Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    BMT İsraili türk fəal Eyginin ölümünün araşdırılmasında nəticə vermədiyinə görə tənqid edib

    5 Sentyabr 2025 13:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT İsraili türk fəal Eyginin ölümünün araşdırılmasında nəticə vermədiyinə görə tənqid edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    BMT-nin İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, ötən il İsrail əsgərləri tərəfindən hədəfə alınaraq öldürülən türk aktivist Ayşənur Ezgi Eygi ilə bağlı “Təəssüf ki, bu, İsrail rəsmilərinin istintaq başlatdığı nadir hallardan biri olsa da, hələ də nəticəsini görə bilməmişik” deyə bildirib.

    AzerVoice xəbər verir ki, BMT İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, 6 sentyabr 2024-cü ildə Türk-Amerika vətəndaşı Eygi-nin işğal altındakı İordan çayının Qərb sahilində İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülməsi və Qəzzədə çalışan jurnalist, insan hüquqları müdafiəçiləri və yardım işçilərinin hədəf alınması ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.

    Şamdasani bildirib ki, Qəzzədəki jurnalistlər, insan hüquqları müdafiəçiləri və aktivistlər hazırda çox mühüm rol oynayır. O, İsrailin beynəlxalq jurnalistlərə Qəzzəyə giriş icazəsi vermədiyini xatırladıb.

    “Hazırda orada olan jurnalistlər, hüquq müdafiəçiləri və aktivistlər Qəzzədə baş verənlərə dair dünyanın gözü və qulağıdır. Təəssüf ki, 7 oktyabr 2023-dən bəri 248 jurnalistin öldürüldüyünü gördük. Həmçinin həmin tarixdən bəri Qəzzə zolağında çox sayda insan hüquqları müdafiəçisi və digər yardım işçiləri də öldürülüb. Bu, qətiyyən qəbulolunmazdır və jurnalistlərin hədəf alınması beynəlxalq insan hüquqları hüququna tamamilə ziddir,” – deyə o vurğulayıb.

    Şamdasani bildirib ki, silahlı münaqişə zamanı jurnalistlər mülki şəxs sayılır və onların öldürülməsi həm fikir və ifadə azadlığına, həm də Cenevrə Konvensiyasına ziddir.

    O əlavə edib ki, beynəlxalq humanitar hüquqa əsasən, hərbi məqsədə xidmət etmədiyi müddətcə media infrastrukturunun hədəf alınması qadağandır.

    Türk və ABŞ vətəndaşı olan Eygi-nin ötən il öldürüldüyünü xatırladan Şamdasani “İsrail rəsmiləri istintaq başlatdıqlarını elan etsələr də, təəssüf ki, bu istintaqın hələ heç bir nəticəsini görə bilməmişik. Bizim öz qiymətləndirməmizə görə, Eygi-nin öldürüldüyü hadisə – yəni yaşayış məntəqələrinin genişlənməsinə qarşı keçirilən aksiya – dinc bir etiraz idi. Eygi və digər etirazçılar İsrail təhlükəsizlik qüvvələri tərəfindən başlarından vurulduqları zaman heç bir təhlükə yaratmırdılar. Bu isə hadisənin qanunsuz qətl olub-olmaması ilə bağlı ciddi narahatlıq doğurur. Təəssüf ki, bu, İsrailin istintaq başlatdığı nadir hadisələrdən biri olsa da, nəticəsi yoxdur.” - deyə qeyd edib.

    Şamdasani vurğulayıb ki, Eyginin ölümü hər nə qədər faciəli olsa da, təkcə bir hadisə deyil. Bu, 7 oktyabr 2023-dən əvvəl və sonra baş verən bir çox hüquq pozuntusuna görə simvolik şəkildə hesabatlılığın olmamasını və cəzasızlıq mühitini əks etdirir.

    O əlavə edib ki, İsrail rəsmilərinin istintaq başlatdıqlarına dair qeydlər var, lakin real irəliləyiş yoxdur “Kütləvi şəkildə ictimaiyyətə açıqlanmış heç bir istintaq nəticəsi yoxdur. Bu pozuntuların qurbanlarına ədalət təmin olunmur. Bu isə növbəti pozuntuları alovlandıran cəzasızlıq növüdür.” - deyə qeyd edib.

    Şamdasani beynəlxalq ictimaiyyətin hər şeydən əvvəl faktları sənədləşdirməkdə israrlı olmalı olduğunu bildirib və baş vermiş hadisənin bütün detalları və şəraiti ilə araşdırılmasının vacibliyini qeyd edib.

    Ezgi Eygi-nin qətlindən bir il keçdiyini xatırladan Şamdasani deyib ki, “Növbəti pozuntuya və növbəti qətlə keçməməliyik. İsrail hökumətini məsuliyyətə cəlb edirik. Qətldən bir il sonra istintaq hansı nəticəyə gəldi? Bu işdə ədalət təmin olunacaqmı və belə bir hadisənin bir daha təkrarlanmaması üçün hansı tədbirlər görüləcək?” - deyə qeyd edib.

    Qeyd edək ki, Ayşənur Ezgi Eygi, fələstinlilərin hüquqlarını dəstəkləyən həmrəylik hərəkatlarında fəal iştirak edirdi.

    2024-cü ilin 6 sentyabrında İsrail əsgərləri, işğal altındakı İordan çayının Qərb sahilində İsraillilər tərəfindən zəbt edilən fələstin torpaqlarının genişləndirilməsinə qarşı keçirilən dinc aksiya zamanı iştirakçıların üzərinə atəş açmışdı.

    Fələstinlilərə dəstək məqsədilə aksiyada iştirak edən və ABŞ vətəndaşı da olan Eygi başından vurularaq ağır yaralanmışdı. Fələstin xəstəxanasına aparılsa da, bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməmişdi.

    #Qəzza #Qəzza zolağı #BMT #Ayşenur Ezgi #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00
    XƏBƏR LENTİ

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    ABŞ-da süni intellekt təhlükəsizliyi institutuna yeni rəhbər gəlir

    Fransa İranda diplomatların saxlanılmasına görə Tehrana xəbərdarlıq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.