Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Qəzzadakı vəziyyət əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməzdir - BMT rəsmisi

    29 Sentyabr 2025 21:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzadakı vəziyyət əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməzdir - BMT rəsmisi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov, Qəzzada İsrailin hərbi əməliyyatlarını tənqid edərək bölgədəki vəziyyətin əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməz olduğunu bəyan edib.

    AzerVoice xəbər verir ki, Ramiz Ələkbərov bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında səsləndirib.

    “Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının intensivləşməsi məni dəhşətə salır,” – deyə Ələkbərov bildirib və əlavə edib ki, İsrailin hücumları fələstinlilərə görünməmiş miqyasda ölüm və dağıntı gətirməyə davam edir.

    O, qadınlar və uşaqlar da daxil olmaqla mülki vətəndaşların hədəfə alınmasını qəti şəkildə pisləyib, bölgədə yaşanan faciənin insan əli ilə yaradılmış bir aclıq fəlakəti olduğunu vurğulayıb.

    Ələkbərov, İsrailin Qəzzada sürətli və maneəsiz humanitar yardım çatdırılmasını təmin etmək öhdəliyində olduğunu qeyd edərək, BMT və tərəfdaşlarının bu yardımların bölgəyə çatdırılması üçün "sübut olunmuş və prinsiplərə əsaslanan" bir planının olduğunu bildirib.

    O, Fələstin xalqına qarşı kollektiv cəzanın heç bir halda əsaslandırıla bilməyəcəyini, bu praktikanın dərhal dayandırılmalı olduğunu vurğulayıb. Eyni zamanda, Qəzzada və işğal olunmuş Fələstin ərazilərində əhalinin zorla köçürülməsi və etnik təmizləmə hallarını qəti şəkildə rədd etdiyini bəyan edib.

    Ələkbərov həmçinin, İsrailin fələstinlilərə məxsus torpaqları zəbt etməsi və Qərb Şəriyyənin ilhaqını təşviq edən addımlarına da diqqət çəkib.

    “İsrail məskənlərinin heç bir hüquqi qüvvəsi yoxdur və onlar beynəlxalq hüququn və BMT qətnamələrinin açıq şəkildə pozulmasıdır. Bu siyasət Fələstin dövlətinin ərazilərini sistemli şəkildə daraldır və İsrailin qanunsuz işğalını daha da dərinləşdirir.” - deyə Ələkbərov bildirib.

    Ələkbərov sonda əlavə edib ki, İsrailin dağıdıcı hücumları, məcburi köçürmələr və gündəlik həyatı iflic edən məhdudiyyətləri fələstinlilər arasında ümidsizlik və narazılıq hissini artırır. O, bu tədbirlərin insan hüquqları pozuntusu olduğunu vurğulayaraq İsrailin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməli olduğunu xatırladıb.

    #Qəzza #Fələstin #Qəzza zolağı #BMT #BMT Təhlükəsizlik Şurası #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Fələstinli məhbuslar #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #Ramiz Ələkbərov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    1 Sentyabr 2026 18:20

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.