#Efiopiya

ABŞ və Efiopiya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni strateji çərçivəyə keçirilməsi Vaşinqtonun Afrikanın Buynuzu regionunda artan maraqlarını və Əddis-Əbəbənin regional ambisiyalarını ön plana çıxarıb. Efiopiya ilə ABŞ arasında avqustun 21-də elan olunan yeni hərbi anlaşma iki ölkənin müdafiə əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur. Efiopiya hərbi nümayəndə heyətinin Vaşinqtona səfərindən sonra əldə olunan razılaşma həm hərbi təlimlərin, həm də gələcəkdə müdafiə sahəsində daha geniş əməkdaşlığın əsasını yarada bilər.

Cənubi Afrika Daxili İşlər Nazirliyi Malavi, Nigeriya və Efiopiyadan miqrantların ölkədən çıxarılması üçün çəkilən xərclərin bir hissəsinin ödənilməsini tələb edib. Nazirliyin məlumatına görə, bu il deportasiya və geri qaytarma əməliyyatlarına 292 milyon rand (təxminən 18 milyon dollar) xərclənib. Xərclərin əsas hissəsi miqrantların daşınması, müvəqqəti mərkəzlərin yaradılması və əməkdaşların əlavə iş saatlarına yönəlib.

Liviyanın şərq hissəsinə nəzarət edən hakimiyyət orqanları ölkəyə giriş qaydalarını sərtləşdirərək Sudan, Eritreya, Efiopiya və Somali vətəndaşlarının ölkəyə daxil olmasını qadağan edib. Qərarın Avropaya yönələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıdığı bildirilir. Məlumata görə, qərar Liviyanın Aralıq dənizi sahillərindən Avropaya keçməyə çalışan miqrantların sayının artması fonunda qəbul edilib. Şimali Afrika ölkəsi uzun illərdir Avropaya çatmaq istəyən minlərlə insan üçün əsas tranzit marşrutlardan biri hesab olunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin dəvəti ilə bu gün həmin ölkəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlərin müzakirəsi gözlənilir. Türkiyənin Afrika ilə qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında həyata keçirdiyi siyasət çərçivəsində Prezident Ərdoğan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə yola düşəcək.

Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif şənbə günü təşkilatın Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 39-cu sammitinin açılışında Fələstin xalqının "məhv edilməsinə" son qoyulmalı olduğunu bildirib. Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusif şənbə günü təşkilatın Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən 39-cu sammitinin açılışında Fələstin xalqının "məhv edilməsinə" son qoyulmalı olduğunu bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampın Misir və Efiopiya arasında Nil çayı suları ilə bağlı yaranmış mübahisəni həll etmək üçün təqdim etdiyi vasitəçilik təklifini yüksək qiymətləndirdiyini bildirib. Şənbə günü sosial media hesabı vasitəsilə açıqlama verən Sisi, Trampın məktubuna cavab olaraq Misirin mövqeyini və Efiopiyanın "Böyük Efiopiya İntibah Bəndi" (GERD) layihəsi ilə bağlı su təhlükəsizliyi qayğılarını bir daha təsdiqlədiyini qeyd edib.