Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    HƏMAS “ümumi sazişə” hazır olduğunu elan etdi – Netanyahu rədd cavabı verdi

    4 Sentyabr 2025 11:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS “ümumi sazişə” hazır olduğunu elan etdi – Netanyahu rədd cavabı verdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Tramp çərşənbə günü bir daha HƏMAS-a müraciət edərək, bütün israilli girovların dərhal azad edilməsini tələb edib. O, “Truth Social” platformasında paylaşdığı mesajında bildirib:

    “Onlara (HƏMAS-a) deyin ki, bütün 20 girovu dərhal (iki, beş və ya yeddi yox!) azad etsinlər. Hər şey sürətlə dəyişəcək. Müharibə bitəcək!”.

    Trampın bu açıqlamasına cavab olaraq, HƏMAS bəyan edib ki, hərtərəfli bir razılaşmaya getməyə hazırdır və bütün əsirlərin azad edilməsi müqabilində müharibənin dayandırılmasını dəstəkləyir. Hərəkat həmçinin müstəqil texnokratlardan ibarət milli idarəetmənin yaradılmasına razı olduğunu, lakin İsrailin vasitəçilərin təqdim etdiyi təklifə cavab vermədiyini vurğulayıb.

    İsrail Baş naziri Benyamin Netanyahu isə HƏMAS-ın bəyanatını “hiylə” adlandıraraq rədd edib. İsrail mediasına açıqlamasında o, “Müharibəni yalnız bizim şərtlərimizlə bitirmək mümkündür. Bunlara HƏMAS-ın silahsızlandırılması və Qəzza üzərində təhlükəsizlik nəzarətinin qurulması daxildir”, – deyə bildirib.

    Qəzzada vəziyyət

    İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir çərşənbə günü Qəzza şəhərində planlaşdırılan hərbi əməliyyatlarla bağlı açıqlama verib. O, pilotsuz uçuş aparatlarından istifadə edilməklə binaların üst qatlarının genişmiqyaslı dağıdılması planını təqdim edib və əsas məqsədin sakinlərin cənuba doğru köçürülməsi olduğunu söyləyib.

    Son saatlarda İsrail ordusu xüsusilə Qəzza şəhərinin şimalındakı Şeyx Rizvan məhəlləsində ağır bombardman həyata keçirib. Müdafiə xidməti 45 nəfərin həlak olduğunu açıqlayıb. İsrail tərəfi isə bu əməliyyatların şəhərin tam nəzarətə götürülməsi üçün başlanğıc olduğunu bildirib.

    Eyni zamanda İsrail hökuməti Qəzza üzərində tam hərbi nəzarət planını təsdiqləyib. Ordu hazırda şəhərin təxminən 75 faizinə nəzarət etdiyini və bir milyonadək fələstinlinin məcburi köçkünə çevriləcəyini açıqlayıb. On minlərlə ehtiyat hərbçi yenidən xidmətə çağırılıb.

    Qəzza müharibəsi artıq 23 aydır davam edir. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayan müharibə, BMT-nin avqust ayında bölgədə “rəsmi aclıq vəziyyəti” elan etməsi ilə yeni humanitar böhrana çevrilib. Baş nazir Netanyahu isə həm daxili, həm də beynəlxalq təzyiqlərə baxmayaraq, hələ də müharibəni bitirməyə hazır olmadığını göstərir.

    #Qəzza #HƏMAS #Trampın Qəzza planı #Qəzzada humanitar böhran #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada infrastruktur yeniləmələri #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS-ın bəyanatı #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #İsrail hökuməti HƏMAS hücumuna niyə hazır deyildi? #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #HƏMAS bayıra #bayıra!
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    28 Avqust 2026 21:44

    İsrail ordusu Qəzza şəhərində iki fələstinli komandiri öldürdüyünü açıqlayıb

    28 Avqust 2026 18:32

    İsrail qüvvələri Qəzza şəhərinin cənub-şərqində genişmiqyaslı dağıntılar törədib

    28 Avqust 2026 18:25

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    Şotlandiyada Fələstinə dəstək verən yeddi fəalın işi məhkəməyə çıxarılır

    28 Avqust 2026 18:05

    İsrail ordusu Sinvarın şəxsi mühafizəçisinin zərərsizləşdirildiyini açıqlayıb

    27 Avqust 2026 21:26

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    27 Avqust 2026 07:39
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.