Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən keçirilən həftəlik brifinqdə regional təhlükəsizlik və hərbi əməliyyatlarla bağlı yayılan dezinformasiyalara sərt cavab verilib. Nazirlik bəzi media resurslarında yer alan "ABŞ-ın mümkün müdaxiləsi zamanı Türkiyənin İran torpaqlarına girəcəyi" barədə xəbərləri qəti şəkildə yalanlayıb. Rəsmi açıqlamada bildirilib ki, Türkiyə qonşu ölkələrdəki gərginliklərin hər zaman sülh və diplomatiya yolu ilə həllinin tərəfdarıdır. Sərhəd xəttində təhlükəsizlik tədbirləri yüksək səviyyədə və koordinasiyalı şəkildə davam etdirilsə də, İran ərazisinə hər hansı hərbi müdaxilə planlaşdırılmır.
#ABŞ İran danışıqlarında Türkiyənin rolu
Danışıqlar real yanaşma əsasında və həddindən artıq tələblərdən uzaq şəkildə aparılarsa, müsbət istiqamətdə irəliləyə bilər. Bu barədə Şəmxani “Al Jazeera” telekanalına açıqlamasında qeyd edib. İran Müdafiə Şurasının katibi və İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şəmxani Omanda keçirilən İran-ABŞ danışıqlarına münasibət bildirib.
ABŞ Prezidenti Donald Tramp Omanda keçirilən İran müzakirəsinin ardından qiymətləndirmələr aparıb. Görüşün çox yaxşı keçdiyini bildirən Tramp, gələn həftə İran tərəfi ilə yenidən bir araya gəlinəcəyini söyləyib. ABŞ Prezidenti Donald Tramp prezident təyyarəsində Omanda İran ilə keçirilən müzakirəyə dair jurnalistlərin suallarını cavablandırıb.
Amerika və İran arasındakı gərginliyin bölgəni yeni bir çatışmaya sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu net şəkildə ortaya qoyduq və bunu həmsöhbətlərimizə çatdırdıq. Bu sözləri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən qeyd edib. Prezident Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşdüyünü, dərhal ertəsi gün isə İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar apardığını qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana hərbi hücuma hazırlaşması ilə bağlı iddialara sərt cavab verib. Bəqayi həftəlik mətbuat konfransında Tehranın istənilən təcavüzə "genişmiqyaslı və peşmanedici" cavab verəcəyini bəyan edib. ABŞ-ın hücum planları ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: "İran həm öz potensialına və imkanlarına, həm də keçmiş təcrübələrinə, o cümlədən iyun ayında baş verənlərə güvənir. Hazırda daha güclü vəziyyətdəyik. İran hər cür hücuma genişmiqyaslı qarşılıq verəcək".
ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi bəyanatda regional münaqişələr, iqtisadi sanksiyalar və qlobal ticarət əlaqələri ilə bağlı silsilə mühüm açıqlamalar verib. Prezident Tramp "böyük bir hərbi qüvvənin" İrana doğru irəlilədiyini və ölkədəki vəziyyəti yaxından izlədiklərini bildirib. O, "İranla bağlı hər hansı bir hadisənin baş verməməsinə üstünlük verərdim" desə də, rəsmi Tehranla ticarət aparan ölkələrə qarşı elan edilmiş ikinci dərəcəli gömrük rüsumlarının tezliklə tətbiq olunacağını aydınlaşdırıb. Tramp vurğulayıb ki, əgər İran hökuməti nümayişçilərin planlaşdırılan edamlarını həyata keçirərsə, ABŞ-ın hərbi cavabı əvvəlki nüvə obyektlərinə endirilən zərbələri "heç nə" kimi göstərəcək qədər şiddətli olacaq.
ABŞ İranı “inqilabi xülyalarından əl çəkməyə” çağıraraq beynəlxalq ictimaiyyəti Tehrana təzyiq göstərməyə dəvət edib və İran rəhbərliyini Vaşinqtonla “xoş niyyətli birbaşa dialoqa” başlamağa səsləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların yer və vaxtı barədə razılığın əldə edildiyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə o “Goftogoo” radiosuna verdiyi açıqlamada bildirib.
İranın Xarici İşlər naziri Abbas Əraqçi, ABŞ-dan danışıqlara dair mesaj alındığını, lakin Tehran rəhbərliyinin bu məsələ ilə bağlı hələlik qəti qərar vermədiyini bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi, İran dövlət televiziyasına verdiyi müsahibədə gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb. Əraqçi, ABŞ tərəfindən onlara bəzi mesajların çatdırıldığını bildirərək,“Hələ qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyindən asılıdır.” - deyə qeyd edib.
İranın xarici işlər naziri Abbas Ərakçi deyib ki, ABŞ danışıqlardan əvvəl 12 günlük müharibədə İrana verdiyi itkiləri kompensasiya etməlidir. Ərakçi Tehran rəhbərliyinin mövqeyini sərtləşdirdiyini və Tramp administrasiyası ilə danışıqların bərpası üçün yeni şərtlər irəli sürdüyünü qeyd edib.
Həqiqət, təxribat və ABŞ-İran qarşıdurmasının mümkün ssenariləri
Danışıqlar, iştirakçı tərəflərlə yanaşı, prosesdə birbaşa iştirak etməyən digər regional güclərə də siqnallar göndərmək məqsədi daşıyır.