Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Dohadakı danışıqların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil

    29 İyun 2026 21:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dohadakı danışıqların nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ və İranın iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı danışıqlar aparacağı bildirilir. Məlumata görə, tərəflər görüş ərəfəsində qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəliblər. Eyni zamanda, nüvə proqramı ilə bağlı texniki məsləhətləşmələrin də gündəmdə qaldığı qeyd olunur.

    Dohadakı görüş ABŞ-İran gərginliyinin azalmasına və Hörmüz boğazında sabitliyin bərpasına real töhfə verə biləcəkmi?

    VOA Bizimyol.info-ya istinad edərək xəbər verir ki, siyasi şərhçi Rufiz Hafizoğlu açıqlamasında bildirib ki, iyunun 30-da Dohada Hürmüz boğazı ilə bağlı ABŞ, İran və Qətərin iştirakı ilə danışıqların keçiriləcəyi təsdiqlənib. Onun sözlərinə görə, hər üç tərəf bu görüşün baş tutacağını bəyan edib. Bununla belə, indidən danışıqların müsbət və ya mənfi nəticə verəcəyinə dair proqnoz vermək doğru olmaz.

    Rufiz Hafizoğlu qeyd edib ki, bu görüşü qiymətləndirərkən əvvəlki danışıqların nəticələrinə və həmin razılaşmaların icra səviyyəsinə baxmaq lazımdır. Onun fikrincə, danışıqlar məkanının ardıcıl şəkildə dəyişməsi özü göstərir ki, tərəflər indiyədək əldə etmək istədikləri nəticəyə nail ola bilməyiblər.

    Siyasi şərhçi xatırladıb ki, ilk mərhələdə vasitəçilik missiyasını Oman həyata keçirirdi. Daha sonra Pakistan ön plana çıxdı, indi isə bu missiyanı Qətər üzərinə götürüb.

    "Pakistan məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Təəssüf ki, bəzi media orqanlarında Pakistan Yaxın Şərq ölkəsi kimi təqdim olunur. Halbuki Pakistan Yaxın Şərqə aid deyil. Bununla belə, ABŞ-la həmin bölgə üzrə ən aktiv əməkdaşlıq edən ölkələrdən biridir. Hətta demək olar ki, Vaşinqtonun bölgədə ən çox dəstək verdiyi dövlətlər sırasında ön sıralardadır. Ancaq Pakistan platformasında keçirilən danışıqlar da real nəticə vermədi. Danışıqların başlanması sülhün təmin olunacağı anlamına gəlmir. Bu proses kifayət qədər kövrəkdir. Danışıqların arxasında hansı razılaşmaların əldə olunacağı, hansı güzəştlərin ediləcəyi hələ də tam aydın deyil", - deyə o bildirib.

    Rufiz Hafizoğlu hesab edir ki, hazırkı prosesdə diqqət çəkən əsas məqamlardan biri Türkiyənin vasitəçilik missiyasından kənarda saxlanılmasıdır.

    "Türkiyənin vasitəçilik təcrübəsi kifayət qədər uğurludur. Vaxtilə Ankara İranla Avropa və ABŞ arasında vasitəçilik missiyasını üzərinə götürmüş və bu proseslərin böyük hissəsi uğurla nəticələnmişdi. Amma bu dəfə həm ABŞ, həm də xüsusilə İran tərəfindən Türkiyənin bu missiyanı yerinə yetirməsinə isti münasibət göstərilmir. Əsas etiraz İrandan gəlir. Çünki İran mövcud şəraitdə üstünlüyü ABŞ-a vermək istəmir", - deyə siyasi şərhçi vurğulayıb.

    Onun sözlərinə görə, ABŞ isə əksinə, Türkiyənin bu məsələdə vasitəçi kimi çıxış etməsində maraqlıdır.

    "Bunun geosiyasi səbəbləri var. Bölgədə tamamilə yeni siyasi düzən formalaşdırılır. Bu gün Yaxın Şərqin siyasi mənzərəsi dəyişir", - deyə Rufuz Hafizoğlu bildirib.

    Şərhçi deyib ki, son illərdə İsrailin beynəlxalq nüfuzunda da ciddi dəyişikliklər baş verir.

    "İsrailə münasibətdə artıq uzun müddətdir demonizasiya prosesi gedir. Bunun müxtəlif səbəbləri var. Dünyanın heç bir yerində bir dövlətin naziri başqa ölkənin vətəndaşlarını açıq şəkildə ölümlə hədələmir. Qəzzada on minlərlə insanın həyatını itirməsi, Benyamin Netanyahunun qondarma erməni soyqırımı ilə bağlı açıqlamaları, işğal altındakı Fələstin ərazilərində yəhudi məskunlaşma siyasəti və sair hadisələr beynəlxalq ictimai rəydə İsrailə qarşı olduqca mənfi münasibət formalaşdırıb. Hətta keçmiş baş nazir Ehud Olmert də öz yazılarından birində İsrail dövlətinin siyasətini çox sərt şəkildə tənqid edib", - deyə o qeyd edib.

    Rufiz Hafizoğlu bildirib ki, bütün bunlara baxmayaraq, ABŞ-la İsrail arasında strateji müttəfiqlik davam edir. Lakin onun fikrincə, bölgədə geosiyasi yükün tədricən Türkiyəyə ötürülməsi istiqamətində proses gedir.

    "Əgər Qətərdə keçiriləcək danışıqlar uğursuz nəticələnsə və yeni gərginlik yaranarsa, növbəti mərhələdə vasitəçilik missiyası Ankaraya keçəcək. Əgər Ankara bu prosesi uğurla idarə edə bilsə, mənim əvvəllər də səsləndirdiyim fikir, yəni bölgənin əsas siyasi açarlarının mərhələli şəkildə Türkiyəyə verilməsi ehtimalı daha da güclənəcək", - deyə o bildirib.

    Siyasi şərhçi qeyd edib ki, bu gün bölgədə liderlik iddiasında olan başqa dövlətlər var.

    "Misir də həmin ölkələrdən biridir. İqtisadi problemlərinə baxmayaraq, Qahirə bölgədə təsir imkanlarını artırmağa çalışır. Artıq bu geosiyasi dəyişikliklər həm region ölkələrində, həm də İsrail daxilində hiss olunur. İsrail siyasi dairələrinin özü də iki fərqli mövqeyə bölünüb. Bir qrup “Böyük İsrail” ideyasını müdafiə edir. Başqa bir qrup isə hesab edir ki, bu layihə real deyil və İsrail qonşuları ilə münasibətləri normallaşdıraraq, mövcud sərhədlər daxilində daha güclü dövlət modelini seçməlidir", - deyə Rufiz Hafizoğlu vurğulayıb.

    Hürmüz boğazı ətrafındakı vəziyyəti də dəyərləndirən siyasi şərhçi bildirib ki, İran hazırda ciddi iqtisadi və siyasi təzyiq altındadır.

    "Əlbəttə, heç kim bölgədə yeni müharibənin başlamasını istəmir. Amma reallıq ondan ibarətdir ki, İranın vəziyyəti asan deyil. Hürmüz boğazı açılsa və Avropa ölkələri enerji ehtiyatlarını İran nefti hesabına müəyyən müddət üçün təmin etsələr belə, sonrakı mərhələdə İrana qarşı təzyiqlər dayanmayacaq. Sadəcə, bu dəfə əsas təzyiq hərbi deyil, daxili iqtisadi və sosial proseslər üzərindən qurulacaq. Növbəti mərhələdə məhz iqtisadi çətinliklər və daxili narazılıqlar əsas təsir vasitəsinə çevriləcək", - deyə Rufiz Hafizoğlu bildirib.

    #Türkiyə #İran #ABŞ #Pakistan #Rufiz Hafizoğlu #Misir #Qətər #Doha #Yaxın Şərq #Hörmüz boğazı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qəzzaya zərbələri nəticəsində biri uşaq olmaqla beş nəfər həlak olub

    29 İyun 2026 22:49

    Hörmüz boğazında minaların təmizlənməsinə Fransa və Omanın müdaxiləsinə icazə verilməyəcək

    29 İyun 2026 22:35

    İran ABŞ ilə Qətərdə görüş keçiriləcəyi barədə məlumatları təkzib etdi

    29 İyun 2026 22:33

    Anlaşma memorandumunun icrası üzrə proses davam edir - İran

    29 İyun 2026 22:25

    Livanda İsrail zərbələri nəticəsində ölənlərin sayı 4 257-yə çatıb

    29 İyun 2026 22:22

    Livan Prezidenti ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb

    29 İyun 2026 22:15

    Tramp ABŞ və İran nümayəndələrinin Qətərdə görüşəcəyini açıqlayıb

    29 İyun 2026 22:08

    Fələstində davamlı sülhün yolu iki dövlətli həll modelindən keçir - Rəcəb Tayyib Ərdoğan

    29 İyun 2026 21:51

    İraq hökuməti silahlı qruplarla bağlı yeni qərar qəbul edib

    29 İyun 2026 21:02

    Fransa və Oman Hörmüz boğazında minaların təmizlənməsi üçün əməkdaşlıq edəcək

    29 İyun 2026 20:58

    Livan ordusunun komandanı ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb

    29 İyun 2026 20:52

    ABŞ-İran gərginliyi Hörmüz boğazında gəmi hərəkətini kəskin azaltdı

    29 İyun 2026 20:46
    XƏBƏR LENTİ

    İsrailin Qəzzaya zərbələri nəticəsində biri uşaq olmaqla beş nəfər həlak olub

    Livanda 400 mindən çox məcburi köçkün evinə qayıdıb

    Hörmüz boğazında minaların təmizlənməsinə Fransa və Omanın müdaxiləsinə icazə verilməyəcək

    İran ABŞ ilə Qətərdə görüş keçiriləcəyi barədə məlumatları təkzib etdi

    Anlaşma memorandumunun icrası üzrə proses davam edir - İran

    Livanda İsrail zərbələri nəticəsində ölənlərin sayı 4 257-yə çatıb

    İsrail qüvvələrinin işğal altındakı Fələstin ərazilərində əməliyyatları davam edir

    Livan Prezidenti ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb

    Tramp ABŞ və İran nümayəndələrinin Qətərdə görüşəcəyini açıqlayıb

    Səhra canavarı yeniləndi: 419 at güclü yeni nəsil Nissan Patrol təqdim olundu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.