#İran nüvə razılaşmasının gələcəyi

BMT-nin nüvə nəzarəti orqanının rəhbəri Rafael Qrossi bazar ertəsi günü bildirib ki, rəhbərlik etdiyi agentlik ABŞ və İsrailin hərbi zərbələri zamanı İranın nüvə obyektlərinin zədələnməsi və ya vurulmasına dair heç bir göstəricinin olmadığı barədə qiymətləndirməsini qüvvədə saxlayır. Qeyd edək ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) səfiri bazar ertəsi günü səhər saatlarında Nətənzdəki nüvə müəssisəsinin hücuma məruz qaldığını açıqlamışdı. Lakin mətbuat konfransında çıxış edən Qrossi vurğulayıb ki, agentlik indiyədək İsrail və ABŞ-ın iyun ayında İranın nüvə poliqonlarına etdiyi hücumlarla müqayisə oluna biləcək hər hansı bir hal müşahidə etməyib.

İran Xarici Əlaqələr üzrə Strateji Şura rəhbəri və ölkə lideri Əli Xameneinin baş müşaviri Kamal Xarazi bildirib ki, Tehran “bərabər status və qarşılıqlı hörmət” şərtilə ABŞ-la danışıqlara başlaya bilər. ABŞ mərkəzli CNN-ə danışan Xarazi, İran–ABŞ münasibətləri ilə bağlı sualları cavablandırıb. “Əgər qarşılıqlı hörmət və bərabərlik əsasında, mövzu və danışıqların çərçivəsi əvvəlcədən müəyyən olunarsa, biz buna – ABŞ-la danışıqlara – hazırıq.” - deyə Xarazi qeyd edib.

İran Hökumətinin sözçüsü Fatma Muhacirani bildirib ki, bu ilin iyun ayında İsrail və ABŞ-ın həyata keçirdiyi hücumlar nəticəsində nüvə təsislərinə dəyən zərər səbəbindən hazırda uranyum zənginləşdirmə fəaliyyəti mümkün deyil. Təbrizdə keçirdiyi mətbuat konfransında Muhacirani gündəmdəki mövzuları şərh edib. Avropa ölkələri – İngiltərə, Fransa və Almaniya – BMT Təhlükəsizlik Şurasında İranın uranyum zənginləşdirmə fəaliyyətini dayandırmasını tələb edən qərar layihəsi hazırladığına toxunan Muhacirani bildirib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, İran heç vaxt təzyiq və hədələr qarşısında geri çəkilməyəcək və hərbi təcavüzlə iqtisadi terror ölkəni öz qanuni hüquqlarından imtina etdirməyəcək. Nyu-Yorkda IAEA-nın hesabatı üzrə keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən İravani qeyd edib ki, Agentliyin hesabatları həmişə peşəkar və siyasətdən kənar olmalıdır.

İran, Çin və Rusiya səfirləri Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) İdarə Heyətinin növbəti sessiyasına hazırlıq məqsədilə üçtərəfli görüş keçirib və mövqelərini uyğunlaşdırıblar. Rusiyanın beynəlxalq təşkilatlar üzrə daimi nümayəndəsi Mikhail Ulyanov çərşənbə axşamı gecəsi Telegram hesabında paylaşıb. “Bu gün Çin, İran və Rusiya İran nüvə məsələsi ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti raundunu keçirib.” - deyə paylaşımda qeyd edilib.

İran ABŞ-lə nüvə danışıqları aparmayacaq. Bu sözləri İran Xarici İşlər Naziri Abbas Əraqçi İranın nüvə proqramına dair verdiyi açıqlamada bildirib. Əraqçi deyib ki, İran nüvə fəaliyyətlərindən vaz keçməyəcək və raket proqramı müzakirə mövzusu olmayacaq. “Heç bir ağıllı insan silahsızlanmanı qəbul etməz. Uranı zənginləşdirməyi dayandırmaq mümkün deyil. Müharibə ilə əldə edilməyən şey siyasətlə verilməz. Tehran nüvə fəaliyyətlərinin dinc xarakterli olduğundan əmindir və narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırdır. Lakin birbaşa görüş niyyətində deyilik. Ədalətli razılaşmağa gəlmək mümkündür, lakin Vaşinqton qəbulolunmaz şərtlər irəli sürüb. ABŞ öz tələb və şərtlərini yerinə yetirməyimiz üçün təkid etməsə, dolayı görüşlər vasitəsilə ədalətli razılığa gələ bilərik”-deyə nazir bildirib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.

İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.