Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib

    16 Dekabr 2025 10:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sudan yenidən dünyanın ən ağır humanitar böhranı olan ölkəsi seçilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) yaydığı qlobal humanitar böhranlar üzrə izləmə siyahısına görə, Sudanda davam edən münaqişə on minlərlə insanın həyatına son qoyduğu bir vaxtda ölkə yenidən siyahının ilk sırasında yer alıb.

    AzerVoice xəbər verir ki, Sudan bu siyahıya ardıcıl üçüncü dəfə başçılıq edir. Siyahı çərşənbə axşamı dərc olunub və yeni və ya daha da pisləşə biləcək humanitar fövqəladə vəziyyət riski altında olan 20 ölkəni əhatə edir.

    IRC-nin baş icraçı direktoru Devid Miliband açıqlamasında bildirib.

    “IRC-nin sahədə müşahidə etdikləri faciəvi bir təsadüf deyil. Dünya sadəcə böhranlara cavab verməkdə aciz qalmır; görülən addımlar və deyilən sözlər bu böhranları yaradır, uzadır və hətta mükafatlandırır.” - deyə qeyd edib.

    “O cümlədən bu il ardıcıl üçüncü dəfə İzləmə Siyahısında birinci yerdə qərarlaşan Sudan böhranının miqyası və artıq tarixdə qeydə alınmış ən böyük humanitar böhrana çevrilməsi bu nizamsızlığın açıq göstəricisidir.” - deyə Devid vurğulayıb.

    Sudanda müharibə 2023-cü ilin aprelində mülki idarəçiliyə keçid planları ərəfəsində Sudan ordusu ilə yarımhərbi Sürət Dəstək Qüvvələri arasında hakimiyyət uğrunda mübarizə nəticəsində başlayıb və dünyanın ən böyük köçkünlük böhranına səbəb olub. Davam edən müharibə nəticəsində artıq 12 milyondan çox insan yerindən didərgin düşüb. Humanitar yardım işçiləri qaçan insanlara kömək etmək üçün kifayət qədər resurslara malik deyil; bu insanlar arasında zorakılığa məruz qalan, talan edilən və yaxınlarını itirənlər çoxdur.

    Siyahıya əsasən, Sudandan sonra Fələstin əraziləri, Cənubi Sudan, Efiopiya və Haiti gəlir.

    IRC bildirib ki, bu ölkələr dünya əhalisinin cəmi 12 faizinə ev sahibliyi etsələr də, humanitar yardıma ehtiyacı olan insanların 89 faizi məhz bu ölkələrin payına düşür. Eyni zamanda, 2029-cu ilə qədər dünyadakı ifrat yoxsulların yarıdan çoxunun bu ölkələrdə yaşayacağı proqnozlaşdırılır.

    Siyahıda yer alan digər ölkələr isə Myanma, Konqo Demokratik Respublikası, Mali, Burkina-Faso, Livan, Əfqanıstan, Kamerun, Çad, Kolumbiya, Niger, Nigeriya, Somali, Suriya, Ukrayna və Yəməndir.

    #Fələstin #Sudan #Haiti #Beynəlxalq Xilasetmə Komitəsi #Efiopiya #Sudanın yenidən qurulması #Sudan iqtisadi inkişaf #Sudan ordusu və RSF münaqişəsi #Sudanda humanitar böhran #Sudanda xolera epidemiyası #Sudanda səhiyyə böhranı #Sudanda yağış və sel fəlakətləri #Sudanda müharibənin səhiyyəyə təsiri #Sudanda səhiyyə sisteminin çöküşü #Sudan müharibəsi 2023 #Sudan toqquşmaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33
    XƏBƏR LENTİ

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.