#Əli Xamenei

Donald Tramp Müctəba Xameneinin öldüyünü düşünmədiyini bildirib. ABŞ Prezidenti onun çox ağır yaralandığını iddia edib. Tramp Xameneinin bədəninin sol tərəfində ciddi xəsarətlər olduğunu deyib. İran tərəfi bu iddiaları açıq şəkildə təsdiqləməyib. Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması onun səhhəti ilə bağlı ehtimalları artırıb. O, son aylarda bir sıra dövlət qərarları verib. Müctəba Xamenei mart ayında İranın ali rəhbəri seçilib. O, fevralın 28-də öldürülən Əli Xameneinin oğludur.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü üçgünlük rəsmi səfərlə İraqa gedəcək. Səfər çərçivəsində onun Bağdad, Kərbəla və Nəcəfdə olması gözlənilir. Bağdadda İran və İraq nümayəndə heyətlərinin parlamentlərarası görüşü keçiriləcək. Qalibafın İraq parlamentinin rəhbərliyi ilə ayrıca danışıqlar aparması da nəzərdə tutulur. İran rəsmisinin İraq prezidenti və baş naziri ilə görüşəcəyi gözlənilir. Daha sonra o, Kərbəlada ayətullah Əli Xameneinin xatirəsinə keçiriləcək mərasimlərdə iştirak edəcək. Qalibaf səfərinin sonuncu günü Nəcəfə gedəcək. Səfərin Tehranla Bağdad arasında siyasi və parlamentlərarası əlaqələrin müzakirəsi baxımından əhəmiyyətli olacağı gözlənilir.

Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu hesab edir ki, İran–ABŞ qarşıdurması yeni mərhələyə keçərək İranın ərəb və ümumilikdə İslam dünyası ilə üz-üzə qoyulması ssenarisinə doğru inkişaf edir. Onun sözlərinə görə, ABŞ ilə aparılan mümkün danışıqların taleyi İran prezidentindən deyil, Ali Rəhbər Əli Xamenei və SEPAH rəhbərliyinin qərarlarından asılıdır. Ekspert həmçinin Tehranın ABŞ ilə danışıqlar aparmasını, lakin digər ölkələrin İsraillə təmaslarını tənqid etməsini İranın xarici siyasətində ikili standartların göstəricisi kimi qiymətləndirir.

İranın mərhum ali dini lideri Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, Kiyevin üzr istəməsindən sonra İran Ukraynaya zərbə endirmək planından imtina edib. Rzayi dövlət televiziyasına açıqlamasında deyib ki, İran Silahlı Qüvvələri Xəzər dənizində İran gəmisinə iyulun 25-də edilən hücuma cavab olaraq Ukraynadakı üç hədəfə zərbə endirmək üçün hazırlıqları tamamlamışdı.

Tehranın cümə imamı Məhəmməd Cavad Hac Əli Əkbəri Əli Xameneinin öldürülməsinə görə qisas çağırışı edib. O bildirib ki, ilk addım hadisəyə görə məsul şəxslərin cəzalandırılması olmalıdır. Əkbəri ABŞ-nin regiondan çıxarılması və İsrailin "Qərbi Asiyanın xəritəsindən silinməsi" kimi hədəfləri də səsləndirib. Onun sözlərinə görə, qisas tələbi emosiyadan deyil, hüquqi və dini əsaslardan irəli gəlir. Cümə imamı bu mövqenin İranın yeni ali rəhbərinin müraciətində də əks olunduğunu bildirib. ABŞ və İsrail bəyanatla bağlı hələlik rəsmi açıqlama verməyib. Çıxışda səslənən iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Regionda gərginlik yüksək olaraq qalır.

Tehrandakı universitetin professoru Mustafa Xoşçeşm ABŞ ilə İran arasında gərginliyin artacağını bildirib. Onun sözlərinə görə, ölkədə milyonlarla insan qisas tələb edir. Professor bunu Müctəba Xameneinin açıqlaması və cəmiyyətdəki əhval-ruhiyyə ilə əlaqələndirib. O, ABŞ-nin İran rəhbərliyinə qarşı həyata keçirilən əməliyyatlarını sərt tənqid edib. Xoşçeşm Vaşinqtonun əvvəlki razılaşmalara sadiq qalmadığını iddia edib. Onun fikrincə, bu səbəbdən qarşıdurmanın genişlənməsi ehtimalı yüksəkdir. Professor ABŞ-nin gələcəkdə də oxşar addımlar ata biləcəyini irəli sürüb. O, vəziyyətin daha da gərginləşəcəyini düşünür.

ABŞ Prezidenti Donald Tramp İran tərəfindən ona qarşı sui-qəsd cəhdi baş verəcəyi təqdirdə cavab tədbirləri üçün əvvəlcədən göstərişlər verdiyini bildirib. Tramp İranın uzun müddətdir onu hədəf aldığını iddia edib və təhlükəsizlik məsələsində ciddi xəbərdarlıq verib. O, açıqlamasında İranın Ali lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində ona qarşı təhdid xarakterli çağırışların səsləndiyini qeyd edib. ABŞ lideri bildirib ki, mümkün hücum halında İranın “misli görünməmiş” cavabla üzləşəcəyini deyib. Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində gərginliyin yüksək olduğu və diplomatik səylərin davam etdiyi bir dövrə təsadüf edir. Tehran isə ABŞ-ın son addımlarını tənqid edərək özünü müdafiə hüququnu vurğulayır.

ABŞ və İran arasında dayandırılmış atəşkəs danışıqlarının bərpası üçün diplomatik səylər davam edir. Qətər vasitəçilərinin Tehranda yeni danışıqlar üçün şərait yaratmağa çalışdığı bildirilir. İran son ABŞ hava zərbələrinin iki ölkə arasında etimadsızlığı daha da artırdığını açıqlayıb. Tehran bildirir ki, hücumlar zamanı hava limanları, logistika obyektləri və nəqliyyat infrastrukturu hədəfə alınıb. İran rəsmiləri Donald Trampın NATO sammitində anlaşmanın başa çatdığını elan etməsini və daha əvvəl verdiyi vədə baxmayaraq Ayətullah Əli Xameneinin dəfn mərasimi zamanı hücumların həyata keçirilməsini tənqid edib. Onların fikrincə, mövcud anlaşma tam etimada deyil, qarşılıqlı öhdəlik prinsipinə əsaslanır. Yeni diplomatik cəhdlər ABŞ və İran arasında gərginliyin azaldılmasına yönəlib.

İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin cənazəsi Məşhəd şəhərində böyük izdihamın müşayiəti ilə keçirilib. İran mediasının məlumatına görə, üzərinə ölkə bayrağı örtülmüş cənazə şəhər küçələrindən aparılıb. Əli Xamenei və ailə üzvlərinin Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn ediləcəyi bildirilib. O, 1989-cu ildən İranın ali dini rəhbəri vəzifəsini icra edib. Xamenei İranın hərbi və təhlükəsizlik siyasətinin formalaşmasında mühüm rol oynayan siyasi fiqur kimi tanınır. Onun ölümü regionda böyük siyasi və təhlükəsizlik dəyişiklikləri fonunda baş verib.

ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin keçmiş ali rəhbər Əli Xameneinin dəfn mərasimi zamanı öldürülməkdən narahat olduğunu bildirib. O, son hücumların kəskinləşməsində İran tərəfini günahlandırıb. Trampın sözlərinə görə, Tehran Əli Xameneinin bir həftəlik dəfn mərasimi üçün fasilə istəyib. ABŞ Prezidenti bildirib ki, Vaşinqton bu istəyə razılıq versə də, İran tərəfi sonradan raket atəşinə başlayıb. Tramp həmçinin İran rəsmilərinin dəfn mərasimi zamanı öldürülməmələri üçün təminat istədiklərini deyib. Onun sözlərinə görə, ABŞ həmin müddətdə onlara qarşı belə addım atmayacağını bildirib. Tramp Əli Xameneinin ABŞ və İsrail zərbələri nəticəsində öldürüldüyünü də etiraf edib. Bu açıqlamalar Vaşinqton və Tehran arasında gərginliyin daha da artdığı bir dövrdə səsləndirilib.

İran Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün 50-dən çox xarici nümayəndə heyətini qəbul edib. İran rəsmiləri bildirirlər ki, mərasimdə əsasən dost və ya bitərəf ölkələrin nümayəndələri iştirak edirlər. Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanı Dmitri Medvedev təmsil edir. Mərasimdə Tacikistan, İraq, Gürcüstan, Türkmənistan və Türkiyədən də yüksək səviyyəli rəsmilər iştirak edirlər. İran Avropa ölkələrinə dəvət göndərmədiyini açıqlayıb. Rəsmi Tehran bunu həmin ölkələrin ABŞ və İsrailin hərbi əməliyyatlarına münasibəti ilə əlaqələndirib. Dəfn mərasimləri Tehranda davam edir.