Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    BMT baş katibi İsraili Qəzzada humanitar təşkilatlara tətbiq edilən qadağanı ləğv etməyə çağırıb

    3 Yanvar 2026 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT baş katibi İsraili Qəzzada humanitar təşkilatlara tətbiq edilən qadağanı ləğv etməyə çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş cümə günü İsraili Qəzzada humanitar yardım göstərən qurumlara tətbiq olunan qadağanı dayandırmağa çağırıb. Quterreş bu qərarla bağlı “dərin narahatlıq” keçirdiyini bildirib.

    AzerVoice xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanata görə, Quterreş bu tədbirin geri götürülməsini tələb edərək vurğulayıb ki, beynəlxalq qeyri-hökumət təşkilatları həyati əhəmiyyət daşıyan humanitar fəaliyyət üçün vazkeçilməzdir və onların fəaliyyətinin dayandırılması atəşkəs dövründə əldə olunan kövrək irəliləyişi risk altına qoya bilər.

    Düjarrik bildirib ki, bu son addım fələstinlilərin üzləşdiyi humanitar böhranı daha da dərinləşdirəcək.

    İsrail cümə axşamı Qəzza zolağına girişə icazə verilən 37 xarici humanitar təşkilatın fəaliyyətini dayandırıb. Qərara səbəb kimi həmin təşkilatların fələstinli əməkdaşlarının siyahısını İsrail rəsmiləri ilə paylaşmaqdan imtina etməsi göstərilib.

    Qadağa Qəzzada əsasən fəaliyyət göstərən və Fələstin ərazilərində 1 200 əməkdaşı olan “Sərhədsiz Həkimlər” (MSF) təşkilatını da əhatə edir. Siyahıya daxil edilən QHT-lərə martın 1-dək fəaliyyətlərini dayandırmaq göstərişi verilib.

    Bir sıra qeyri-hökumət təşkilatları bu tələblərin beynəlxalq humanitar hüquqa zidd olduğunu və onların müstəqilliyini təhlükə altına saldığını açıqlayıb. İsrail isə yeni qaydaların terroru dəstəklədiyini iddia etdiyi qurumların Fələstin ərazilərində fəaliyyətinin qarşısını almağı hədəflədiyini bildirib.

    Cümə axşamı İsraildə fəaliyyət göstərən 18 sol yönlü QHT beynəlxalq tərəfdaşlarına qoyulan qadağanı pisləyərək, yeni qeydiyyat mexanizminin humanitar fəaliyyətin müstəqillik və neytrallıq prinsiplərini pozduğunu bəyan edib.

    Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumuna cavab olaraq başladığı müharibədən sonra oktyabr ayından etibarən kövrək atəşkəs rejimi qüvvədədir. Qəzza rəsmilərinin noyabr ayında açıqladığı məlumata görə, müharibə başlayandan bəri bölgədə 70 mindən çox insan həyatını itirib.

    BMT məlumatlarına əsasən, müharibə nəticəsində Qəzzadakı binaların təxminən 80 faizi dağıdılıb və ya zərər görüb, infrastruktur demək olar ki, tamamilə məhv edilib. Qəzzada fəaliyyət göstərən Fələstin QHT Şəbəkəsinin direktoru Əmcəd əl-Şavanın sözlərinə görə, bölgə əhalisinin təxminən 1,5 milyonu evsiz qalıb.

    #Qəzza #Qəzza zolağı #BMT #Antonio Quterreş #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    25 İyul 2026 18:36

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    25 İyul 2026 18:10

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    25 İyul 2026 16:20

    Antonio Quterreş Suriyaya səfər edən ilk BMT Baş katibi olacaq

    25 İyul 2026 11:12

    Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb

    25 İyul 2026 09:34

    Yəməndə yenidən genişmiqyaslı müharibə təhlükəsi artır

    24 İyul 2026 20:50

    Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - BMT Baş katibi

    23 İyul 2026 21:00

    Böyük Britaniyada 70-dən çox deputat Baş naziri Qəzza ilə bağlı tədbirlər görməyə çağırıb

    23 İyul 2026 20:01

    İran Böyük Britaniyaya sərt etiraz edib

    23 İyul 2026 19:30

    HƏMAS Nablus yaxınlığındakı hücumla bağlı bəyanat yayıb

    23 İyul 2026 19:27

    Husilər HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyanı təbrik ediblər

    23 İyul 2026 18:28

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05
    XƏBƏR LENTİ

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

    The Wolf of Wall Street – Kapitalizmin, həzzin və hədsizliyin çılğın zirvəsi

    Türk mədəniyətindəki 54 fərz nədir?

    Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

    Fironların qəzəbi, donanma dəhşəti: Gündəlik işlətdiyimiz ifadənin şok mənşəyi

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    Yuxuda dəvəquşu görmək necə yozulur?

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    Ronaldo niyə biznes imperiyasını genişləndirir? - "Qızıl qandal" fenomeni və sərvətin görünməyən tərəfi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.