BAKI,VOA,Yusif Şərifzadə
Rusiya Prezidenti Vladimir Putin ABŞ və İran arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirib.
VOA xəbər verir ki, Putin bu razılaşmanın Pakistanın vasitəçiliyi ilə əldə olunduğunu bildirib.
O qeyd edib ki, Moskva bu sənədi münaqişənin daimi şəkildə dayandırılması istiqamətində mühüm addım kimi görür.
Putinin sözlərinə görə, bu cür razılaşmalar gələcək sülh sazişləri üçün nümunə ola bilər.
Rusiya lideri Yaxın Şərqdə sabitliyin təmin olunmasının qlobal enerji bazarlarına müsbət təsir edəcəyini vurğulayıb.
O, bu fikirləri Kazanda keçirilən Rusiya–ASEAN sammitində səsləndirib.
Putin beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini də qeyd edib.