Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    ABŞ və Efiopiya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni strateji çərçivəyə keçirilməsi Vaşinqtonun Afrikanın Buynuzu regionunda artan maraqlarını və Əddis-Əbəbənin regional ambisiyalarını ön plana çıxarıb.

    Efiopiya ilə ABŞ arasında avqustun 21-də elan olunan yeni hərbi anlaşma iki ölkənin müdafiə əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur. Efiopiya hərbi nümayəndə heyətinin Vaşinqtona səfərindən sonra əldə olunan razılaşma həm hərbi təlimlərin, həm də gələcəkdə müdafiə sahəsində daha geniş əməkdaşlığın əsasını yarada bilər.

    Razılaşmanın konkret hərbi öhdəlikləri barədə geniş məlumat açıqlanmasa da, tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı strateji çərçivədə inkişaf etdirmək niyyətlərini bəyan ediblər. ABŞ hərbçilərinin Efiopiyada sülhməramlılıq mərkəzində təlimlər keçirməsi də bu prosesin praktiki istiqamətlərindən biri kimi qiymətləndirilir.

    Vaşinqtonla yaxınlaşma Əddis-Əbəbəyə nə verir?

    Efiopiya Afrikanın ən böyük və ən təcrübəli ordularından birinə malik ölkələrdən biridir. Təxminən 150 min aktiv hərbçisinin olduğu bildirilən Efiopiya ordusu şəhər döyüşləri, dağlıq ərazilərdə əməliyyatlar və üsyanlara qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malikdir.

    ABŞ-la münasibətlərin müdafiə sahəsində yeni mərhələyə keçməsi isə Əddis-Əbəbə üçün yalnız hərbi məsələ deyil. Bu əməkdaşlıq ölkənin regional güc statusunu möhkəmləndirmək və təhlükəsizlik məsələlərində daha geniş beynəlxalq dəstək qazanmaq cəhdi kimi də qiymətləndirilə bilər.

    ABŞ-ın 2026-cı il mayın 11-də Efiopiyaya silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması da diqqət çəkir. Bu qərar gələcəkdə Efiopiyanın ABŞ istehsalı hərbi texnikaya çıxış imkanlarını genişləndirə bilər.

    Əsas mesaj Misirədir

    Vaşinqtonla hərbi əlaqələrin gücləndirilməsinin ən mühüm regional ünvanlarından biri Misirdir. Bunun əsas səbəbi Nil çayı və Efiopiyanın Böyük Efiopiya İntibah Barajıdır.

    Qahirə uzun illərdir Əddis-Əbəbənin Nilin sularından istifadəsi ilə bağlı siyasətini milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Efiopiyanın ABŞ kimi qlobal hərbi və siyasi güclə müdafiə əlaqələrini gücləndirməsi Misir üçün Əddis-Əbəbənin danışıqlardakı mövqeyinin möhkəmlənməsi ehtimalını artırır.

    Efiopiya isə Vaşinqtonla yaxınlaşma vasitəsilə həm Nil məsələsində, həm də Qırmızı dənizə çıxışla bağlı planlarında öz mövqeyinin nəzərə alınmasını istəyir.

    Qırmızı dənizə çıxış məsələsi

    Efiopiyanın digər böyük strateji hədəfi dənizə çıxış əldə etməkdir. Dənizə çıxışı olmayan ölkə Qırmızı dənizə çıxış üçün xüsusilə Somaliland istiqamətində imkanlar axtarır.

    Bu siyasət isə Misirdən başqa Somali və Eritreyanı da narahat edir. Əddis-Əbəbənin dənizə çıxış əldə etməsi Afrikanın Buynuzu və Bab əl-Məndəb ətrafında güc balansını əhəmiyyətli şəkildə dəyişə bilər.

    Eritreya üçün təhlükə siqnalı

    Eritreya Efiopiyanın regional gücünün artmasını ən ciddi narahatlıqla izləyən ölkələrdən biridir. İki ölkə arasında uzunmüddətli müharibə və qarşıdurma tarixi mövcuddur.

    Eritreyanın Qırmızı dəniz sahilində Massava və Əseb kimi limanlara sahib olması məsələnin əhəmiyyətini daha da artırır. Efiopiyanın hərbi imkanlarının ABŞ-ın dəstəyi ilə genişlənməsi Əsmərənin təhlükəsizlik hesablamalarına birbaşa təsir göstərə bilər.

    Somali ilə qarşıdurma xətti

    Somali də Əddis-Əbəbənin dənizə çıxış planlarına qarşı çıxan əsas aktorlardandır. Xüsusilə Efiopiyanın Somalilandla əldə etdiyi razılaşmalar Somali hökumətinin sərt reaksiyasına səbəb olub.

    Moqadişonun Pakistanla müdafiə əməkdaşlığını genişləndirməsi və Türkiyənin Somalidə mühüm hərbi mövcudluğa malik olması regiondakı rəqabətin artıq yalnız Efiopiya–Somali müstəvisində qalmadığını göstərir.

    Türkiyə üçün də yeni mesaj

    Efiopiya–ABŞ yaxınlaşması Türkiyə üçün də əhəmiyyət daşıyır. Ankara son illərdə Əddis-Əbəbə ilə müdafiə əlaqələrini inkişaf etdirib və Efiopiyaya Bayraktar TB2 pilotsuz uçuş aparatlarının verilməsi bu əməkdaşlığın ən diqqətçəkən nümunələrindən biri olub.

    Eyni zamanda Türkiyənin Somali ilə dərin hərbi və siyasi əlaqələri Ankaranı Afrikanın Buynuzunda yaranan yeni güc balansının əsas iştirakçılarından birinə çevirir.

    Çinə də mesaj

    Efiopiyanın BRICS-ə qoşulması ölkənin Çin və Rusiya ilə iqtisadi-siyasi əlaqələrinin güclənməsinə səbəb olmuşdu. Lakin Vaşinqtonla müdafiə sahəsində yeni mərhələnin başlanması Əddis-Əbəbənin Qərblə münasibətləri də prioritet olaraq saxladığını göstərir.

    Beləliklə, ABŞ–Efiopiya hərbi əməkdaşlığı təkcə iki ölkənin müdafiə münasibətlərinin genişlənməsi deyil. Bu addım Nil hövzəsi, Qırmızı dəniz, Bab əl-Məndəb və Afrikanın Buynuzu ətrafında formalaşan daha geniş geosiyasi rəqabətin yeni mərhələsi kimi görünür.

    Əddis-Əbəbə üçün əsas məqsəd isə aydındır: həm daxildə, həm Misirlə Nil mübahisəsində, həm də Qırmızı dənizə çıxış məsələsində regional çəkisini artırmaq.

    #Türkiyə #Rusiya #ABŞ #Ankara #Çin #Afrika #Somali #Vaşinqton #Efiopiya #Nil çay
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb

    28 Avqust 2026 12:40

    ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

    28 Avqust 2026 11:40

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    28 Avqust 2026 11:18

    Rusiya Hörmüz boğazı məsələsində kifayət qədər yaxşı davranıb - Tramp

    27 Avqust 2026 22:21

    ABŞ-nin İrana qarşı iqtisadi mühasirəsi uğursuz olacaq - Qalibaf

    27 Avqust 2026 22:17

    Putin NATO ölkəsinə hücum etməyəcək - Tramp

    27 Avqust 2026 21:54

    Tibetdə 5 bal gücündə zəlzələ baş verib

    27 Avqust 2026 21:13

    Nvidia ABŞ-də siyasi fəaliyyət komitəsi yaradır

    27 Avqust 2026 20:27

    Hörmüz boğazında tanker naməlum mərmi ilə vurulub

    27 Avqust 2026 19:59

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    27 Avqust 2026 19:47

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    27 Avqust 2026 18:56
    XƏBƏR LENTİ

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

    Rusiya Kiyev və Odessadakı obyektlərə zərbələr endirib

    Norveç Kralı vəfat etdi

    Cakarta və Küveyt arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

    Qüdsdə rahibəyə hücum edən israilli məskun niyə bəraət aldı?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.