#LNG

Hindistan Yaxın Şərqdən maye təbii qaz tədarükünün bərpasından sonra məhdudiyyətləri ləğv edib. Hindistan hökumətinin bildirişinə görə, mart ayında fövqəladə tədbirlər tətbiq olunmuşdu. Qaz çatışmazlığı səbəbindən qeyri-prioritet sahələrin istifadəsi məhdudlaşdırılmışdı. Bu vəziyyət Hörmüz boğazı üzərindən daşımaların dayanması ilə bağlı idi. Tədarükün bərpası ilə enerji bazarında sabitlik yaranıb. Məhdudiyyətlərin artıq ləğv edildiyi açıqlanıb. Enerji sektorunda vəziyyət normallaşır.

Fransa bayraqlı LNG tankerinin Hörmüz boğazından keçdiyi bildirilir. Gəmi Qətərin Ras Laffan limanından yüklənib. Onun Pakistanın Port Qasim limanına getdiyi qeyd olunur. Tanker boğazı təhlükəsiz şəkildə keçib. Hörmüz boğazı enerji daşımaları üçün kritik marşrut sayılır. ABŞ Prezidenti Tramp boğazın tezliklə tam açılacağını deyib. Hadisə regional enerji təhlükəsizliyi fonunda diqqət çəkib. Dəniz ticarəti axını davam edir.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.

ABŞ və İran gözlənilmədən iki həftəlik atəşkəs elan etdilər, lakin bundan sonra nələrin baş verəcəyi ilə bağlı saysız-hesabsız suallar açıq qalır. İsrail də hesabatlara görə, könülsüz olsa da, atəşkəsə razılıq verib. Vaşinqton və Tehran "qələbə" elan etsələr də, bu müharibənin bitdiyini söyləmək hələ çox tezdir. Bir çox əsas məsələ həll olunmamış qalır, raketlər və pilotsuz uçuş aparatları (dronlar) atəşkəs elanından sonra belə bölgədə uçmağa davam edir. Belə ki, bir neçə Körfəz ölkəsi çərşənbə günü İranın hücumlarına məruz qaldığını bildirib, İsrail isə Livanda böyük zərbələr endirib.

İsrailin İranın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində "Cənub Pars" yatağındakı hasilat və nəql sistemlərinə ciddi ziyan dəydiyi bildirilir. İran rəsmiləri ixracın dayandırılmasını həm texnoloji qəzalar, həm də daxili ehtiyacların ödənilməsi zərurəti ilə əsaslandırırlar.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin təbii qaz ehtiyacının demək olar ki, yarısının artıq LNG (mayeləşdirilmiş təbii qaz) şəklində gəmilərlə təmin oluna biləcəyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar Türkiyənin LNG infrastrukturunun, istehlakın ən yüksək olduğu sərt qış günlərində belə ev təsərrüfatlarının qaz tələbatını tam şəkildə qarşılayacaq gücə sahib olduğunu bildirib.

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 2028-ci ilin əvvəllərindən tamamilə son qoyulması planına dəstək verib. Lüksemburqda keçirilən enerji nazirlərinin iclasında üzv ölkələr Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair qaydalar üzərində razılığa gəliblər.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.

İsrail tərəfi son günlərdə Misirlə imzalanmış iri həcmli qaz müqaviləsini ləğv etmək ehtimalını gündəmə gətirib. İsrail mediasının yazdığına görə, Netanyahu və enerji naziri Eli Kohen avqustda imzalanmış sövdələşməni yenidən nəzərdən keçirmək niyyətindədirlər. Bu isə Qahirədə ciddi narazılıq yaradıb.Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Baş nazir Mustafa Madbuli və neft naziri Karim Bədavi ilə keçirdiyi iclasda yerli qaz hasilatının artırılması, yeni enerji strategiyası və enerji mərkəzinə çevrilmə planları müzakirə olunub.