#Sudan

2026-cı il fevralın 28-də Cənubi Darfur əyalətinin mərkəzi Nyala şəhərində qadın hüquqları ilə bağlı təlim seminarına basqın edilib, 5 qadın jurnalist həbs olunaraq naməlum təcridxanalara aparılıb və onların sonrakı taleyi gizli saxlanılıb. Həbsdən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, nəzarətdə olan ərazilərdə media nümayəndələrini susdurmağa yönəlmiş addımlar fonunda onların vəziyyəti ağır olaraq qalır.

Yeni peyk görüntüləri Sudanın paytaxtı Xartumdakı Ordu Baş Qərargahı kompleksində və onun ətrafında genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını göstərir. "Əl-Cəzirə" telekanalının Açıq Mənbələr Bölməsi tərəfindən təhlil edilən görüntülərə əsasən, Sudan Silahlı Qüvvələri kompleksdə köhnə tikililərin sökülməsi, ərazilərin yenidən planlaşdırılması və yeni obyektlərin inşasını əhatə edən genişmiqyaslı yenidənqurma proqramına başlayıb.

Sudanda davam edən müharibə fonunda islamçı cərəyanın gələcəyi ciddi sual altına düşüb. Ordu ətrafında formalaşan yeni hərbi-siyasi ittifaqlar arasında maraq ziddiyyətləri mövcuddur. İslamçı qruplar daxili parçalanma və beynəlxalq təzyiqlərlə üzləşir. Bir qrup kompromis və siyasi prosesə inteqrasiyanı dəstəkləyir, digəri isə mövqelərini qorumağa çalışır. Analitiklər onların gələcəyinin qeyri-müəyyən olduğunu bildirir.

Liviyanın şərq hissəsinə nəzarət edən hakimiyyət orqanları ölkəyə giriş qaydalarını sərtləşdirərək Sudan, Eritreya, Efiopiya və Somali vətəndaşlarının ölkəyə daxil olmasını qadağan edib. Qərarın Avropaya yönələn qeyri-qanuni miqrasiya axınının qarşısını almaq məqsədi daşıdığı bildirilir. Məlumata görə, qərar Liviyanın Aralıq dənizi sahillərindən Avropaya keçməyə çalışan miqrantların sayının artması fonunda qəbul edilib. Şimali Afrika ölkəsi uzun illərdir Avropaya çatmaq istəyən minlərlə insan üçün əsas tranzit marşrutlardan biri hesab olunur.

Sudanda təxminən iki il davam edən və ölkəni dərin humanitar böhrana sürükləyən dağıdıcı müharibədən sonra paytaxt Xartumda həyat yenidən canlanmağa başlayıb. 21 may 2025-ci ildə Sudan ordusunun şəhər üzərində tam nəzarəti təmin etməsindən sonra hökumət paytaxtın infrastrukturunu bərpa etmək və dövlət institutlarını geri qaytarmaq üçün genişmiqyaslı addımlar atıb. Bu bərpa prosesinin ən mühüm mərhələsi kimi, 2026-cı ilin yanvarında müvəqqəti inzibati mərkəz olan Port-Sudandan bütün dövlət qurumlarının rəsmən Xartuma qayıtması qeyd olunub.

Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan çərşənbə axşamı Maskatda Oman sultanı Heysəm bin Tariq ilə görüşərək bu Afrika dövlətindəki hadisələri müzakirə edib.Sultan Omanın Sudanın təhlükəsizliyi, sabitliyi və rifahına verdiyi dəstəyi ifadə edib. Əl-Burhan artıq dördüncü ilinə qədəm qoyan Sudandakı münaqişənin dialoq və dinc yollarla həlli, habelə milli birliyin gücləndirilməsi istiqamətində Omanın göstərdiyi səyləri yüksək qiymətləndirib. Agentlik əlavə edib ki, hər iki tərəf tərəfdaşlıq sahələrinin genişləndirilməsinin və konstruktiv əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sudanın keçmiş mədən naziri Əbdülbaqi əl-Cilani ölkədəki mədən qəzalarını kəskin şəkildə diaqnoz edir: "Dünyada bir təyyarənin qəzaya uğraması bütün uçuşların təhlükəli olduğu mənasına gəlmir, lakin Sudan istisna olmaqla, qızıl mədənlərindəki qəzalar artıq bir həqiqətdir" Əl-Cilani bildirib ki, hər il dünyanın müxtəlif yerlərində mədən qəzaları baş verə bilər, lakin Sudanda bu artıq gündəlik xəbərə çevrilib. Onun fikrincə, bunun əsas səbəbi elmin kənara itələnməsi və qeyri-peşəkarlığın (xaotik qazıntıların) hakim olmasıdır.

BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü verdiyi bəyanatda Sudan müharibəsinin üçüncü ildönümünün "faciəvi bir mərhələ" olduğunu bildirib və bu "kabusa" son qoymağa çağırıb. Berlin şəhərində keçirilən beynəlxalq donorlar toplantısına video-ismarıçla qatılan Quterreş Sudanın böyük vədlər verən bir ölkədən dünyanın ən böyük humanitar böhran ocağına çevrildiyini vurğulayıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, Sudanın Qərbi Kordofan bölgəsində məcburi köçkün düşərgəsinə endirilən dron zərbəsi nəticəsində azı 15 uşaq ölüb. UNICEF-in 18 fevral tarixli bəyanatında bildirilir: 16 fevralda Əl-Sunut ərazisində yerləşən məcburi köçkün düşərgəsinə dron zərbəsi endirilib, nəticədə azı 15 uşaq həlak olub, 10 uşaq yaralanıb.