Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İranla əldə olunan razılaşma kövrəkdir - ABŞ-ın vitse-prezidenti

    8 Aprel 2026 15:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranla əldə olunan razılaşma kövrəkdir - ABŞ-ın vitse-prezidenti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasını "kövrək" adlandıraraq, İran tərəfinə xəbərdarlıq edib.

    VOA xəbər verir ki, Macarıstanın ali təhsil müəssisələrindən birində çıxış edən vitse-prezident Vens ABŞ-İran münasibətlərindəki son gərginliyi və əldə olunmuş müvəqqəti razılaşmanı şərh edib. O bildirib ki, Prezident Donald Tramp İran rəhbərliyinə vaxt qoyaraq, Hörmüz boğazının dərhal açılmasını və qlobal iqtisadiyyatın girov saxlanılmasına son qoyulmasını tələb edib. İranın bu şərtləri qəbul etməsi qarşılığında ABŞ və müttəfiqləri hücumları dayandırmağa razılıq veriblər.

    Vens İran tərəfini danışıqlarda "xoş məram" nümayiş etdirməyə çağıraraq bildirib: "Əgər iranlılar xoş niyyətlə hərəkət etməsələr, Prezident Trampın güzəştə gedən biri olmadığını görəcəklər. Ümid edirəm ki, Tehran düzgün qərar verəcək". Vitse-prezident əlavə edib ki, Trampın səbri tükənməkdədir və onunla manipulyasiya etmək mümkün deyil.

    İran hakimiyyəti daxilində razılaşmaya münasibətin birmənalı olmadığını qeyd edən Vens, xarici işlər naziri Abbas İraqçinin şərtləri qəbul etdiklərini bildirməsinə baxmayaraq, rejimin digər qanadlarının atəşkəsi təkzib etdiyini vurğulayıb. Məhz bu daxili ziddiyyətlərə görə o, hazırkı vəziyyəti "kövrək atəşkəs" kimi xarakterizə edib. Trampın "iranlılar döyüşçü olmaqdan daha çox, yaxşı danışıqlar aparandır" sözlərini xatırladan vitse-prezident, ABŞ-ın İranın hərbi potensialını məhv etmək hədəfinə artıq çatdığını bəyan edib.

    Qeyd edək ki, "Reuters" agentliyinin məlumatına görə, atəşkəs danışıqlarındaVens Pakistan vasitəçiləri ilə görüşərək Trampın xüsusi şərtlərini tərəflərə çatdırmaqda mühüm rol oynayıb. Tramp iki həftəlik müddətə bombardmanların dayandırılmasını Hörmüz boğazının tam və təhlükəsiz şəkildə naviqasiyaya açılması şərti ilə qəbul edib.

    #Donald Tramp #atəşkəs razılaşması #Hörmüz boğazı #Pakistan vasitəçiliyi #Ceyms Devid Vens #hərbi potensial #ABŞ vitse-prezidenti JD Vensin İran haqqında açıqlaması #Tramp və İran arasında atəşkəsin şərtləri 2026 #Hörmüz boğazının açılması və neft bazarı #ABŞ-ın İrandakı hərbi hədəfləri və nəticələri #İranda atəşkəs əleyhinə olan qruplar və Abbas İraqçi #Pakistan vasitəsilə aparılan ABŞ-İran danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Melaniya Tramp uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxdı

    21 Avqust 2026 12:05

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.