BAKI,VOA
İsrailin müdafiə naziri İsrael Katz Suriyanın cənubundakı ərazilərə səfər edib və İsrailin bölgədə hərbi mövcudluğunu qoruyacağını bildirib.
Katz İsrailin Qolan təpələrindəki Şeyx dağı və Suriyada yaradılan təhlükəsizlik zonasından təhdidlər davam etdiyi müddətdə çıxmayacağını deyib.
İsrailin müdafiə naziri Suriya Prezidenti Əhməd əş-Şəraaya mesaj göndərərək, Dəməşqdəki prezident sarayından Şeyx dağına baxarkən İsrail qüvvələrini görməsinin ölkəsinin sərhədlərini və yaşayış məntəqələrini qorumaq məqsədi daşıdığını bildirib.
Katz, həmçinin Türkiyənin Suriyada mövqelənmək cəhdlərinin İsrailin təhlükəsizlik maraqlarına təhdid yaratdığını və İsrailin buna qarşı addımlar atdığını iddia edib.
Bəşşar Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra İsrail Suriyaya yüzlərlə hava zərbəsi endirib və Qolan təpələri yaxınlığındakı bufer zonadan kənarda hərbi mövcudluğunu genişləndirib.
İsrail hökuməti Suriyanın cənubunda silahsızlaşdırılmış zona yaradılmasını istədiyini açıqlayıb və ölkə rəsmiləri bölgədəki qüvvələrin geri çəkilməyəcəyini dəfələrlə vurğulayıb