BAKI,VOA
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Nasar Hayat “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans zamanı deyib.
N.Hayat bildirib ki, dünyanın bir çox yerində mina problemi cəmiyyətin həyatını təhlükə altında saxlayır.
“Azərbaycanda 2020-ci il İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 437 Azərbaycan vətəndaşı zərər çəkib.
Bu fakt mina probleminin insan həyatı üçün çox ciddi təhlükə olaraq qaldığını göstərir”,- deyə o bildirib.
O qeyd edib ki, min çirklənməsi milli bir problem ola bilər, lakin minatəmizləmə fəaliyyəti qlobal bir məsuliyyətdir.
“Bir ölkədə inkişaf etdirilən təcrübə, texnologiya və dərslər bir çoxlarına fayda verə bilər.
Hələ çox iş görülməlidir və daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır. 2026-2030-cu illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasındabiz ANAMA-nı dəstəkləməyə sadiqik”,- deyə o bildirib.