Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında strateji əhəmiyyətli telefon danışığı baş tutub. Liderlər ötən gecədən etibarən İranla bağlı elan edilmiş atəşkəs başda olmaqla, regiondakı son hadisələri ətraflı müzakirə ediblər.
Axtarış nəticələri "Donald Tramp" (3347)
Almaniya hökumətindəki mənbələrin "Reuters" agentliyinə verdiyi məlumata görə, çərşənbə günü günorta saatlarında Almaniya Kansleri Fridrix Mers və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıq ABŞ-ın İranla əldə etdiyi atəşkəs razılaşmasından qısa müddət sonraya təsadüf edib.
Konqo Demokratik Respublikası (KDR) ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əldə olunmuş mübahisəli saziş çərçivəsində üçüncü ölkə vətəndaşlarını qəbul etməyə başlayır. Konqo Rabitə Nazirliyinin rəsmi bəyanatına görə, cari ayın sonunadək ABŞ-dan deportasiya edilən xarici ölkə vətəndaşlarının Konqoya gətirilməsinə başlanılacaq. Hökumət bu addımı "beynəlxalq həmrəylik" və "insan ləyaqətinə sadiqlik" kimi qiymətləndirərək, bu tənzimləmənin müvəqqəti xarakter daşıdığını vurğulayıb. Sazişə əsasən, deportasiya prosesi ilə bağlı bütün xərcləri ABŞ tərəfi ödəyəcək və Konqo büdcəsinə əlavə yük düşməyəcək.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasını "kövrək" adlandıraraq, İran tərəfinə xəbərdarlıq edib. Macarıstanın ali təhsil müəssisələrindən birində çıxış edən vitse-prezident Vens ABŞ-İran münasibətlərindəki son gərginliyi və əldə olunmuş müvəqqəti razılaşmanı şərh edib. O bildirib ki, Prezident Donald Tramp İran rəhbərliyinə vaxt qoyaraq, Hörmüz boğazının dərhal açılmasını və qlobal iqtisadiyyatın girov saxlanılmasına son qoyulmasını tələb edib. İranın bu şərtləri qəbul etməsi qarşılığında ABŞ və müttəfiqləri hücumları dayandırmağa razılıq veriblər.
İran mediası gələn cümə günü Pakistanın paytaxtı İslamabadda Amerika Birləşmiş Ştatları ilə keçiriləcək tarixi danışıqlarda Tehranı təmsil edəcək şəxsin adını açıqlayıb. Eyni mənbələrin məlumatına görə, ABŞ tərəfini danışıqlarda vitse-prezident Cey Di Vens (JD Vance) təmsil edəcək. Bu, müharibənin başlanmasından bəri hər iki ölkənin ən yüksək səviyyəli rəsmiləri arasında keçiriləcək ilk birbaşa görüş olacaq.
ABŞ Prezidenti Donald Trampın İranla şərti atəşkəs razılaşmasını elan etməsindən dərhal sonra, çərşənbə günü sübh saatlarında regionun beş ölkəsi intensiv hücumlarla üzləşib.
ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib. Şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.
"Sentinel-2" platforması tərəfindən 2026-cı il aprelin 3-də çəkilmiş peyk görüntüləri Tehranın cənub-şərqindəki İvanki bölgəsində yerləşən gücləndirilmiş hərbi kompleksin daxilində genişmiqyaslı dağıntıların olduğunu nümayiş etdirir. Aparılan vizual müqayisələr və təsvirlərin təhlili göstərir ki, cari ilin həyata keçirilən hücumlar kompleksin şimal və cənub-qərb hissələrindəki binaların strukturunu tamamilə dəyişib. Dağıntıların xarakteri hədəflərin birbaşa vurulduğunu və zərbələrin mərhələli şəkildə davam etdirildiyini sübut edir.
prelin 8-nə keçən gecə Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Hörmüz boğazının açılması və iki həftə ərzində İslamabadda danışıqların başlaması nəzərdə tutulur. Lakin rəsmi bəyanatlar atəşkəsin nə vaxt və hansı şərtlərlə başlayacağı ilə bağlı ciddi suallar doğurur.
ABŞ Prezidenti Donald Tramp "TruthSocial" platformasında etdiyi paylaşımda Hörmüz boğazının yenidən açılması və bölgənin iqtisadi dirçəlişi ilə bağlı iddialı bəyanatlar verib. Atəşkəs razılaşmasından dərhal sonra çıxış edən Tramp, ABŞ-ın Hörmüz boğazında "nəqliyyat sıxlığının artmasına" aktiv şəkildə kömək edəcəyini vurğulayıb. O, bölgənin gələcəyini "Yaxın Şərqin Qızıl Dövrü" kimi xarakterizə edərək, hər kəsin bu prosesdən böyük mənfəət əldə edəcəyini bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranla bağlı irəli sürdüyü 2 həftəlik atəşkəs təşəbbüsünü dəstəklədiklərini bildirib. Netanyahu əlavə edib ki, İsrail tərəfi ABŞ-ın İranla bağlı hərbi əməliyyatları 2 həftəlik müddətə dayandırmasını yalnız Tehranın Hörmüz boğazını açması və atəşkəsə razı olması şərti ilə qəbul edir.
ABŞ-ın İranla qarşıdurmada tətbiq etdiyi "vaxt limitləri" və ultimatumlar hərbi hesablama ilə siyasi-psixoloji mesajların kəsişdiyi mürəkkəb bir təzyiq alətinə çevrilib. İran, İsrail və ABŞ arasındakı müharibənin beşinci həftəsində Vaşinqtonun "vaxt" siyasəti münaqişənin idarə olunmasında mərkəzi element kimi çıxış edir. Donald Tramp administrasiyası tərəfindən müəyyən edilən qısa müddətli ultimatumlar həm hərbi əməliyyatlara zəmin hazırlayır, həm də Tehran üzərindəki psixoloji təzyiqi maksimum həddə çatdırır.
ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:
ABŞ Prezidenti Donald Tramp, müharibə onun ilkin müəyyən etdiyi zaman çərçivəsini aşdıqdan sonra İrana qarşı təzyiqləri maksimum həddə çatdırıb. Tramp İranı "bir gecədə məhv etməyə" qadir olduğunu bildirməklə yanaşı, Hörmüz boğazının açılmayacağı təqdirdə ölkənin körpülərini və elektrik stansiyalarını darmadağın edəcəyi ilə hədələyir.
ABŞ-ın "NBC News" telekanalının Ağ Evin sözçüsünə istinadən verdiyi məlumata görə, Prezident Donald Trampın apardığı qətiyyətli siyasət nəticəsində İran Hörmüz boğazını yenidən naviqasiya üçün açmağa razılıq verib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların dayandırıldığını və tərəflər arasında iki həftəlik atəşkəs elan edildiyini bəyan edib. VOA xəbər verir ki, bu qərar, Trampın İrana verdiyi ultimatuumun bitməsinə dəqiqələr qalmış Pakistanın vasitəçiliyi ilə əldə olunub.
İran hakimiyyəti enerji və hərbi obyektləri qorumaq üçün genişmiqyaslı xalq səfərbərliyinə start verib. Aprelin 7-də İran mətbuatı mülki vətəndaşların strateji obyektlərin ətrafında "canlı zəncir" yaradaraq onları mümkün hava zərbələrindən qorumağa çalışdıqlarını əks etdirən görüntülər yayımlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Rəhim Nad Əli "İran üçün vətən müdafiəsi" şüarı altında yeni kampaniyanın başladığını elan edib.
ABŞ Prezidenti Donald Tramp, İranın Hörmüz boğazını açması üçün təyin olunan vaxt məhdudiyyəti ərəfəsində Tehran rəhbərliyinə kəskin xəbərdarlıq edib. Çərşənbə axşamı gecə yarısı başa çatacaq möhlətdən əvvəl çıxış edən Tramp, İranın tələblərə əməl etməyəcəyi təqdirdə "bu gecə bütöv bir sivilizasiyanın məhv olacağını" bəyan edib. "Al Jazeera" müxbiri Kimberli Halkett, ABŞ ilə İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar və gərginlik fonunda ABŞ Konqresinin nümayiş etdirdiyi səssizliyi "olduqca şokedici" adlandırıb. Konqresdən gələn bu reaksiya, bölgədəki müharibə və artan təhdidlər qarşısında qanunverici orqanın mövqeyi ilə bağlı suallar doğurub.
İranın rəsmi dövlət televiziyasında yayımlanan bəyanatda SEPAH, ABŞ ordusunu "terrorçu quruluş" adlandıraraq, Vaşinqtonun Tehranın müəyyən etdiyi strateji sərhədləri aşacağı təqdirdə cavab tədbirlərinin regional hüdudlardan kənara çıxacağını bəyan edib. Bəyanatda xüsusi olaraq qeyd olunub ki, ABŞ-ın mümkün hərbi addımlarına cavab olaraq İran, ABŞ və onun müttəfiqlərini regionun neft və qaz ehtiyatlarından "illərlə" məhrum etmək potensialına malik hədəfləri vuracaq. SEPAH indiyədək mehriban qonşuluq prinsiplərinə görə bəzi hədəfləri seçməkdə təmkin nümayiş etdirdiyini, lakin artıq bütün bu məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
İranın Bəsrə körfəzindəki əsas neft ixrac terminallarından biri olan Xark adasına təşkil edilən ABŞ hücumlarının xüsusilə əvvəllər vurulmuş "hərbi nöqtələri" hədəf aldığı iddia edilib. ABŞ-da fəaliyyət göstərən "Axios" xəbər platformasına danışan yüksək rütbəli amerikalı rəsmi Xark adasına edilən hücumların neft infrastrukturuna qarşı olmadığını müdafiə edib. Rəsmi nümayəndə bildirib ki, zərbələr əvvəllər zədələnmiş hava hücumundan müdafiə sistemlərini, raket meydançalarını və əlaqədar obyektləri tamamilə zəiflətmək məqsədi daşıyan "təkrar vurma" əməliyyatıdır.
BAKI,VOA, Fərid Mikayılov ABŞ Prezidenti Donald Tramp İrana qarşı verdiyi ultimatumun müddəti bitmək üzrə ikən dünya ictimaiyyətini sarsıdan növbəti bəyanatla çıxış edib. VOA xəbər verir ki, Ağ Ev rəhbəri bu gecə İranın hərbi və mülki infrastrukturuna qarşı həyata keçiriləcək mümkün zərbələrin miqyası barədə ən sərt xəbərdarlığını edib.
İranın cənubunda yerləşən strateji əhəmiyyətli Xark adasında ABŞ və İsrailin hücumları nəticəsində güclü partlayış səsləri eşidilib. Adada baş verən partlayışlar birbaşa hərbi müdaxilə nəticəsində yaranıb. Hadisənin təfərrüatları, dəymiş ziyanın miqyası və tələfat barədə hələlik rəsmi məlumat verilməsə də, bölgədə gərginliyin pik həddə çatdığı bildirilir.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı irəli sürdüyü sərt ültimatumun vaxtı yaxınlaşdıqca, qlobal bazarlarda qarışıq tendensiya müşahidə olunur. Benzin qiymətləri: ABŞ-da yanacağın orta alon qiyməti 4,12 dollara yüksəlib. Müharibə başlamazdan əvvəl bu rəqəm 3 dollardan aşağı idi.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş nazir Viktor Orbana dəstək məqsədilə Budapeştə rəsmi səfər edib. Aprelin 12-də Macarıstanda keçiriləcək gərgin parlament seçkiləri öncəsi baş tutan bu səfər, Ağ Ev rəhbərliyinin Viktor Orbana olan aşkar dəstəyinin göstəricisi kimi qiymətləndirilir. Vaşinqtondan yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Vens, səfər çərçivəsində iki ölkə arasındakı ortaq maraq kəsb edən məsələlərin, xüsusilə Avropanın təhlükəsizliyi və Ukraynadakı vəziyyətin müzakirə olunacağını bildirib. Vitse-prezidentin ofisindən verilən məlumata görə, Vens Orbanla görüşməklə yanaşı, "Macarıstan və ABŞ arasında sıx tərəfdaşlıq" mövzusunda geniş nitqlə çıxış etməyi də planlaşdırır.