Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranın nüvə fəaliyyətləri beynəlxalq nəzarət altına alınır - MAQATE

    20 Noyabr 2025 16:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın nüvə fəaliyyətləri beynəlxalq nəzarət altına alınır - MAQATE
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat və giriş tələblərini əhatə edən qətnaməni qəbul edib.

    AzerVoice xəbər verir ki, qətnamə Böyük Britaniya, Fransa və Almaniya (E3) ilə ABŞ tərəfindən təqdim olunub və İranın son 5 aydır MAQATE tərəfindən yoxlanılmayan zənginləşdirilmiş uran ehtiyatlarının ciddi narahatlıq doğurduğu vurğulanıb.

    Sənəddə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq İranın öz öhdəliklərini yerinə yetirməli olduğu qeyd edilir. Tehran hücuma məruz qalan nüvə obyektlərinə MAQATE müfəttişlərinin girişinə icazə verməyə və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat təqdim etməyə çağırılır.

    Qətnamədə MAQATE-nin baş direktoru Rafael Mariano Qrossidən İranın NPT (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə) üzrə təminat sazişi və “snapback” mexanizmi ilə yenidən qüvvəyə minmiş 6 BMT Təhlükəsizlik Şurası qətnaməsinə uyğunluq barədə İdarə Heyətinə müntəzəm hesabat verməsi tələb olunur.

    Sənəddə həmçinin İranın 18 dekabr 2003-cü ildə imzaladığı Əlavə Protokolun müddəalarına tam əməl etməsi və bu öhdəlikləri gecikmədən yerinə yetirməsi çağırışı yer alır.

    #Almaniya #Fransa #Böyük Britaniya #Nüvə tərksilahı üzrə konfrans #nüvə enerjisi #nüvə silahı #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #Rafael Qrossi #Nüvə razılaşması #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İranın nüvə danışıqları #Nüvə obyektlərinə hücum riski #İran nüvə sazişi #MAQATE-nin tənqidləri #İran-MAQATE münasibətləri #NPT (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    3 Sentyabr 2026 21:03

    Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək

    3 Sentyabr 2026 18:24

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    3 Sentyabr 2026 13:50

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    İranın nüvə obyektlərini yenidən qurduğuna dair əsaslı sübut yoxdur - MAQATE

    27 Avqust 2026 16:45

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    27 Avqust 2026 12:51

    Tarixdə bu gün – 27 Avqust

    27 Avqust 2026 00:01

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    Böyük Britaniya İsrailin Qələndiyadakı addımını qəbuledilməz adlandırıb

    26 Avqust 2026 20:21
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.