BAKI,VOA,Yusif Şərifzadə
Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri son üç həftədə ilk dəfə Hörmüz boğazından keçərək Oman körfəzinə daxil olub. Bu, Qətər tankerlərindən birinin daha əvvəl həmin su yolunda hədəfə alınmasından sonra qeydə alınan ilk keçid kimi qiymətləndirilir.
VOA xəbər verir ki, İranın Fars xəbər agentliyinin məlumatına görə, tanker Tehranın icazəsini aldıqdan sonra İranın təsdiqlədiyi marşrut üzrə hərəkət edib.
Bloomberg tərəfindən toplanmış gəmi izləmə məlumatlarına əsasən, tanker avtomatik identifikasiya sistemini (AIS) aktiv vəziyyətdə saxlayaraq Hörmüz boğazını keçib və Oman körfəzinə daxil olub.
MarineTraffic platformasının məlumatına görə, gəmi Pakistan istiqamətində üzür.
Qətər və İran rəsmiləri tankerin keçidi ilə bağlı hələlik əlavə açıqlama verməyiblər. Tankerin əvvəl hədəfə alınması ilə bağlı məsuliyyəti öz üzərinə götürən tərəf barədə də məlumat açıqlanmayıb.