BAKI,VOA, Nailə Babazadə
İranın paytaxt Tehrana gələn Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi yüksək rütbəli nümayəndə heyəti ilə keçiriləcək görüşdən sonra ABŞ ilə müzakirələrin növbəti mərhələsi barədə qərar verəcəyi elan edilib.
VOA xəbər verir ki,İranın "Tasnim" xəbər agentliyinin yüksək rütbəli rəsmi mənbəyə istinadən yaydığı məlumatda bildirilir ki, Tehran administrasiyası Pakistan heyəti ilə danışıqlar apardıqdan sonra lazımi təhlilləri tamamlayacaq və Vaşinqtonla diplomatik prosesin davam etdirilməsi ilə bağlı yekun mövqeyini müəyyənləşdirəcək.
Xəbərdə həmçinin qeyd olunur ki, Livandakı atəşkəs İranın müzakirələrin növbəti raundu üçün qəbul edəcəyi qərarda müsbət siqnal hesab oluna bilər. Bununla belə, Tehran tərəfi ABŞ-ın danışıqlardan əvvəl təqdim olunan çərçivə sazişinə sadiq qalmasının vacibliyini xüsusi vurğulayıb. Bu diplomatik təmasların bölgədəki gərginliyin azaldılması və tərəflər arasında yeni bir yol xəritəsinin cızılması üçün kritik əhəmiyyət kəsb etdiyi bildirilir.