İranın Xatamül-Ənbiya Mərkəzi Qərargahı ABŞ-ın İran neft infrastrukturu üzrə təhdidlərini şərh edib. Qərargah bildirib ki, regionda neft və qaz ixracı təhlükə altındadır. Bəyanata görə, neft və qaz ya hamı üçün ixrac olunacaq, ya da heç kim üçün mümkün olmayacaq. Bu açıqlama Trampın yaxın gələcəkdə bazara nəzarət edəcəyi barədə açıqlamasından sonra verilib. İran hərbi qərargahı regiondakı enerji təchizatına ciddi xəbərdarlıq edir. Mövqe ABŞ-ın təzyiqlərinə qarşı mesajdır. Bu addım həm diplomatik, həm də iqtisadi gərginliyi artırır. Region ölkələri bu vəziyyəti yaxından izləyir.
#qaz ixracı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyənin milli enerji şirkəti BOTAŞ ilə BP arasında yeni qaz təchizatı müqaviləsinin imzalandığını açıqlayıb. Nazirin verdiyi məlumata görə, 3 il müddətinə qüvvədə olacaq müqavilə çərçivəsində illik təxminən 1,6 milyard kubmetr, ümumilikdə isə 4,8 milyard kubmetr təbii qaz Türkiyəyə idxal ediləcək.
Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin təşkilata üzv dövlətlərə təbii qaz tədarükünü artırmağa hazır olduğunu bəyan edib.
İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.
Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatıb. Növbəti mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.