#İran XİN

İran və Oman Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin mərhələli şəkildə bərpası məqsədilə müvəqqəti dəniz dəhlizinin yaradılması və boğazın minalardan təmizlənməsi üzrə birgə layihənin həyata keçirilməsi məsələsini müzakirə edib. Tərəflərin birgə açıqlamasında danışıqlar zamanı təhlükəsiz gəmiçiliyin bərpasına imkan verəcək mərhələli çərçivənin nəzərdən keçirildiyi bildirilib.

İran ABŞ-nin Tehrana qarşı planlaşdırdığı "iqtisadi müharibənin" beynəlxalq hüququ pozduğunu bəyan edib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehran üzərindəki iqtisadi təzyiqi artırmaq cəhdləri çərçivəsində İnanı dəstəkləməyə davam edən ölkələrə sert sanksiyalar tətbiq olunacağı ilə hədələmişdi.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai son müharibə dövründəki addımların ölkənin qlobal ictimai rəydəki imicini yenidən formalaşdırdığını bəyan edib. Mətbuat katibi bildirib ki, onilliklər ərzində İrana qarşı sistemli mənfi təbliğat aparılaraq ölkə bir təhlükə kimi təqdim olunub və bu dezinformasiya qlobal qərar qəbulu proseslərinə təsir göstərmək üçün əsas götürülüb.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin xarici siyasətini və sanksiya təhdidlərini kəskin tənqid edərək, Vaşinqtonun məğlubiyyət fonunda müttəfiqlərindən kömək diləndiyini bildirib. ABŞ Prezidenti Donald Trampın İrana kömək edən və ya onunla ticarət əlaqələri quran hər bir ölkəyə qarşı "iqtisadi D-Day" (həlledici hücum günü) tətbiq olunacağı ilə bağlı təhdidlərindən sonra Qəribabadi "X" sosial şəbəkəsində paylaşım edib

İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını beynəlxalq hüquq normalarına və 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə "persona non grata" (arzuolunmaz şəxs) elan edib və onların ölkəyə girişinə qadağa qoyub.

İranlı nazir ABŞ ilə iyunun 17-də əldə olunmuş razılaşmanın “atəşkəs” deyil, “müharibənin başa çatması” barədə anlaşma olduğunu deyib. Onun sözlərinə görə, ABŞ razılaşmanın şərtlərini pozub və nəticədə hərbi qarşıdurma yenidən başlayıb. ABŞ ilə danışıqların yenidən başlayıb-başlamayacağına dair suala cavabında nazir hazırda vasitəçilər vasitəsilə yalnız mesaj mübadiləsinin aparıldığını vurğulayıb

İran Xarici İşlər Nazirliyi Fransa və bir sıra Qərb ölkələrinin insan hüquqları məsələsi ilə bağlı İrana qarşı birgə bəyanat yaymasını tənqid edib və bunu məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib. Əhmədi bildirib ki, sözügedən ölkələr özlərinin Afrika, Qərbi Asiya və digər regionlarda insan hüquqları və beynəlxalq humanitar hüququn pozulmasındakı roluna görə məsuliyyətdən yayınmağa çalışırlar.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni model hazırlayırlar. Plana əsasən, yeni marşrutun böyük hissəsi İranın, qalan hissəsi isə Omanın ərazi sularından keçəcək. Mövcud müvəqqəti şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur. Yeni dəhlizin ilkin mərhələdə 2–4 ay və ya daha uzun müddət istifadəsi planlaşdırılır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir. Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İranın maraqlarına qarşı atılan addımlar bölgədə təhlükəsizlik risklərini qoruyub saxlayır. Tehran hesab edir ki, bu amillər aradan qaldırılmadan boğazda tam təhlükəsizlik təmin oluna bilməz.