Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    ABŞ və İsrail Xark adasını və İranın nəqliyyat qovşaqlarını bombalayıb

    7 Aprel 2026 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ və İsrail Xark adasını və İranın nəqliyyat qovşaqlarını bombalayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    İranın cənubundakı strateji Xark adasında və ölkənin şimal-qərbindəki mühüm nəqliyyat qovşaqlarında ABŞ və İsrailin hava hücumları nəticəsində güclü partlayışlar baş verib.

    VOA xəbər verir ki, aprelin 7-də günorta saatlarında baş verən hücumlar İranın ən mühüm neft terminalını və daxili nəqliyyat arteriyalarını hədəf alıb. İran mətbuatının məlumatına görə, Təbriz-Tehran magistral yolu üzərindəki strateji körpü vurulduqdan sonra yol hər iki istiqamətdə bağlanıb. Eyni zamanda, Qum şəhəri yaxınlığındakı mühüm rabitə və nəqliyyat körpülərindən birinin də hədəf alındığı bildirilir.

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş verənlərə cavab olaraq kəskin bəyanat yayıb. Qurumun "Tasnim" və "Fars" agentliklərinə verdiyi açıqlamalarda qeyd olunur ki, ABŞ ordusu infrastrukturu hədəf almağa davam edərsə, İranın cavabı regionun hüdudlarını aşacaq. SEPAH qonşu ölkələrə də xəbərdarlıq edərək bildirib: "Mehriban qonşuluq xatirinə nümayiş etdirdiyimiz böyük təmkin artıq sona çatdı. ABŞ-ın regional tərəfdaşları bilməlidir ki, hədəf seçimindəki bütün məhdudiyyətlərimiz artıq ləğv edilib".

    Hücuma məruz qalan Xark adası İran iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır:

    İranın xam neft ixracının təxminən 90%-i məhz bu adadakı terminallar vasitəsilə həyata keçirilir.

    Buşehr limanından 55 km şimal-şərqdə, Fars körfəzində yerləşən adanın sahəsi cəmi 22 kvadrat kilometrdir.

    ABŞ Prezidenti Donald Tramp hələ mart ayında adadakı hərbi hədəflərin vurulduğunu bəyan etmiş və strateji nöqtənin işğal oluna biləcəyinə işarə vurmuşdu.

    #Xark adasında partlayış son xəbərlər #İran neft terminallarına ABŞ hücumu #İsrailin İrana qarşı hava əməliyyatı 2026 #Mehr agentliyi Xark adası bəyanatı #Fars körfəzində hərbi gərginlik və partlayışlar #İranın enerji infrastrukturuna qarşı hücumlar #ABŞ-İsrail koalisiyasının İran hədəfləri #Xark adası strateji neft ixracı mərkəzi #Cənubi İranda son dəqiqə hərbi vəziyyət #İran iqtisadiyyatına qarşı neft müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    “Düşmən mövqeli” media qurumları mümkün hərbi hədəf sayıla bilər - İran

    26 Avqust 2026 20:18

    İran xalqı ABŞ ilə müharibədə geri çəkilməyəcək - Məsud Pezeşkian

    26 Avqust 2026 19:27

    İranda bir ABŞ dolları 2 milyon riala çatdı - Bu pula indi nə almaq mümkündür?

    26 Avqust 2026 19:18

    İran və Oman Hörmüz boğazının bölgüsü ilə bağlı razılığa gəlib

    26 Avqust 2026 18:15

    İrandakı "vəhşilərlə" diplomatik razılaşmaya nail olmaq mümkün deyil - Netanyahu

    26 Avqust 2026 17:53

    Qalibaf ABŞ maliyyə nazirini ələ saldı

    26 Avqust 2026 11:51

    İran və Oman Hörmüzlə bağlı razılaşma üzərində işləyir

    26 Avqust 2026 11:14

    İran Trampın oğlunun öldürülməsi üçün 10 milyon dollar mükafat elan edib

    26 Avqust 2026 10:51

    İran və Qətər bölgədə gərginliyin azaldılması yollarını müzakirə edib

    25 Avqust 2026 22:34

    Müharibənin başa çatması və birliyin qorunması əsas məqsədimizdir - Məsud Pezeşkian

    25 Avqust 2026 21:16

    Müctəba Xameneinin “yeni görüntüləri” saxta xəbər çıxdı

    25 Avqust 2026 21:11
    XƏBƏR LENTİ

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.