BAKI,VOA,Vüsalə Əzimzadə
İspaniyanın müxtəlif şəhərlərində Seuta ətrafında yaranmış miqrasiya böhranına etiraz olaraq on minlərlə insan küçələrə çıxıb.
Bu barədə VOA məlumat verir ki,etirazçılar İspaniya hökumətinin böhranın idarə olunmasından narazılıqlarını bildirərək Seuta ilə həmrəylik nümayiş etdiriblər.
Aksiyalar Seutanın illik rəsmi bayramı ilə eyni vaxta təsadüf edib. Etirazlar Madrid, Barselona, Valensiya, Sevilya və digər şəhərlərdə keçirilib.
Böhran iyul ayında Mərakeşdən Seutaya kütləvi keçid cəhdindən sonra kəskinləşib. Həmin vaxt ən azı 72 min nəfərin sərhədi keçdiyi bildirilir. Seuta hakimiyyətinin məlumatına görə, 10 mindən çox miqrant hələ də müvəqqəti düşərgələrdə və şəhərin müxtəlif ərazilərində qalır.
İspaniya hökuməti müvəqqəti yerləşdirmə mərkəzlərinin imkanlarını artırıb və bölgəyə əlavə polis qüvvələri göndərib. Bununla belə, yerli hakimiyyət və xeyriyyə təşkilatları görülən tədbirlərin kifayət etmədiyini bildirirlər.