Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    Suriyada saxlanılan minlərlə şəxs İraqa köçürülüb: azyaşlılarla bağlı suallar yaranıb

    25 Avqust 2026 19:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyada saxlanılan minlərlə şəxs İraqa köçürülüb: azyaşlılarla bağlı suallar yaranıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Araşdırmaya görə, 2026-cı ilin əvvəlində Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin nəzarətindəki həbsxanalardan minlərlə suriyalı məhbus İraqa köçürülüb. Köçürülmə zamanı bütün şəxslərlə bağlı ayrıca məhkəmə araşdırmasının aparılmadığı, onların arasında azyaşlılar və İŞİD-lə əlaqəsi sənədlərlə təsdiqlənməyən şəxslərin də olduğu bildirilib.

    Suriya araşdırma jurnalistikası qurumu “Sirac”ın aylarla apardığı araşdırma yüzlərlə rəsmi sənədin və 50-dən çox məhkəmə işi və şahid ifadəsinin incələnməsinə əsaslanıb.

    Məlumatlara əsasən, köçürülənlərin sayı ilə bağlı fərqli rəqəmlər açıqlanıb. “Human Rights Watch” 5 700 nəfərin köçürüldüyünü bildirərkən, İraq hakimiyyəti ümumilikdə 5 704 məhbusun İraqa aparıldığını, onların 3 543-nün suriyalı olduğunu açıqlayıb. Suriya İnsan Haqları Şəbəkəsi isə azı 4 743 suriyalının köçürüldüyünü sənədləşdirib.

    Araşdırmada bəzi şəxslərin İŞİD-lə əlaqəsinin yalnız yerli şikayətlər və ya əvvəllər qruplaşmanın nəzarətində olan ərazilərdə yaşamaq kimi meyarlar əsasında müəyyənləşdirildiyi iddia olunur. Bu vəziyyətin uşaqların və mülki şəxslərin də terror təşkilatına bağlı kimi təsnif edilməsinə səbəb ola biləcəyi vurğulanır.

    Sənədlərdə 14 və 16 yaşında həbs edilən şəxslərin də İraqa köçürülənlər arasında olduğu göstərilir. Bəzi digər şəxslərin isə İŞİD-ə deyil, Suriya daxilindəki başqa silahlı qruplara və ya siyasi fəaliyyətə görə saxlanıldığı bildirilir. Türkiyədə uzun illər yaşamış və müvəqqəti müdafiə sənədi olan bir suriyalının da sonradan İraqa göndərildiyi qeyd olunur.

    Hüquqşünaslar hesab edir ki, minlərlə şəxsin fərdi məhkəmə qərarları olmadan köçürülməsi ciddi hüquqi suallar doğurur. Xüsusilə təqsirləndirilən şəxslərin Suriyada törədildiyi iddia olunan əməllərinə dair sübut və şahidlərin İraqdakı məhkəmələr üçün əlçatan olub-olmaması əsas problemlərdən biri kimi göstərilir.

    Araşdırmada İraqa köçürülən suriyalılardan Yaser Əli Məhəmmədin işi də nümunə kimi göstərilir. Bağdad Mərkəzi Cinayət Məhkəməsi 28 aprel 2026-cı ildə onun barəsində kifayət qədər sübut olmadığına görə bəraət hökmü çıxarıb və dərhal azad edilməsinə qərar verib.

    Araşdırma köçürülmə prosesinin hüquqi əsasları, fərdi məhkəmə araşdırmalarının aparılıb-aparılmaması və saxlanılanlar arasında həqiqətən İŞİD üzvlərinin kimlər olduğu barədə sualların açıq qaldığını göstərir.

    #Human Rights Watch #Suriya Demokratik Qüvvələri #Suriya həbsxanaları #fərdi məhkəmə araşdırması #Suriya-İraq münasibətləri #Məhbusların hüquqları #Suriya hüquqi problemləri #İŞİD-lə mübarizə #Suriya İnsan Haqları Şəbəkəsi #İraq məhkəmələri #İŞİD şübhəliləri #Suriyada saxlanılan azyaşlılar #İraqa köçürülən məhbuslar #Suriya məhbusları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-ın hücumları nəticəsində bir ildə neçə mülki şəxs həlak olub?

    20 Avqust 2026 06:00

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi

    6 Aprel 2026 09:00

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    8 Fevral 2026 02:00

    Türkiyə Hələbdəki toqquşmaların dayandırılması üçün Dəməşqə dəstəyə hazır olduğunu açıqladı

    8 Yanvar 2026 18:32

    SDQ ilə danışıqlar dayandırılıb, yekun cavab 28 dekabrda veriləcək - Dəməşq

    25 Dekabr 2025 19:26

    İraq müharibəsinin başqa bir memarı - Kondoliza Rays kimdir?

    14 Noyabr 2025 12:17

    SDQ terrorçuları Suriya hökümətini hücumlar təşkil etməkdə ittiham edir

    6 Oktyabr 2025 04:00

    Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq

    21 Sentyabr 2025 09:10

    ABŞ Çini uyğurların məcburi əməyinə görə sanksiyalarla təzyiq altına alır - Çin bu faktı inkar edir

    7 Sentyabr 2025 09:29

    Suriyada ərəb qəbilələrinin SDQ əleyhinə üsyanı an məsələsidir

    2 Sentyabr 2025 10:51

    Suriya və Türkiyə ordusu böyük əməliyyata hazırlaşır

    18 Avqust 2025 15:14
    XƏBƏR LENTİ

    Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

    Pakistan İranın Hörmüz şərtlərini Vaşinqtona çatdırmağa çalışır

    Tehran Hörmüz boğazı üzərində suveren hüquqa malik olduğunu bildirib

    İsrailin BMT mərkəzinə basqını beynəlxalq hüququ pozur - Fələstin

    Fransanın ən böyük bankı Səudiyyə Ərəbistanında regional baş qərargah açmaq üçün icazə alıb

    ABŞ-nin yeni sanksiyalarından sonra Tehranda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb

    İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

    Yəməndə qanuni hökumət husilərin media təbliğatına son qoyur

    Suriyada saxlanılan minlərlə şəxs İraqa köçürülüb: azyaşlılarla bağlı suallar yaranıb

    BMT İsrail qüvvələrinin Qələndiyadakı obyektə daxil olmasına etiraz edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.