Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Livan ordusu ölkənin birliyini qoruyur, İsrailin "pilot zonalarını" deyil - Nəbih Berri

    30 İyul 2026 17:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan ordusu ölkənin birliyini qoruyur, İsrailin "pilot zonalarını" deyil - Nəbih Berri
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Livan parlamentinin sədri Nəbih Berri ölkə ordusunun əsas missiyasının vahid Livanı qorumaq olduğunu bildirib və İsrailin təşəbbüsü ilə yaradıldığı deyilən "pilot zonaları" tənqid edib.

    VOA xəbər verir ki, Livan ordusunun yaradılmasının 81-ci ildönümü münasibətilə yayımladığı bəyanatda Berri ordunu ölkənin birlik və suverenliyinin əsas dayağı adlandırıb.

    "81 il sonra da Livan ordusu birlik, kimlik, mənsubiyyət, fədakarlıq və sədaqətin nümunəsi olaraq qalır. O, İsrail işğalçısının od, qətl və dağıntılarla sərhədlərini müəyyənləşdirdiyi "pilot zonaları" deyil, vahid Livanı müdafiə edir", – deyə Berri vurğulayıb.

    "Əməl" Hərəkatının lideri olan Berri Livan ordusunu ölkədə bütün təbəqələri təmsil edən milli institut kimi qiymətləndirib. O, ordunun ölkənin suverenliyini qorumasına, torpaqların və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, sabitlik və vətəndaş sülhünün möhkəmləndirilməsinə ümid etdiyini bildirib.

    Berrinin açıqlaması ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunduğu bildirilən çərçivə razılaşması fonunda səslənib. Həmin razılaşmaya əsasən, Livanın cənubunda "pilot zonaları" yaradılır, Livan Silahlı Qüvvələri bu ərazilərdə yerləşdirilir, İsrail qüvvələrinin isə mərhələli şəkildə geri çəkilməsi nəzərdə tutulur. İyulun 20-də istifadəyə verilən ilk üç zona Frun, Srifa və Zəvtər əl-Qərbiyə kəndlərini əhatə edir.

    Livan və İsrail arasında razılaşmanın tətbiqi ilə bağlı proses davam edir. Tərəflər bəzi məsələlər üzrə fərqli mövqelərini qoruyurlar.

    #İsrail #ABŞ #Livan #Yaxın Şərq #Livan ordusu #Nəbih Berri #Pilot zonaları #Əməl Hərəkatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranın İordaniya və Küveytə hücumlarını pisləyib

    30 İyul 2026 18:09

    Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir - İsmayıl Bəqai

    30 İyul 2026 18:06

    İran üç ABŞ qırıcısını məhv etdiyini açıqlayıb

    30 İyul 2026 17:18

    ABŞ-nin raket hücumu nəticəsində üç hərbçimiz həlak olub - SEPAH

    30 İyul 2026 17:15

    Ölənlərin sayı 73 341 nəfərə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    30 İyul 2026 17:09

    Pakistan ABŞ və İranı yenidən razılaşma çərçivəsində danışıqlara qaytarmağa çalışır

    30 İyul 2026 17:04

    İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirilib - SEPAH

    30 İyul 2026 16:23

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    30 İyul 2026 14:55

    Səudiyyə Ərəbistanı ABŞ-ı husilərə zərbə endirməkdən çəkinməyə çağırıb

    30 İyul 2026 11:47

    İran ABŞ-ın müttəfiqlərinə xəbərdarlıq edib

    30 İyul 2026 11:36

    İrandan atılan beş raket məhv edilib - İordaniya ordusu

    30 İyul 2026 10:22

    Tarixdə bu gün - 30 İyul

    30 İyul 2026 00:01
    XƏBƏR LENTİ

    Qətər İranın İordaniya və Küveytə hücumlarını pisləyib

    Hörmüz boğazı ilə bağlı Omanla danışıqlar davam edir - İsmayıl Bəqai

    Qətərin LNG tankeri üç həftədən sonra ilk dəfə Hörmüz boğazından keçib

    Azərbaycanın Türkmənistandakı səfiri Aşqabad şəhərinin hakimi ilə görüşüb

    Hücumların ölkə ərazisindən həyata keçirildiyinə dair sübut yoxdur - İraq

    Livan ordusu ölkənin birliyini qoruyur, İsrailin "pilot zonalarını" deyil - Nəbih Berri

    İran üç ABŞ qırıcısını məhv etdiyini açıqlayıb

    ABŞ-nin raket hücumu nəticəsində üç hərbçimiz həlak olub - SEPAH

    London sığortaçıları Qırmızı dəniz üzrə yeni risk xəritəsi açıqlayıb

    Ölənlərin sayı 73 341 nəfərə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.