

    25 İyul 2026 17:09

    Yəməndə yenidən genişmiqyaslı müharibə təhlükəsi artır

    24 İyul 2026 20:50

    Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

    24 İyul 2026 18:09

    Husilər Bab əl-Məndəb boğazının bağlanması iddialarını təkzib edib

    24 İyul 2026 18:02

    Yəməndə ilk qadın xarici işlər naziri kim oldu?

    24 İyul 2026 09:58

    ABŞ Rusiyanın İrana mümkün kəşfiyyat dəstəyini araşdırır

    23 İyul 2026 21:47

    Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

    23 İyul 2026 19:55

    Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

    23 İyul 2026 19:52

    Husilərin yeni hücumlarına görə İran məsuliyyət daşıyacaq - Tramp

    23 İyul 2026 18:48

    ABŞ–Səudiyyə nüvə sazişi İbrahim Sazişlərinə qoşulmaq şərti ilə mümkün olacaq - Tramp

    23 İyul 2026 18:44
    XƏBƏR LENTİ

    İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    Husilər Səudiyyə zərbələrinə görə cavab veriləcəyini bəyan edib

    İran rəsmisi ABŞ və İsrailə qarşı cavab əməliyyatlarının davam edəcəyini bildirib

    İordaniya məskunlaşmaçıların hücumlarına görə İsraili məsul sayır

    İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində azı 66 fələstinlini saxlayıb

    ABŞ-ın Hörmüz boğazında ayrıca marşrut açması memorandumun şərtlərinə uyğun deyil - Əraqçi

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    ABŞ İrana təzyiq üçün "isti-soyuq" strategiyasından istifadə edir

    Yəmən münaqişəsinin hərbi həlli yoxdur - Əraqçi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.