Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Uran zənginləşdirmə texnologiyası bombardmanla məhv edilə bilməz – İran

    1 İyul 2025 10:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Uran zənginləşdirmə texnologiyası bombardmanla məhv edilə bilməz – İran
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.

    AzerVoice xəbər verir ki, Əraqçi bildirib ki, Tehranın əsas tələbi Vaşinqtonun hərbi hücumlardan imtina etməsinə dair təminatdır.

    “Mən inanmıram ki, danışıqlar bu qədər tez başlasın. Əvvəlcə əmin olmalıyıq ki, ABŞ danışıqlar prosesi zamanı bizə yeni hərbi zərbələr endirməyəcək.”- deyə o bildirib.

    O əlavə edib ki, “diplomatiya qapısı heç vaxt bağlanmayacaq”, lakin hazırda İranın hələ bir qədər vaxta ehtiyacı var.

    Əraqçi həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin "İran bir neçə ay ərzində uranı yenidən zənginləşdirməyə qayıda bilər" fikirlərinə münasibət bildirərək, “Zənginləşdirmə texnologiyasını və elmini bombardmanla yox etmək mümkün deyil. Əgər irəliləyiş üçün iradəmiz varsa – ki, var – o zaman zərərləri tezliklə bərpa edib itirilmiş vaxtı kompensasiya edə bilərik.”- deyə bildirib.

    Əraqçinin müavini Məcid Təxt Rəvancı isə BBC-yə verdiyi müsahibədə deyib ki, İran yalnız o halda diplomatik danışıqlara qayıdacaq ki, ABŞ yeni hərbi hücumlardan imtina etsin. Onun sözlərinə görə:

    “Vaşinqtonun iranla danışmaq istədiyini eşidirik. Amma nə tarix, nə də format üzərində razılaşma yoxdur. Əgər danışıqlar aparırıqsa, paralel şəkildə yenə hücuma məruz qalacağıqmı? ABŞ bu məsələdə hələ də mövqeyini açıqlamayıb.”

    O əlavə edib ki, Tehran ABŞ-dan rejim dəyişikliyinə yönələn niyyətlərinin olmadığını eşidib, amma bununla bağlı aydın bir təminat verilməyib.

    Qeyd edək ki, İsrail 13 iyun tarixində İranın hərbi və nüvə obyektlərinə qəfil hücum həyata keçirib. Hücum zamanı bir sıra yüksək rütbəli hərbçilər və nüvə alimləri qətlə yetirilib. İsrail bu əməliyyatla İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu bildirib. Tehran isə nüvə silahı əldə etmək niyyətində olmadığını, yalnız sülh məqsədli enerji istehsalı ilə məşğul olduğunu vurğulayıb.

    21-22 iyun gecəsi isə ABŞ İranın üç əsas nüvə obyektini vurub. 12 gün davam edən müharibədən sonra ABŞ prezidenti Tramp 24 iyunda İran və İsrail arasında atəşkəs elan edib. Tramp daha sonra bəyan edib ki, əgər İran hərbi məqsədlə uranı zənginləşdirməyə davam etsə, ABŞ yeni hücumlara başlayacaq.

    #İran #Tehran #Vaşinqton #İran XİN #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #ABŞ və İran arasında hərbi gərginlik #ABŞ-İran diplomatik münasibətləri #İran nüvə sazişi #İran-ABŞ gərginliyi #İran nüvə razılaşmasının gələcəyi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #İran və ABŞ arasında gərginlik #İran ABŞ danışıqları #ABŞ-İran arasında nüvə danışıqları #İran ABŞ diplomatiyası #İran-ABŞ əlaqələri #ABŞ və İran liderləri #ABŞ-İran razılaşması #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması #İran ABŞ dolayı danışıqları #ABŞ-İran gərginliyi #İran nüvə alimləri hədəf alındı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın bu bəyanatı regionda gərginliyi daha da artıracaqmı?

    8 İyul 2026 19:34

    ABŞ Prezidenti İranın addımlarından narazı olduğunu bildirib

    8 İyul 2026 19:31

    ABŞ bu gecə İrana yenidən zərbə endirəcək - Tramp

    8 İyul 2026 19:27

    NATO İrandan Hörmüz boğazında gəmiçilik azadlığına hörmət etməyi tələb edib

    8 İyul 2026 19:20

    İran nüvə silahına malik olmamalıdır - NATO liderləri

    8 İyul 2026 18:45

    İranın Sirik limanına zərbə endirilib, 4 nəfər yaralanıb

    8 İyul 2026 18:41

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    8 İyul 2026 18:37

    NATO-nun Hörmüz boğazına müdaxiləsi üçün alyansın mahiyyəti dəyişməlidir

    8 İyul 2026 18:34

    Körfəzdəki hadisələri diqqətlə izləyirik - İsrail

    8 İyul 2026 18:27

    Avropa İttifaqı İranın Hörmüz boğazında tankerlərə hücumlarını pisləyib

    8 İyul 2026 18:21

    İran Hindistana məxsus neft tankerinin Oman marşrutundan geri qaytarıldığını bildirib

    8 İyul 2026 18:17

    Səudiyyə Ərəbistanına məxsus neft tankeri Hörmüz boğazındakı insidentdən salamat çıxıb

    8 İyul 2026 18:15
    XƏBƏR LENTİ

    Trampın bu bəyanatı regionda gərginliyi daha da artıracaqmı?

    ABŞ Prezidenti İranın addımlarından narazı olduğunu bildirib

    ABŞ bu gecə İrana yenidən zərbə endirəcək - Tramp

    BMT komissiyası İsraildən Qəzza xəstəxanasının direktorunu azad etməyi tələb edib

    NATO İrandan Hörmüz boğazında gəmiçilik azadlığına hörmət etməyi tələb edib

    NATO liderləri kollektiv müdafiə öhdəliyini təsdiqləyiblər

    İran nüvə silahına malik olmamalıdır - NATO liderləri

    İranın Sirik limanına zərbə endirilib, 4 nəfər yaralanıb

    Tramp NATO liderləri qarşısında əvvəlki bəyanatlarını səsləndirmədi

    NATO-nun Hörmüz boğazına müdaxiləsi üçün alyansın mahiyyəti dəyişməlidir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.