Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    ABŞ şərtlərimizi qəbul edərsə, danışıqlara hazırıq - İran

    19 Noyabr 2025 15:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ şərtlərimizi qəbul edərsə, danışıqlara hazırıq - İran
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İran Xarici Əlaqələr üzrə Strateji Şura rəhbəri və ölkə lideri Əli Xameneinin baş müşaviri Kamal Xarazi bildirib ki, Tehran “bərabər status və qarşılıqlı hörmət” şərtilə ABŞ-la danışıqlara başlaya bilər.

    AzerVoice xəbər verir ki, ABŞ mərkəzli CNN-ə danışan Xarazi, İran–ABŞ münasibətləri ilə bağlı sualları cavablandırıb.

    “Əgər qarşılıqlı hörmət və bərabərlik əsasında, mövzu və danışıqların çərçivəsi əvvəlcədən müəyyən olunarsa, biz buna – ABŞ-la danışıqlara – hazırıq.” - deyə Xarazi qeyd edib.

    Onun sözlərinə görə, ilk addımı ABŞ atmalıdır: “Bizim irəli sürdüyümüz şərtlər çərçivəsində bizimlə əlaqəyə girməyə hazır olduqlarını göstərməlidirlər.”

    Xarazi İranın nüvə fəaliyyətlərinin davam edəcəyini vurğulayıb.

    “Uranın zənginləşdirilməsini davam etdirməliyik. Çünki nüvə elektrik stansiyalarımız və tibbi fəaliyyətlərimiz üçün yanacağa ehtiyacımız var. Zənginləşdirməni dayandıra bilmərik, amma səviyyəsi müzakirə oluna bilər.”- deyə o əlavə edib.

    O həmçinin bildirib ki, İran ballistik raket proqramından imtina etməyəcək və bu istiqamətdə işləri davam etdirəcək: “Biz özümüzü müdafiə etməliyik. İstehsal edə bildiyimiz bütün müdafiə silahlarını inkişaf etdirməyə davam edəcəyik. ABŞ və digər ölkələrlə yalnız nüvə məsələsini müzakirə edərik. Raket proqramı və digər mövzular danışıqlıq deyil.”

    Bir sualı cavablandıran Xarazi, İsrail və ABŞ-ın hücumlarında hədəf alınan Natanz və Fordo nüvə obyektlərində araşdırmaların hələ başlamadığını deyib. O, həmçinin ölkə lideri Xameneinin kütləvi qırğın silahlarının istehsalını qadağan edən fətvasının dəyişməsinin mümkün olmadığını vurğulayıb.

    #İran #İranda seçkilər #nüvə enerjisi #Əli Xamenei #İran XİN #nüvə silahı #nüvə proqramı #Nüvə razılaşması #İran-ABŞ münasibətləri #İranın nüvə proqramı #İran nüvə proqramı #İranın nüvə danışıqları #İran nüvə sazişi #İran nüvə razılaşmasının gələcəyi #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    31 Avqust 2026 18:23

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55
    XƏBƏR LENTİ

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Dayanıqlı sülhə doğru Bişkek addımı - Bakı və İrəvan Vaşinqton razılaşmalarını inkişaf etdirməyə davam edir

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.