#NPT (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə)

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyəti İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı məlumat və giriş tələblərini əhatə edən qətnaməni qəbul edib. Qətnamə Böyük Britaniya, Fransa və Almaniya (E3) ilə ABŞ tərəfindən təqdim olunub və İranın son 5 aydır MAQATE tərəfindən yoxlanılmayan zənginləşdirilmiş uran ehtiyatlarının ciddi narahatlıq doğurduğu vurğulanıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, İran heç vaxt təzyiq və hədələr qarşısında geri çəkilməyəcək və hərbi təcavüzlə iqtisadi terror ölkəni öz qanuni hüquqlarından imtina etdirməyəcək. Nyu-Yorkda IAEA-nın hesabatı üzrə keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən İravani qeyd edib ki, Agentliyin hesabatları həmişə peşəkar və siyasətdən kənar olmalıdır.