#Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyənin Milli Müdafiə Nazirliyi İsrailin Suriyadakı Əbu əz-Zuhur hərbi hava bazasına hücumunu pisləyərək, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hücumların qəbuledilməz olduğunu bildirib. Nazirlik İsrailin bu cür hücumlara son qoymasının və beynəlxalq hüququn tələblərinə əməl etməsinin həm Suriyada, həm də bütövlükdə regionda sülh və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirib.

PKK-nın silahı yerə qoyması ilə yanaşı, terror təşkilatının arsenalındakı silah və sursatın başqa bölgələrə və ya digər terror qruplaşmalarına ötürülməsinin qarşısının alınması üçün nəzarət mexanizmi yaradılacaq. MİT-in nəzarəti altında Türkiyənin Milli Müdafiə Nazirliyinə təhvil veriləcək silahlar ayrı-ayrılıqda qeydiyyata alınacaq və onların sayı mövcud kəşfiyyat məlumatları ilə müqayisə ediləcək. Bununla təhvil verilən silah və sursatda hər hansı çatışmazlığın müəyyənləşdirilməsi nəzərdə tutulur.

Türkiyənin Yalova şəhərində təlim uçuşu həyata keçirən F-16 hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici qrup göndərilib. Hadisədən sonra əraziyə çoxlu sayda tibbi yardım briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. Qəza zamanı yaranan alov və qara tüstü ətraf ərazilərdən də müşahidə edilib. Milli Müdafiə Nazirliyi bildirib ki, qəzanın səbəbləri aparılacaq ətraflı texniki araşdırmadan sonra müəyyən ediləcək

Türkiyə 2026-2032-ci illər ərzində Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) Qərargahına ikinci dəfə ev sahibliyi edəcək. Qərargah Şimali Makedoniyadan İstanbula köçürülüb. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şimali Makedoniyanın Kumanovo şəhərində yerləşən SEEBRIG Qərargahına məxsus bütün texnika, avadanlıq və materiallar iyulun 19-21-də İstanbula daşınıb. Həmin tarixlərdə qərargah heyəti də mərhələli şəkildə Türkiyəyə gəlib və birlik avqustun 3-dən etibarən İstanbulda tam əməliyyat qabiliyyətinə çatıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) avqust ayında Türk pilot heyətinin Eurofighter təlimləri üçün İngiltərəyə göndəriləcəyini açıqlayıb. MSB-nin açıqlamasında qeyd olunur ki, həmçinin Hava Hərbi Məktəbində tələbə Veli Bilginin vəfatı ilə bağlı aparılan inzibati və hüquqi araşdırmalar davam etdirilir. Ölüm səbəbi rəsmi tibbi ekspertiza ilə müəyyən olunacaq. Nazirlik sosial mediada spekulyativ açıqlamalara inanılmamasını xahiş edib.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən keçirilən həftəlik mətbuat brifinqində Şərqi Aralıq dənizindəki hərbi-siyasi vəziyyət və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyi ilə bağlı çox sərt bəyanatlar səsləndirilib. Nazirliyin bəyanatında bildirilir ki, Kiprdə heç bir söz haqqı olmayan Fransanın rum tərəfi ilə imzaladığı bu sənəd 1960-cı il Kipr müqavilələrinə və beynəlxalq hüquqa tamamilə ziddir.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabından verilən məlumata görə, nazir Yaşar Gülər paytaxt Dohadakı qarşılanma mərasimindən sonra Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına baş çəkib. Nazir hərbi hissədə yoxlamalar aparıb və bölmələrin fəaliyyəti ilə yaxından tanış olub.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), 20 hərbçinin şəhid olduğu C-130 təyyarə qəzası ilə bağlı irəli sürülən əsassız iddialara qarşı kəskin etirazını bildirərək, məsələ ilə bağlı hüquqi prosesin başladıldığını elan edib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk tərəfindən keçirilən brifinqdə Türkiyə Silahlı Qüvvələrini hədəf alan bu cür çıxışların "əsassız və ictimaiyyəti çaşdırmağa yönəlmiş" olduğu vurğulanıb.