Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    26 İyul 2026 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Ermənistanın Sünik vilayətində keçirilən Ermənistan-İran ekspert-analitik forumu regionda nəqliyyat-kommunikasiya layihələri ətrafında geosiyasi rəqabəti yenidən gündəmə gətirib. Forumda ABŞ-ın təşəbbüsü olan TRIPP infrastruktur layihəsinə qarşı səsləndirilən mövqelər, həmçinin Azərbaycan və ABŞ-ın iştirakı ilə razılaşdırılmış nəqliyyat kommunikasiyalarının açılmasının ləngidilməsinə yönələn çağırışlar diqqət çəkib.

    Tədbirdə Ermənistan, İran və Rusiya ilə əlaqəli ekspert və diplomatların iştirakı forumun koordinasiyalı xarakter daşıdığı barədə müzakirələrə səbəb olub. Çıxışlarda TRIPP layihəsinin "riskləri", Mehri marşrutunda Qərb iştirakının "təhlükəsizlik təhdidi" olduğu iddia edilib, eyni zamanda layihənin İranın nəqliyyat şəbəkəsi ilə əlaqələndirilməsi təklifləri səsləndirilib.

    Müşahidəçilərin fikrincə, forumda irəli sürülən yanaşmaların məqsədi TRIPP layihəsinin icrasını çətinləşdirmək, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması prosesini ləngitmək və regionda formalaşan yeni logistika marşrutlarına təsir göstərməkdir.

    VOA xəbər verir ki, Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinə qarşı Ermənistan və İranın Sünikdə təşkil etdiyi ekspert forumunda səsləndirilən fikirlər regionda formalaşan yeni əməkdaşlıq mühitinə uyğun deyil:

    "ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinə qarşı Ermənistan və İranın Sünikdə keçirdiyi ekspert forumunda səsləndirilən fikirlər Cənubi Qafqazda formalaşmaqda olan yeni əməkdaşlıq mühitinə uyğun gəlmir. Regionda dayanıqlı sülhün təmin olunması üçün ilk növbədə nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inteqrasiyanın gücləndirilməsi vacibdir. İstənilən layihəyə siyasi və ya ideoloji prizmadan yanaşaraq onun reallaşmasına mane olmağa çalışmaq region ölkələrinin uzunmüddətli maraqlarına xidmət etmir".

    Deputatın sözlərinə görə, Azərbaycan kommunikasiyaların açılmasının bütün region dövlətlərinə fayda verəcəyini dəfələrlə bəyan edib:

    "Azərbaycan dəfələrlə bildirib ki, kommunikasiya xətlərinin açılması bütün region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq, ticarət dövriyyəsini artıracaq və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, müxtəlif platformalarda belə təşəbbüslərə qarşı mənfi rəy formalaşdırmağa yönəlmiş çıxışlar sülh prosesini sürətləndirmək əvəzinə, etimadsızlığı daha da dərinləşdirə bilər".

    A.Əlizadə hesab edir ki, region dövlətləri geosiyasi rəqabət deyil, qarşılıqlı fayda prinsipi əsasında hərəkət etməlidirlər:

    "Hesab edirəm ki, Cənubi Qafqaz ölkələri geosiyasi rəqabətdən deyil, qarşılıqlı fayda və əməkdaşlıq prinsipindən çıxış etməlidirlər. Kommunikasiya layihələrinin qarşısını almağa çalışmaq əvəzinə, onların yaradacağı iqtisadi və strateji imkanlardan istifadə etmək daha doğru yanaşmadır. Bu, həm regional sabitliyin, həm də uzunmüddətli iqtisadi inkişafın əsas təminatlarından biridir".

    Deputat vurğulayıb ki, Cənubi Qafqazın gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır:

    "Cənubi Qafqaz artıq qarşıdurma məkanı deyil, əməkdaşlıq platformasına çevrilmək potensialına malikdir. Xarici təsirlər və ya ayrı-ayrı siyasi dairələrin prosesləri siyasiləşdirmək cəhdləri region ölkələrinin milli maraqlarından üstün tutulmamalıdır".

    A.Əlizadənin fikrincə, davamlı sülhə nail olmaq üçün bütün tərəflər konstruktiv dialoqa üstünlük verməlidirlər:

    "Əgər məqsəd həqiqətən də sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunmasıdırsa, bütün tərəflər konstruktiv dialoqa üstünlük verməli, beynəlxalq hüquqa əsaslanan razılaşmaların icrasına dəstək göstərməlidirlər. Kommunikasiya xətlərinin açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqazın beynəlxalq nəqliyyat və logistika xəritəsində strateji əhəmiyyətini artıracaq, regionun qlobal iqtisadi layihələrdə rolunu daha da gücləndirəcək".

    Trend BİA-nın direktor müavini, siyasi şərhçi Rufiz Hafizoğlu isə açıqlamasında bildirib ki, İran, Rusiya və Ermənistanın iştirak etdiyi platformalarda səsləndirilən mesajlar təsadüfi xarakter daşımır və bu cür təşəbbüslər adətən əvvəlcədən müəyyən siyasi məqsədlərə xidmət edir:

    "Hər zaman görmüşük ki, istər İran, istər Rusiya, eləcə də Ermənistan kimi müəyyən geosiyasi maraqları olan ölkələr mövqelərini rəsmi şəkildə açıqlamazdan əvvəl bunu müxtəlif beyin mərkəzləri, ekspert platformaları və analitik müzakirələr vasitəsilə ictimai rəyə çatdırmağa çalışırlar. Bu baxımdan belə forumlarda səsləndirilən fikirləri diqqətlə izləmək lazımdır".

    Ekspertin sözlərinə görə, əsas məsələ forumlarda hansı məzmunlu mesajların verilməsidir:

    "Əgər bu cür platformalarda bölgədə sabitliyə, sülhə və iqtisadi layihələrin inkişafına xidmət edən fikirlər səslənirsə, bu, yalnız müsbət qiymətləndirilə bilər. Lakin mövcud reallıq göstərir ki, İran və Rusiyanın bu məsələlərə yanaşması fərqlidir".

    R.Hafizoğlu hesab edir ki, İranın regiondakı nəqliyyat və kommunikasiya layihələrinə münasibəti uzun müddətdir dəyişməyib:

    "İran uzun illərdir Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəqliyyat, enerji və kommunikasiya layihələrinə ehtiyatla yanaşır, bəzi hallarda isə onları öz maraqları baxımından risk kimi qiymətləndirir. Tehran bu məsələləri dəfələrlə özünün 'qırmızı xətti' kimi təqdim edib".

    Siyasi şərhçi bildirib ki, Rusiyanın da bu məsələdə mövqeyi diqqətdən kənarda qalmamalıdır:

    "Rusiya rəsmi bəyanatlarında regionda yeni nəqliyyat marşrutlarına dəstək verdiyini bildirsə də, praktiki müstəvidə bu layihələrə münasibətinin hər zaman eyni olmadığı müşahidə edilir. Bu səbəbdən Moskvanın proseslərdəki rolunu da nəzərə almaq lazımdır".

    Ekspertin fikrincə, İran, Rusiya və Ermənistanın eyni platformada iştirakı müəyyən suallar doğurur:

    "Mən hesab edirəm ki, bu üç ölkənin eyni platformada təmsil olunması və regiondakı kommunikasiya layihələri ilə bağlı müzakirələr aparması diqqətlə təhlil edilməlidir. Belə təşəbbüslərin bölgədə əməkdaşlıqdan daha çox geosiyasi maraqlara xidmət edib-etmədiyi sual doğurur".

    R.Hafizoğlu sonda qeyd edib ki, bu, onun şəxsi siyasi qiymətləndirməsidir:

    "Bu, mənim siyasi qiymətləndirməmdir və fərqli yanaşmalar da ola bilər. Ancaq düşünürəm ki, İran, Rusiya və Ermənistan faktorunun birlikdə yer aldığı platformalarda regionun kommunikasiya layihələrinə tam dəstək veriləcəyini gözləmək çətindir".

    #İran #Rusiya #ABŞ #Ermənistan #Rufiz Hafizoğlu #Donald Tramp #TRIPP layihəsi #Ermənistanın Sünik vilayət #Ermənistan-İran ekspert-analitik forumu #nəqliyyat-kommunikasiya layihələri #TRIPP
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran müharibə və atəşkəs dövründə 18 milyard dollarlıq neft satdığını açıqlayıb

    25 İyul 2026 22:20

    Demokratlar Men ştatında Senata namizəd kimi Troy Ceksonu seçib

    25 İyul 2026 22:11

    SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

    25 İyul 2026 21:47

    LSEG-nin "Lipper" bölməsi istiqraz fondları ilə bağlı iri əməliyyatı araşdırır

    25 İyul 2026 21:43

    İran Səudiyyə Ərəbistanı ilə Yəmən arasındakı gərginliyin dialoq yolu ilə həllinə çağırıb

    25 İyul 2026 21:40

    Kasım-Jomart Tokayev Ukrayna müharibəsinin dondurulmasını və danışıqların bərpasını təklif edib

    25 İyul 2026 21:12

    Qətər və Misir Dohada regional təhlükəsizlik və gərginliyin azaldılmasını müzakirə edib

    25 İyul 2026 21:09

    Rusiyanın bəzi bölgələrində yanacaq çatışmazlığı hələ də davam edir

    25 İyul 2026 20:03

    Etimadımız ABŞ və İsrailə deyil, İrana və müqavimət qüvvələrinədir - Livan

    25 İyul 2026 19:31

    Husilərin hücumları İranın regional strategiyasının tərkib hissəsidir - Yəmən

    25 İyul 2026 19:25

    SEPAH Hörmüz boğazında dörd gəmini dayandırdığını açıqlayıb

    25 İyul 2026 19:22

    İran Prezident Administrasiyası dövlət televiziyasını senzurada ittiham edib

    25 İyul 2026 18:42
    XƏBƏR LENTİ

    Ermənistan İranla birgə TRIPP layihəsinə qarşı çıxdı

    Avtomobildə Qurani-Kərim: İman nişanəsi, yoxsa batil inanc?

    The Wolf of Wall Street – Kapitalizmin, həzzin və hədsizliyin çılğın zirvəsi

    Türk mədəniyətindəki 54 fərz nədir?

    Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

    Fironların qəzəbi, donanma dəhşəti: Gündəlik işlətdiyimiz ifadənin şok mənşəyi

    İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

    Yuxuda dəvəquşu görmək necə yozulur?

    Samsung Galaxy Z Fold8 qısa icmalı

    Ronaldo niyə biznes imperiyasını genişləndirir? - "Qızıl qandal" fenomeni və sərvətin görünməyən tərəfi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.