BAKI,VOA,Vüsalə Əzimzadə
Yəməndə husilərin fəaliyyətinin genişlənməsi və quraqlıq ərzaq təhlükəsizliyi böhranını daha da ağırlaşdırıb. Ölkənin dörd əyalətinin aclıq həddinə bir pillə qaldığı bildirilir.
Bu barədə VOA məlumat verir. Məlumata görə, husilərin Əl-Moxa limanına hücumları ticarət əməliyyatlarını və təchizat zəncirlərini pozaraq ərzaq təminatına əlavə təzyiq yaradıb.
Beynəlxalq hesabatda həmçinin quraqlıq mövsümünün kənd təsərrüfatına və ərzaq istehsalına mənfi təsir göstərdiyi qeyd olunur. Nəticədə ölkədə ərzaq çatışmazlığının daha da artacağı ilə bağlı xəbərdarlıq edilib.
Yəməndə humanitar vəziyyətin pisləşməsi fonunda milyonlarla insanın ərzaq yardımına ehtiyacı olduğu bildirilir.