Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İranın “Böyük Şeytanla” danışıqları uğursuz olsa nə baş verəcək?

    23 Aprel 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın “Böyük Şeytanla” danışıqları uğursuz olsa nə baş verəcək?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Əsrlərdir diplomatiyada istifadə təklif və təhdid siyasəti hər zaman gündəmdə olduğu kimi bu dəfə də gündəmdədir. ABŞ prezidenti Donald Tramp bu siyasəti indiyədək görünməmiş sərtliklə həyata keçirir. Digər sahələrdə tərəddüdlü davranmasına baxmayaraq, o, İran məsələsində mövqeyini dəyişməyib və Tehrana ikiqat seçim təklif edir: ya iqtisadi qazanc əldə etməyə imkan verən bir sazişi qəbul et, ya da nüvə proqramının sülh məqsədli olduğunu sübut edə bilmədiyin təqdirdə hərbi zərbələrə məruz qal. Qısaca olaraq : Rifah ya da məhv.

    Trampın bu yanaşması İranı “Böyük Şeytda” hesab etdiyi Vaşinqtonla danışıqlar masasına gətirməkdə nəticə verdi. Fevral ayına qədər İranın ahıl yaşlı ali rəhbəri Əli Xamenei Trampın hədələri və cazibələri qarşısında tab gətirirdi və Tehran Vaşinqtonla danışıqlara girməyəcəyini bildirirdi. Lakin Tramp Xameneyiyə şəxsi məktub göndərdikdən sonra bu mövqedə dəyişiklik baş verdi. Beləliklə, bu gün iki tərəf arasında danışıqlar intensiv şəkildə davam edir. Danışıqların ilk raundu aprelin 12-də Oman paytaxtı Maskatda, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında keçirildi.

    Trampın İrana dair çıxışlarında təhdid və cazibə həmişə bir yerdə olur. O, 14 aprel tarixində ABŞ prezident sarayında Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı, İranın ABŞ-la danışıqlar aparmaq istədiyini, lakin "bunun necə ediləcəyini bilmədiyini" deyərək, İrana qarşı ittihamlarını təkrar etdi. Diqqətçəkici olan isə odur ki, danışıqlar yenicə başlamış olsa da, Tramp sanki artıq səbrini itirir.

    Tramp bir daha İrana qarşı təklif və təhdidlərdən ibarət yanaşmasını ortaya qoydu: “Onların böyük və zəngin bir millət olmasını istəyirəm”, – dedi. Ardınca isə adət etdiyi kimi xəbərdarlıq etdi: “Əgər sərt tədbirlər görmək məcburiyyətində qalsaq, tərəddüd etməyəcəyik… Bu təkcə Amerikanın deyil, bütün dünyanın xeyrinə olacaq”.

    İran, hərbi əməliyyat təhdidlərinin boş sözlər olduğunu düşünərək böyük bir səhv edir. Tramp bu təhdidlərdə olduqca ciddidir. O, açıq şəkildə sülh yollarını üstün tutur və hərbi qarşıdurmadan çəkinməyə çalışır. Ancaq bu, onun diplomatik cəhdlər uğursuz olduqda hərbi variantlara əl atmaqdan çəkinməyəcəyi anlamına gəlmir. Əgər İran Trampı əsəbiləşdirsə – məsələn, konkret güzəştlər etmədən danışıqları uzadarsa – onda onun güc tətbiqinə əl atması heç də təəccüblü olmaz.

    Texniki baxımdan bu yanaşma həmişə qüvvədə olub. 2013–2015-ci illər arasında İranla aparılan danışıqlar zamanı ABŞ prezidenti Barak Obama dəfələrlə demişdi ki, hərbi variant istisna deyil. 2013-cü ilin sentyabrında İsrail baş naziri Benyamin Netanyahunu qəbul edən Obama açıq şəkildə bəyan etmişdi: “Heç bir seçimi, o cümlədən hərbi variantı istisna etmirik”. Bu bəyanat iranlı nümayəndələr arasında narazılıq doğurmuşdu.

    Ancaq Obamanın bu təhdidləri ciddi qəbul edilmədi. Xüsusilə də Bəşşar Əsədin kimyəvi silah istifadəsi ilə “qırmızı xətt”i keçməsinə baxmayaraq, Obamanın Suriyaya hərbi cavab verməməsi bu fikri gücləndirdi. O vaxt ABŞ hələ də Corc Buşun İraq macəralarının nəticələrini yaşayırdı və yeni qarşıdurmalardan qaçırdı.

    Netanyahunun özü də ziddiyyətli mövqe sərgiləmişdi. O, Obamanın İranla bağladığı sazişə şiddətlə qarşı çıxsa da, hərbi müdaxilə variantına həvəs göstərmirdi. Hətta onun hökuməti, əvvəlki baş nazir Ehud Olmertin siyasətini davam etdirərək, İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlardan çəkindi.

    Lakin bu gün Vaşinqton və Təl-Əvivdə vəziyyət dəyişib. Əvvəllər hökm sürən tərəddüdlərin əksinə, Tramp hərbi qarşıdurmaya daha çox hazır görünür. Bu, Yəməndə husilərə qarşı həyata keçirdiyi davamlı hücumlardan da görünür. Trampın açıq və sərt ritorikası onu mürəkkəb və uzunmüddətli danışıqlar əvəzinə hərbi tədbirlərə daha çox meylli edə bilər.

    ABŞ ictimaiyyəti hələ də Yaxın Şərqdə yeni münaqişəyə qarışmağa ehtiyatla yanaşsa da, uzun illər Amerika qərarlarını məhdudlaşdıran “İraq sonrası sindrom” artıq əvvəlki gücündə deyil. Maraqlıdır ki, keçmiş Obama administrasiyasının bəzi məmurları indi hərbi variantın gücləndirilməsini müdafiə edirlər. Məsələn, ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro yazırdı ki, “İrana hərbi zərbə vurmaq üçün zaman, ehtiyac və fürsət heç vaxt bu qədər uyğun olmamışdı” və əlavə etmişdi ki, “hərbi variant son onilliklərdə olduğundan daha realdır”. Eləcə də 2015-ci il nüvə sazişinin baş memarlarından biri olan Riçard Nefyu diplomatiyanın davam etdirilməsini müdafiə etsə də, ciddi hərbi hazırlığın zəruriliyini də qeyd edib.

    Netanyahu isə ikinci müddətinə başladığı dövrdən bəri İsrailin ən uzunömürlü baş naziri olsa da, bu gün misli görünməmiş çətinliklərlə üzləşir və siyasi həyatda qalmaq uğrunda mübarizə aparır. Onun korrupsiya və rüşvət ittihamları ilə İsrail məhkəməsində, habelə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması gözlənilir. Bu səbəbdən, o, İranla hərbi qarşıdurmanı siyasi mirasını gücləndirmək və hüquqi problemlərdən diqqəti yayındırmaq üçün fürsət kimi görə bilər.

    Trampın hərbi təhdidləri isə boş söz deyildi. Mart ayında Vaşinqton “Dieqo Qarsiya” bazasında 6 ədəd “B-2” strateji bombardmançı təyyarə yerləşdirdi. ABŞ-ın bu tipdən 19 ədədə cəmiyə malikdir. Bu təyyarələr uzun mənzilli və yüksək texnologiyalı zərbə gücünə malikdir və İranın dərinliklərinə hücum edib asanlıqla geri qayıda bilir. Onlar Yəməndə son hücumlarda uğurla istifadə olunmuşdu.

    Səudiyyə Ərəbistanının "Əl-Hədəs" kanalı isə eksklüziv reportajda ABŞ-ın “THAAD” hava hücumundan müdafiə sistemlərini və “Patriot” batareyalarını İsrailə yerləşdirdiyini açıqlayıb. Bu yerləşdirmə, Bayden administrasiyasının keçən il başladığı tədbirlərin davamı idi. Həmin sistem dekabr ayında husilərin raketlərinin qarşısını almaqda səmərəli olmuşdu və bu yaxınlarda martda yenidən uğurla istifadə edilmişdi.

    ABŞ və İsrailin hərbi təhlilləri göstərir ki, İran çoxcəhətli strateji zəiflik mərhələsindən keçir. 2024-cü ildə İsraillə baş verən hərbi toqquşmalar ölkənin hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurub. “Müqavimət oxu” adlandırılan regional ittifaq da sarsılıb. İsrailin zərbələri nəticəsində “Hizbullah” və “HƏMAS”ın imkanları azalıb, Livan və Fələstində təsirləri zəifləyib və Suriya rejimi devrilib. “Hizbullah” əvvəllər İsrailə qarşı 100 min raketə malik olduğunu iddia etsə də, indi əlavə zərbələrdən yayınmaq üçün silahları təhvil verməyə hazır olduğunu bildirir.

    Bu çətinliklər fonunda İran danışıqlar masasına qayıtmağa məcbur olub və əvvəllər olmadığı qədər güzəştə getməyə hazırdır. Ancaq Tehran bununla eyni zamanda zəiflik görüntüsünün onun danışıqlardakı mövqeyini zəiflədə biləcəyini də anlayır. Bu tarazlığı qorumaq üçün İran ritorikasını sərtləşdirməyə və hərbi hazırlığını nümayiş etdirməyə çalışır. “The Telegraph” qəzetinin yaydığı məlumata görə, İran rəhbərliyi önləyici zərbələr məsələsini müzakirə edir. Eyni zamanda, İrana yaxın media qurumları süni intellektlə yaradılmış videolar yayır.
    İran, həmçinin müharibənin iqtisadi və siyasi nəticələri ilə bağlı xəbərdarlıqlar edir. Molla rejiminə yaxın bir mənbə bildirib ki, İrana qarşı hərbi hücum baş verərsə, neft qiymətləri 4 dəfə artacaq, bu isə 1929 Böhranından da ağır qlobal tənəzzülə səbəb olacaq və ABŞ-a qeyri-qanuni miqrasiya dalğalarını yönəldə bilər. Bu bəyanatlar Trampın seçici bazasının siyasi həssaslıqlarına hesablanıb.

    Bu təhdidlər, psixoloji müharibə vasitəsi olsa da, real təhlükə ehtiva edir. Əgər İran təcrid olunduğunu hiss etsə, təkcə regionda deyil, qlobal miqyasda gərginlik yarada və dünya iqtisadiyyatına ağır zərbələr vura bilər.

    Bu gərginlik Trampın ikinci prezidentlik dövründə ilk xarici səfərinə hazırlaşdığı bir vaxtda baş verir. Gözlənilir ki, bu səfər gələn ay baş tutacaq və Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-ni əhatə edəcək. Həmin ölkələr iqtisadi inkişaf proqramlarına fokuslansalar da, ABŞ-ı İranla hərbi qarşıdurmanın mümkün fəlakətli nəticələri barədə xəbərdar etməyə çalışacaqlar. Bu, onların – həmçinin Bəhreyn və Misirin – Ommanda davam edən danışıqlar prosesini niyə dəstəklədiklərini izah edir. Çünki bu danışıqlar hərbi qarşıdurma olmadan böhranı nəzarət altına almağın daha təhlükəsiz yoludur.

    Tramp Yaxın Şərqdə yeni müharibəyə sürüklənməməyə çalışsa da, əgər danışıqların uğursuz olduğunu düşünərsə, hərbi eskalasiyadan çəkinməyəcək. Onun İrana qarşı siyasəti bir paradoks təşkil edir: ABŞ üçün böyük strateji qazanc vəd edən bir proses eyni zamanda bütün bölgəni alışdıracaq fəlakətli müharibə riskini də daşıyır. Bu səbəblə Tehran son dərəcə müdrik davranmalı, yanlış hesablamalardan uzaq durmalıdır. Əks halda, böhranı dərinləşdirə və silahlı qarşıdurmanı qaçılmaz edə bilər.

    #İran #İran XİN #İran-ABŞ münasibətləri #İranın nüvə irəliləyişi #ABŞ və İran arasında hərbi gərginlik #ABŞ-İran diplomatik münasibətləri #İran nüvə sazişi #İran-ABŞ gərginliyi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #İran və ABŞ arasında gərginlik #İran və ABŞ-nın Suriyadakı mübarizəsi #ABŞ İran danışıqları və Həşd məsələsi #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #İran ABŞ diplomatiyası #İran-ABŞ Muskat görüşü #İran və ABŞ arasında yeni saziş olacaqmı? #Muskatda ABŞ-İran danışıqları fonunda Tehranda səfər #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran danışıqlarında Türkiyənin rolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    16 İyul 2026 20:34

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    16 İyul 2026 20:15

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    İranla bağlı gərginlik neftin bahalaşmasına səbəb olub

    16 İyul 2026 19:27

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31

    ABŞ və İran gərginliyi artırmamalıdır - Dmitri Peskov

    16 İyul 2026 18:26

    ABŞ rəhbərliyində İran məsələsində fərqli mövqelər formalaşıb

    16 İyul 2026 18:22

    Küveytdə hava hücumundan müdafiə sistemləri işə salınıb

    16 İyul 2026 17:30

    Körfəz ölkələri strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir

    16 İyul 2026 17:24
    XƏBƏR LENTİ

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.