BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ilə mülki nüvə enerjisi sahəsində imzalanacaq saziş yalnız krallığın Əbrahəm Sazişlərinə qoşulacağı təqdirdə təsdiqlənəcək.
VOA xəbər verir ki, Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında nəzərdə tutulan mülki nüvə sazişinin hərbi məqsədlər daşımadığını vurğulayıb.
O qeyd edib ki, saziş yalnız dinc məqsədlərlə nüvə enerjisindən istifadəni əhatə edəcək və onun çərçivəsində uranın zənginləşdirilməsinə icazə verilməyəcək.
Trampın sözlərinə görə, bu model İran, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mövcud olan mülki nüvə proqramlarına bənzər prinsiplərə əsaslanacaq.
ABŞ Prezidenti bildirib ki, sözügedən saziş yalnız Səudiyyə Ərəbistanının Əbrahəm Sazişlərinə qoşulması halında təsdiqlənəcək.
İbrahim Sazişləri 2020-ci ildə İsrail ilə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması məqsədilə imzalanmış razılaşmalar paketidir.