BAKI,VOA
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin hava məkanının təhlükəsizliyi ilə bağlı təcili bəyanat yayıb.
VOA xəbər verir ki, rəsmi məlumata görə, İran ərazisindən atılan ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə havada zərərsizləşdirilib.
"İran tərəfindən atılan ballistik raket NATO-ya məxsus hava və raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Torpaqlarımızı və hava məkanımızı hədəf alan hər hansı təhdidə qarşı tərəddüd etmədən bütün lazımi tədbirləri görürük."-deyə nazirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, daha öncə İrandan atılan 3 ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə havada zərərsizləşdirilmişdi.