CNN, araşdırma jurnalistikası platforması Lighthouse Reports ilə birgə eksklüziv hesabatında Sudan ordusu və ona bağlı milislər tərəfindən həyata keçirilən etnik motivli zorakılıq kampaniyasını üzə çıxarıb.
#Sudanda müharibənin səhiyyəyə təsiri
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) yaydığı qlobal humanitar böhranlar üzrə izləmə siyahısına görə, Sudanda davam edən münaqişə on minlərlə insanın həyatına son qoyduğu bir vaxtda ölkə yenidən siyahının ilk sırasında yer alıb. Sudan bu siyahıya ardıcıl üçüncü dəfə başçılıq edir. Siyahı çərşənbə axşamı dərc olunub və yeni və ya daha da pisləşə biləcək humanitar fövqəladə vəziyyət riski altında olan 20 ölkəni əhatə edir. IRC-nin baş icraçı direktoru Devid Miliband açıqlamasında bildirib.
Səudiyyə Ərəbistanı və Misir Sudanda dərhal atəşkəsə nail olunmasının və ölkənin birliyini, suverenliyini qoruyacaq hərtərəfli siyasi prosesin başlamasının vacibliyini bir daha vurğulayıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanın Darfur bölgəsinin ən böyük şəhəri Faşirin Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən ələ keçirilməsindən sonra qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslərə qarşı zorakılığın davam etdiyi barədə xəbərdarlıq edib. BMT Baş Katibinin sözçü müavini Farhan Haq gündəlik mətbuat konfransında Sudandakı vəziyyəti şərh edib. O bildirib ki, Faşir şəhərində və ətrafında qadınlar, uşaqlar və digər dinc sakinlər hələ də zorakılığa məruz qalır.
Sudan Həkimlər Birliyi ölkənin qərbində yerləşən Şimali Darfur əyalətinin paytaxtı Faşir şəhərində 177 min nəfərin hələ də mühasirədə qaldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib. Birlikdən yayılan açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən “vəhşi qırğın və humanitar fəlakət” kəskin şəkildə pislənib. Bəyanatda vurğulanıb ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tammiqyaslı müharibə cinayətidir.”
Cənubi Sudanda humanitar fəlakət getdikcə dərinləşir. Milyonlarla uşaq və qadın aclıq səbəbilə ölümlə üz-üzədir. BMT-nin dəstəklədiyi hesabat və beynəlxalq təşkilatların məlumatlarına görə, böhranın əsas səbəbləri ölkədəki korrupsiya, beynəlxalq yardımların azalması və şiddətin artmasıdır. Bor şəhərindəki xəstəxanada cəmi 14 aylıq uşaq – Adot Dyor – ciddi arıqlamış vəziyyətdə anasının qucağında müalicə gözləyir. Onun anası kimi 1,1 milyon hamilə və süd verən qadın qidalanma çatışmazlığı yaşayır. Hesabatda qeyd olunur ki, 5 yaşınadək 2,3 milyon uşaq müalicəyə ehtiyac duyur, onlardan 700 mindən çoxu həyati risk daşıyan ağır qida çatışmazlığından əziyyət çəkir.