SpaceX Luiziana ştatının cənubunda yeni kosmodrom inşa etməyi planlaşdırır. Tikintinin gələn il başlanması nəzərdə tutulur. Yeni kosmodrom “Starbeys Luiziana” adlandırılacaq. Buradan “Starşip” kosmik gəmilərinin buraxılışları həyata keçiriləcək. Layihə gələcəkdə ildə minlərlə kosmik uçuşun həyata keçirilməsinə hesablanıb. Ərazidə raket yanacağı istehsal ediləcək və elektrik enerjisi əldə olunacaq. Kosmik aparatların hazırlanması üçün xüsusi qurğular, dərin su limanı və hava limanı da yaradılacaq. Layihə SpeysEks-in kosmik buraxılış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
#raket
ABŞ Prezidenti Donald Tramp ölkəsinin böyük həcmdə sursat ehtiyatına malik olduğunu bildirib. O, müxtəlif növ raket və sursatların kifayət qədər olduğunu vurğulayıb. Tramp Co Bayden administrasiyasını Ukraynaya silah göndərməkdə tənqid edib. ABŞ Prezidenti sursat ehtiyatlarının hazırda yenidən artırıldığını deyib. O, xüsusilə "Patriot" sistemləri üçün raket istehsalının davam etdiyini qeyd edib. Trampın sözlərinə görə, ABŞ-nin orta mənzilli sursat ehtiyatı da kifayət qədərdir. Vaşinqton müdafiə istehsalını genişləndirməyə davam edir.
İordaniya İran tərəfindən buraxıldığı bildirilən yeddi raket və altı pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Ordunun məlumatına görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Hava hücumundan müdafiə sistemləri və hərbi aviasiya raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib. Qalıqların düşdüyü ərazilərə xüsusi mühəndis qrupları göndərilib. İran isə bundan əvvəl Bəhreyn və İordaniyadakı ABŞ hərbi hədəflərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirmişdi. İordaniya insidentlə bağlı təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb. Bölgədə hərbi gərginlik yüksək səviyyədə qalır.
Bəhreyn İranın həyata keçirdiyi bildirilən bir neçə hava hücumunun qarşısının alındığını açıqlayıb. Ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyi bildirilib. Silahlı Qüvvələr vətəndaşları naməlum qalıqlardan uzaq durmağa çağırıb. Bəyanatda mülki şəxslərin və şəxsi mülkiyyətin hədəfə alındığı iddia olunub. Bəhreyn bu hərəkətləri beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirib. İran tərəfi məsələ ilə bağlı hələlik açıqlama verməyib. Bölgədə gərginlik davam edir.
Bəhreyn ordusu İranın mülki əhalini hədəf alan hücumlarını qətiyyətlə pisləyib və ölkənin hava hücumundan müdafiə sistemlərinin bir sıra hücumları qarşılayıb məhv etdiyini açıqlayıb. İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar sistemli düşmənçilik və qəddar davranış xarakteri daşıyır. Bəhreyn ordusu bütün bölmələrin ən yüksək hazırlıq səviyyəsində olduğunu və ölkənin müdafiəsi üçün tam hazır olduğunu vurğulayıb. Vətəndaşlara diqqətli olmaları, şübhəli obyektlərdən uzaq durmaları və təhlükəli hallar barədə dərhal məlumat vermələri tövsiyə olunub. Hərbi ekspertlər qeyd edir ki, mülki əhali və şəxsi əmlakı qəsdən hədəf almaq beynəlxalq hüququn pozulmasıdır və regionda gərginliyi artırır.
ABŞ Mərkəzi Komandanlığı CENTCOM İranın Oman Körfəzində ABŞ hərbi gəmilərinə xəbərdarlıq məqsədli atəş açması iddialarını rədd edib. CENTCOM bildirib ki, İran qüvvələri ABŞ gəmilərinə hücum etməyib və atəş açmayıb, çünki bu, atəşkəsin pozulması olardı. Eyni zamanda, İran donanması ABŞ-ı dəniz nəqliyyatını narahat etmək və ticarət gəmilərini ələ keçirməkdə ittiham edib. CENTCOM qeyd edib ki, ABŞ qüvvələri sərbəst şəkildə fəaliyyət göstərir və İran ətrafında blokada tədbirlərini davam etdirir. Hadisələr regionda gərginliyi artırır və ABŞ ilə İran arasında dənizdəki qarşılıqlı ittihamları ön plana çıxarır. Məlumatların ziddiyyətli olması tərəflər arasındakı diplomatik və hərbi balansın mürəkkəb olduğunu göstərir.
İran analitiki Foad İzadi bildirib ki, ABŞ Küveyt və digər qonşu ölkələrin ərazilərindən İrana zərbələr endirib və bu ölkələr ərazilərindən sui-istifadənin qarşısını ala bilməyib. Münaqişənin ilk günlərində yayımlanan görüntülər Küveytin İrana hücum üçün istifadəsini təsdiqləyib. İzadi qeyd edib ki, ümid olunur siyasi razılaşma əldə edilərək belə gərginlik sona çatdırılsın.
ABŞ ordusuna İranın İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) aid katerləri və raket mövqelərinə zərbələr barədə yeni əmr verilib.
Son iki gün ərzində Livan ərazisində həyata keçirilən hücumlar nəticəsində ümumilikdə 44 nəfər həlak olub.
Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Regionda mövcud olan gərginlik fonunda sosial şəbəkələrdə mənbəyi təsdiqlənməmiş, qeyri-dəqiq informasiyaların yayılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşdırılmasına xidmət edir və məqsədli dezinformasiya xarakteri daşıyır.
Yaxın Şərqdə artan gərginlik fonunda İordaniya ərazisində yeni hücum hadisələri qeydə alınıb. İordaniyanın Kral Hərbi Hava Qüvvələri son 24 saat ərzində iki İran pilotsuz uçuş aparatını zərərsizləşdirib. Məlumata görə, bununla yanaşı, bir pilotsuz aparat və raket hava hücumundan müdafiə sistemlərini keçərək əraziyə çatıb.
"İran tərəfindən atılan ballistik raket NATO-ya məxsus hava və raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Torpaqlarımızı və hava məkanımızı hədəf alan hər hansı təhdidə qarşı tərəddüd etmədən bütün lazımi tədbirləri görürük."-deyə nazirliyin açıqlamasında deyilir. Qeyd edək ki, daha öncə İrandna atılan 3 ballistik raket NATO-nun hava və raketdən müdafiə sistemləri vasitəsilə havada zərərsizləşdirilmişdi.