İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları ilə bağlı bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası ləğv edilib. Məlumata əsasən, İsrail Ordusunun radiosu vəkil heyətindən daxil olan müraciətdən sonra Baş nazirin ifadə verməli olduğu iclasın baş tutmayacağını təsdiqləyib. Eyni zamanda, ölkənin Baş prokuroru Qali Baharav-Miara Netanyahunun müdafiə tərəfi ilə cinayət işi üzrə mümkün "təqsiri etiraf etmə" razılaşmasına dair ilkin məsləhətləşmələrə razılıq verib.
Axtarış nəticələri "Netanyahu " (1234)
Amerika Birləşmiş Ştatları Demokrat Partiyası daxilində İsrailə münasibətdə ciddi fikir ayrılıqları və dəyişiklik meyilləri müşahidə olunur. Son aylarda partiya daxilində İsrailə ənənəvi güclü dəstəyin davam etdirilib-etdirilməməsi məsələsi açıq şəkildə müzakirə olunur. Belə ki, bu ay ABŞ Senatında 40 demokrat senator İsrailə silah satışının qadağan olunmasına səs verib ki, bu da partiyanın əvvəlki mövqeyindən ciddi kənarlaşma kimi qiymətləndirilir.
İsrail mətbuatının yaydığı məlumata görə, ölkənin şimalında, Livanla sərhəddə yaranmış gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar bir sıra mühüm tədbirlər təxirə salınıb.
İsrailin nüfuzlu "Maariv" qəzeti həm Vaşinqton, həm də İsraildəki məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə İsrailin baş naziri Benyamin Netanyahu arasındakı münasibətlərdə ciddi soyuqluq müşahidə olunur. VOA xəbər verir ki, məlumata görə, son günlərdə bu mövzu hər iki ölkənin siyasi dairələrində ən çox müzakirə edilən məsələyə çevrilib.
İspaniya hökuməti İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan və göyərtəsində İspaniya vətəndaşlarının olduğu gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib. İspaniya Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, "Global Sumud" flotiliyasının saxlanılmasına etiraz olaraq İsrailin Madriddəki müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.
İsrail siyasətində formalaşan yeni ittifaq – keçmiş baş nazirlər Naftali Bennett və Yair Lapidin birlikdə seçkilərə getmək qərarı – adi seçki manevri deyil, sistem daxilində dərin struktur dəyişikliklərinin siqnalı kimi qiymətləndirilir. Bu addım əslində bir əsas suala cavab axtarır: İsraildə müxalifət Benyamin Netanyahunun uzunmüddətli hakimiyyətinə real alternativ yarada bilərmi, yoxsa bu cəhd onun mövqelərini daha da möhkəmləndirəcək?
İsrail rəsmiləri Livan cəbhəsində artan gərginlik fonunda “Hizbullah”ın fəaliyyətinə qarşı sərt bəyanatlarla çıxış edib. İsrail müdafiə naziri İsrail Kats “Hizbullah”ın baş katibi Nəim Qasım barədə danışaraq onun “təhlükəli oyun oynadığını” bildirib və bunun Livan üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü Hizbullahı Livanla sülh razılaşmasının əldə olunması istiqamətindəki səyləri "sabotaj etməyə" çalışmaqda günahlandırıb. Livanla atəşkəs müqaviləsinin müddəti uzadıldıqdan sonra verdiyi ilk açıqlamada Netanyahu bildirib: "Biz İsrail və Livan arasında tarixi sülhə nail olmaq üçün bir proses başlatmışıq və Hizbullahın bunu sabotaj etməyə çalışdığı bizə aydındır".
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi qüdrəti həmçinin İran daxilində həyata keçirilən gizli əməliyyatlar və Livan sərhədindəki son vəziyyət barədə strateji açıqlamalar verib. Baş nazir çıxışı zamanı İsrailin hazırda hər zamankindən daha güclü mövqedə olduğunu və Amerika Birləşmiş Ştatları ilə müttəfiqlik şəraitində dünyadakı şər qüvvələrinə qarşı mübarizə apardıqlarını qeyd edib.
Türkiyə müxalifəti ABŞ-ın xüsusi elçisi Tom Baraka qarşı kəskin hücuma keçib. Buna səbəb Brakın Yaxın Şərqdə yalnız "güclü liderliyi olan rejimlərin" uğur qazandığını deməsi və Türkiyə ilə İsrail arasındakı alyansın bölgənin rifahı üçün yeganə yol olduğunu iddia etməsidir.
Livan və İsrail arasında danışıqların aparılması ilk dəfə baş verən hadisə deyil. Lakin hər dəfə bu mövzu gündəmə gələndə fərqli daxili və regional balansları əks etdirir. 2026-cı il danışıqlarının konteksti 1982 və 1983-cü illərdən köklü şəkildə fərqlənir.Hazırkı danışıqlarla 42 il əvvəlki danışıqlar arasında hansı fərq var? 1982-ci ildə İsrail ordusu Livanı Beyruta qədər işğal etmişdi. Fələstin Azadlıq Təşkilatı (FAT) ölkədən çıxarılmış, lakin 1976-cı ildə daxil olan Suriya ordusu orada qalmışdı. Tehranın qərarı və Dəməşqin yardımı ilə 1982-ci ilin iyununda əsası qoyulan "Hizbullah"ın o zaman böyük bir rolu yox idi. Bəzi qüvvələrə elə gəlirdi ki, güc balansı yeni bir siyasi kursa imkan verir. İsrail rəhbərliyi, Menahem Begin və Ariel Şaron 1982-ci ildə seçilmiş prezident Bəşir Cəmayıl ilə sülh sazişinin imzalanması üçün gizli əlaqə kanalları açmışdılar.
İran bu gün, cümə günü, Livandakı atəşkəslə paralel olaraq Hörmüz boğazının dəniz naviqasiyası üçün tamamilə yenidən açıldığını elan etdi və bu, qlobal enerji bazarlarına dərhal təsir göstərdi. İranın Xarici İşlər naziri Abbas Araqçı bildirdi ki, boğaz atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmiləri üçün tam açıqdır, lakin o, "keçidin İran Limanlar İdarəsi tərəfindən əvvəlcədən elan edilmiş marşrut üzrə həyata keçiriləcəyini" aydınlaşdırdı.
Livan Prezidenti Jozef Avnın İsrailin Livana qarşı hücumlarını davam etdirməsi səbəbindən İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. Livanlı bir mənbənin İsrailin "Haaretz" qəzetinə verdiyi məlumata görə, Avn hücumlar fonunda və görüşün məqsədi qeyri-müəyyən qaldığı bir vaxtda belə bir təmasın Livan daxilində ciddi etirazla qarşılanacağının fərqindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.
İsrailin Ali Məhkəməsi milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin vəzifədən uzaqlaşdırılması ilə bağlı təqdim olunmuş müraciətləri nəzərdən keçirir. Bildirilib ki, Ben-Qvir ittihamları rədd edərək məhkəmə prosesini tənqid edib və bunu demokratiyaya müdaxilə kimi qiymətləndirib.
Ötən şənbə günü, 11 aprel 2026-cı ildə Pakistanın paytaxtı ABŞ və İran arasında birbaşa danışıqların ilk raunduna ev sahibliyi etdi. Bu görüş tərəflərin bir həftəlik atəşkəs barədə razılığa gəlməsindən sonra baş tutub və 2015-ci il Nüvə sazişindən bəri ilk, 1979-cu il İslam İnqilabından bəri isə ən yüksək səviyyəli birbaşa təmasdır. Dünyanın Donald Trampın "bütün sivilizasiyanı məhv etmək" təhdidinin gerisayışını izlədiyi bir vaxtda, bu tarixi sülh prosesini idarə edən şəxslər kimlərdir?
Türkiyənin xarici işlər naziri Hakan Fidanın İsrailin regional siyasəti və gələcək hədəfləri ilə bağlı verdiyi bəyanatlar İsrailin rəqəmsal məkanında geniş əks-səda doğurub. Bir çox israilli aktivist və siyasi şərhçi Fidanın İsrail daxili siyasətini dərindən analiz etdiyini və Baş nazir Benyamin Netanyahu ilə İsrail dövlətini bir-birindən aydın şəkildə fərqləndirdiyini qeyd edib. Sosial şəbəkələrdə aparılan müzakirələrdə Fidanın "İsrail İrandan sonra Türkiyəni yeni düşmən elan etməyə çalışır" fikri ən çox müzakirə olunan mövzuya çevrilib.
Baş nazir Benyamin Netanyahu özünün hərbi katibi, general Roman Qofmanı "Mossad"ın yeni rəhbəri təyin edib. Lakin bu təyinat İsrailin hərbi və siyasi elitasında ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, vəzifəsini təhvil verən hazırkı rəhbər David Barnea və ölkənin baş prokuroru Qali Baharav-Miara Qofmanın təcrübəsizliyini əsas gətirərək bu qərara qarşı çıxırlar.
Qüds İvrit Universitetinin keçirdiyi son rəy sorğusu İsrail cəmiyyətində İranla münasibətlər və mövcud müharibə fonunda ciddi parçalanmanın olduğunu üzə çıxarıb. Sorğu nəticələrinə görə, İsrail əhalisinin təxminən üçdə ikisi İranla atəşkəs əldə olunmasına qəti şəkildə qarşı çıxır. Keçən həftə ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə əldə olunmuş iki həftəlik müvəqqəti barışıq sazişi İsrail daxilində birmənalı qarşılanmayıb. Xalqın bir hissəsi bu fasilədən hücumları bərpa etmək üçün istifadə olunmasını, digər hissəsi isə razılaşmaya əməl edilməsini dəstəkləyir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranla əldə olunmuş atəşkəs razılaşmasının kövrəkliyi barədə hökumət üzvlərinə xəbərdarlıq edib. İsrailin "Walla" xəbər portalının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, Baş nazir bu bəyanatı Nazirlər Kabinetinin qapalı iclası zamanı səsləndirib.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsrailin regiondakı genişlənmə siyasətinin Türkiyə üçün "böyük risk" yaratdığını və Netanyahunun yeni hədəf axtarışında olduğunu bəyan edib.
Birləşmiş Ştatlar və İran arasında 38 günlük birbaşa hərbi qarşıdurmadan sonra elan edilən atəşkəs zahirən diplomatiyanın qələbəsi kimi görünsə də, mahiyyət etibarilə itkilər və ziddiyyətlərlə yüklənmiş bir "döyüşçü fasiləsi"nə daha yaxındır. "Tarixi qələbə" elan etməyə tələsən İran rəsmiləri yaxşı bilirlər ki, bu bəyanat strateji reallıqdan daha çox daxili istehlaka yönəlib; belə ki, Tehran bu raunddan tükənmiş hərbi imkanlar, darmadağın edilmiş donanma, sıradan çıxmış müdafiə sistemləri, zədələnmiş infrastruktur və sanksiyaların, ardıcıl zərbələrin ağırlığı altında sarsılan iqtisadiyyatla çıxıb. Qarşı tərəfdə isə Vaşinqton özünü bəndlərinin yozulmasında əsaslı fərqlərlə dolu bir atəşkəs qarşısında görür ki, bu da sazişin nə dərəcədə davamlı olacağı sualını təcili və qanunauyğun edir.
İsrail Başınaziri Benyamin Netanyahu, bazar günü yenidən başlaması planlaşdırılan korrupsiya məhkəməsinin təxirə salınması üçün Qüds Regional Məhkəməsinə müraciət edib. Netanyahu Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini və ABŞ ilə İran arasında əldə olunmuş müvəqqəti atəşkəsdən sonrakı diplomatik prosesləri əsas gətirib.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib. Nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.