Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Özbəkistan
    Özbəkistan

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    26 Avqust 2026 21:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Qətər İslam İncəsənəti Muzeyi (MIA) Özbəkistanın İncəsənət və Mədəniyyətin İnkişafı Fondu (ACDF) ilə əməkdaşlıq çərçivəsində Özbəkistan irsinin müasir dövrə qədərki hərtərəfli icmalını nümayiş etdirən "Özbəkistan: Davam edən irs" adlı tarixi sərgini təqdim edir. Sərgi 3 sentyabr – 28 noyabr 2026-cı il tarixlərində MIA-nın Şeyx Səud əl-Sani Müvəqqəti Sərgilər Qalereyasında nümayiş olunacaq.

    Hira Mədəniyyət Məhəlləsində XVIII əsrə aid Quran əlyazması nümayiş olunur

    Sərgi bizim eranın VIII əsrindən müasir dövrə qədər Özbəkistanın 1000 ildən artıq sənət və mədəniyyət irsini əhatə edir.

    Ekspozisiyada monumental rəngkarlıq əsəri, Teymurilər dövrünə aid memarlıq fraqmentləri, elmi əlyazmalar, keramika, zərgərlik və toxuculuq nümunələri də daxil olmaqla 146 eksponat yer alır. Bu nümunələr MIA, Qətərin Milli Kolleksiyası, Luseyl Muzeyi, Qətər Milli Kitabxanası və Özbəkistanın Səmərqənddəki "Əfrasiyab" muzeyindən Mərğilan Sənətkarlığın İnkişafı Mərkəzinə qədər 13 müxtəlif müəssisəsinin fondlarından toplanıb.

    Dörd bölmədən - "Çayın o tayında", "Torpaq və imperiyanın inşası", "Fikir və təsvir memarları", habelə "Gil və sapın mirası" bölmələrindən ibarət sərgi Özbəkistanı tarixi ənənələrin müasir həyata dərindən inteqrasiya olunduğu sivilizasiyalar qovşağı kimi təqdim edir.

    Sərginin əsas eksponatları və interaktiv bölmələri

    Səmərqənddəki mühüm arxeoloji məkan olan Əfrasiyabdakı "Səfirlər zalı"ndan VII əsrə aid divar rəsmi və MIA kolleksiyasındakı Soqd ipək pencəyi ilə eyni motivləri daşıyan fraqmentlər.

    İslam Mərkəzi Asiyasının əsas tikinti texnikası olan kərpic memarlıq dekorasiyasının prinsiplərini nümayiş etdirən interaktiv təcrübələr.

    Xivədən gətirilmiş kenotaf (sarkofaq) və eksponatın öz dilindən danışmasına imkan verən videoçarxla təchiz olunmuş, məqbərə ab-havası yaradan immersiv məkan.

    Ölkədə ikinci İslam İntibahının memarlıq irsini qoruyan və Qətərin dəstəyi ilə bərpa olunan Səmərqəndin Bibi Xanım məscidinin restavrasiyasına həsr olunmuş xüsusi təqdimat.

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    Əl-Xarəzmi, Əl-Biruni və Uluqbəy kimi alimlərin elmi mirasını əks etdirən astronomiya, tibb və dini mətnlərin əlyazmaları, habelə XV əsrə aid usturlab (astrolabiya).

    Erkən modern dövrünə aid iqat toxunuşlu xalatlardan müasir ipək parçalara qədər toxuculuq nümunələri; bunlar Daşkənd Tətbiqi Sənət Muzeyinin işlək ipək toxuma dəzgahı və müasir ipəkçilik videoçarxı ilə birgə təqdim olunur.

    Müasir özbək miniatürçüsü və MIA-nın rezident rəssamı Davlat Toşevin XVI əsr illustrasiyalı səhifələri ilə dialoq quran kağız üzərindəki əsərləri.

    Daşkənd süzənə tikmə məktəbini dirçəldən özbək modelyer-dizayneri Mədinə Qasımbayevanın hazırladığı geyimlər.

    Sərgi Qətər Muzeyləri ilə ACDF arasında konservasiya, elmi tədqiqat və ictimai proqramları əhatə edən institusional tərəfdaşlığı daha da dərinləşdirir.

    "Visit Qatar" təşkilatının dəstəyi ilə keçirilən sərginin rəsmi açılışı Qətər Muzeylərinin 2026-cı il payız mövsümü ilə üst-üstə düşür.

    #Sufizm incəsənəti #Azərbaycan incəsənəti sərgisi #Teymurilər dövləti tarixi #İslam incəsənəti #Teymurilər dövləti #Qətər incəsənəti #Qətər İslam İncəsənəti Muzeyi #Qətər Muzeyləri İslam İncəsənəti Muzeyi MIA #Özbəkistan İncəsənət və Mədəniyyət Fondu ACDF #Səmərqənd Əfrasiyab divar rəsmləri Soqd irsi #Bibi Xanım məscidi #Uluqbəy əl Biruni
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    26 Avqust 2026 21:44

    Özbəkistan Prezident Administrasiyasının rəhbəri Ərəb Media Sammiti 2026-nın əsas məruzəçisidir

    26 Avqust 2026 13:23

    Müasir Fələstin incəsənətinə ağır itki - Süleyman Mənsur 79 yaşında dünyasını dəyişdi

    25 Avqust 2026 09:57

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Məhəmməd bin Salman Mərkəzi-Xəttatlıq üzrə ən böyük kitabxana

    22 İyul 2026 15:25

    Bursanın talanından İzmirin fəthinə - Ankara döyüşünün Anadoludakı ağır nəticələri

    14 İyun 2026 11:00

    İslam xəttatlıq sənətində həndəsi estetika

    3 May 2026 22:00

    Art Basel – Qətərli rəssamdan ekoloji inqilab

    28 Aprel 2026 09:03

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12

    Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

    16 Aprel 2025 17:43

    Parisdə sufizmə həsr olunmuş ilk muzey açılır

    12 Avqust 2024 17:06
    XƏBƏR LENTİ

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.