Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Netanyahu kəşfiyyatın başına öz adamını gətirdi - Mossadın yeni rəhbəri kimdir?

    14 Aprel 2026 09:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu kəşfiyyatın başına öz adamını gətirdi - Mossadın yeni rəhbəri kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    İsrail Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi, general Roman Qofmanı "Mossad"ın yeni rəhbəri təyin edib. Lakin bu təyinat İsrailin hərbi və siyasi elitasında ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, vəzifəsini təhvil verən hazırkı rəhbər David Barnea və ölkənin baş prokuroru Qali Baharav-Miara Qofmanın təcrübəsizliyini əsas gətirərək bu qərara qarşı çıxırlar.

    1976-cı ildə Belarusda doğulan Qofman 14 yaşında İsrailə köçənə qədər yəhudi olduğunu bilməyib; valideynləri antisemitzmdən qorunmaq üçün bu faktı ondan gizli saxlayıblar. İsraildə boks üzrə çempionluqdan hərbi karyeraya keçən Qofman, Suriya və Livanda həyata keçirilən bir çox gizli əməliyyatların rəhbəri kimi tanınır. Xüsusilə "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsi və "peycer partlayışları" kimi səs-küylü əməliyyatlarda onun strateji rolunun olduğu iddia edilir.

    Netanyahuya sadiqliyi ilə seçilən Qofman, eyni zamanda Rusiya və İran masaları üzrə ekspert hesab olunur. Rus dilini ana dili kimi bilməsi onu Netanyahunun Putinlə münasibətlərində əsas vasitəçiyə çevirib. Lakin onun kəşfiyyat sahəsindəki uğurları ilə yanaşı, keçmişdə qeyri-qanuni yollarla 17 yaşlı bir gənci məxfi sənədlərin yayılması üçün istifadə etməsi və bu hadisənin məhkəməyə qədər uzanması onun reputasiyasına ciddi kölgə salır.

    Ekspertlər hesab edir ki, bu təyinat Netanyahunun təhlükəsizlik qurumları üzərində tam nəzarəti ələ keçirmək cəhdidir. Oktyabrda gözlənilən seçkilər öncəsi strateji kəşfiyyatın başına özünə yaxın şəxsi gətirməsi baş nazirin daxili və xarici siyasətdəki "sərt xətt" siyasətini davam etdirəcəyinin göstəricisidir.

    #İsrail kəşfiyyat xidməti #Orta Şərq təhlükəsizlik strategiyası #Hərbi əməliyyatların planlaşdırılması #Benyamin Netanyahunun təhlükəsizlik kabineti #Rusiya-İsrail diplomatik əlaqələri #Regional kəşfiyyat müharibələri #Roman Qofmanın Mossad rəhbəri təyin edilməsinin səbəbləri #İsrail kəşfiyyatında rəhbər dəyişikliyi və daxili etirazlar #Qofmanın Suriya və İrandakı gizli hərbi əməliyyatları #Netanyahu və Roman Qofman arasındakı siyasi bağlılıq #Mossadın yeni rəhbərinin kəşfiyyat təcrübəsi və tənqidlər #İsrail Ali Məhkəməsinin Qofman təyinatı ilə bağlı gözlənilən qərarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    23 İyul 2026 19:59

    Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

    23 İyul 2026 19:55

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    23 İyul 2026 19:33

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    İordan çayının qərb sahilində gərginlik davam edir

    23 İyul 2026 19:23

    Küveytin Əl-Əbdəli sərhəd-keçid məntəqəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb

    23 İyul 2026 18:41

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    23 İyul 2026 18:31

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    23 İyul 2026 18:28

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    23 İyul 2026 14:42

    Ekoloji dönüş – Səudiyyə 99,4 milyon hektar torpağı bərpa edir

    23 İyul 2026 14:23

    İsraildə böhran - Baş Prokuror Netanyahunun Mossad təyinatına etiraz edib

    10 May 2026 21:49

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15
    XƏBƏR LENTİ

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    İsrail ordusu Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

    Bab əl-Məndəb boğazı ilə bağlı narahatlıq artır

    Fransa husilərin Səudiyyə neft tankerlərinə hücumlarını kəskin pisləyib

    Tehran görüşündə İran və İraq əməkdaşlığı müzakirə olunub

    Azərbaycan və Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub

    4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub

    İran Böyük Britaniyaya sərt etiraz edib

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    İordan çayının qərb sahilində gərginlik davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.