Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Hizbullah “Mən də varam” deyəcəkmi?

    22 İyun 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullah “Mən də varam” deyəcəkmi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    7 oktyabr 2023-cü ildə “Qəzzəyə dəstək” və “cəbhələrin birliyi” şüarı ilə Livanı birtərəfli şəkildə müharibəyə sürükləyən Hizbullah, indi də İranla İsrail arasında başlayan yeni savaşda eyni addımı atacaqmı?

    Müharibənin ilk saatlarından etibarən həm Prezident Cozef Aun, həm də Baş nazir Nəvvaf Salam Livanın neytrallığını vurğulayıb və ölkənin yenidən müharibəyə cəlb edilməsinin qarşısını almağa çağırıblar. Lakin ABŞ Prezidenti Donald Trampın “İran şərtsiz təslim olmalıdır” bəyanatından və ABŞ-ın müharibəyə birbaşa qoşulma ehtimalından sonra, İranın SEPAH qüvvələrindən və Hizbullaha yaxın mənbələrdən gələn açıqlamalarda partiyanın “ağır silahlarla” döyüşə qoşulmasının istisna olunmadığı bildirilir. Halbuki bu silahlar son Livan müharibəsi zamanı İsrailə qarşı istifadəyə verilməmişdi.

    Siyasi və ictimai narazılıq artır

    Bu ehtimallar Livandakı siyasi dairələrdə və cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə də yeni prezidentin “sülh və müharibə qərarlarının yalnız dövlətin səlahiyyətində olacağı” barədə verdiyi vədlər fonunda, Hizbullahın hələ də özbaşına qərar verməsi kəskin tənqid olunur. Partiyanın yayımladığı son bəyanatda isə ABŞ-ın Ali Lider Əli Xameneiyə qarşı təhdidlərinə sərt cavab verilib və bu təhdid “müsəlmanlara qarşı hörmətsizlik” adlandırılıb.

    Hizbullah: “Biz neytral deyilik”

    “Biz neytral deyilik. İranın haqlı mübarizəsinin, onun müstəqilliyinin və ABŞ-İsrail zorakılığına qarşı dirənişinin yanındayıq. Biz bu ədalətsizliyin qarşısında İran rəhbərliyi və xalqı ilə həmrəyik və mövqeyimizi uyğun şəkildə ifadə edəcəyik.”-deyə Hizbullah Baş katibi Naim Qasım bildirib.
    Bu açıqlamanın təkcə İsrailə deyil, eyni zamanda Livan daxilindəki siyasi rəhbərliyə də mesaj olduğu qeyd olunur. Siyasi şərhçi Əli Əminə görə, bu sözlər “Hizbullahın müharibəyə birbaşa daxil olacağı” anlamına gəlmir, çünki bu addım təşkilat üçün intihar olardı.
    Əmin əlavə edir: “Qasımın bəyanatı ilə parlament sədri Nəbi Berrinin ‘Livan müharibəyə girməyəcək’ bəyanatı arasında açıq fikir ayrılığı var. Lakin bu fərq hələlik daha çox simvolik xarakter daşıyır.”

    Qərar Tehrandan verilir?

    Siyasi tədqiqatçı Nəbil Xuri bildirib ki, Hizbullahın hələlik döyüşə qoşulmaması onun zəifliyini göstərir. Son müharibədə aldığı zərbələrdən sonra Hizbullahın hərbi və strateji çəkisi azalıb. İran isə bu mərhələdə onu kənarda saxlamaqla vəziyyəti diplomatik yolla həll etməyə çalışır.
    “ABŞ münaqişəyə tam şəkildə qoşularsa və İran böyük məğlubiyyətə yaxınlaşarsa, Tehran Hizbullaha əmri verəcək. Bu isə Livanda ciddi fəlakətlə – xüsusilə cənub bölgəsinin dağıdılması və əhalinin kütləvi köçü ilə nəticələnə bilər.”-deyə Xuri bildirib.

    Əli Əmin də bildirir ki, Hizbullahın qərarı öz əlində deyil: “Əsas qərar İranın Ali Liderindədir. Bu, dini deyil, siyasi itaət sistemidir. Hizbullah bu mərhələdə müharibəyə təkbaşına girməz, lakin əmr gələrsə, mütləq icra edəcək.”
    Siyasi analitik Əsəd Bəşara isə hesab edir ki, İran uduzarsa, bütün müttəfiqləri çökəcək

    “Hizbullah bu müharibədə İranın tərəfində olduğunu dolayısı ilə bəyan edir və bu çox təhlükəlidir. Əgər İran rejimi uduzarsa, bu, onun bütün müttəfiqləri – o cümlədən Hizbullah üçün ‘rəhmət gülləsi’ olacaq. Belə bir vəziyyətdə Hizbullah istər-istəməz müharibəyə qoşulacaq.Dövlət bu təhlükənin qarşısını almaq üçün daha qətiyyətli addımlar atmalıdır. Prezident və hökumətin xəbərdarlıqları kifayət deyil. Çünki Hizbullahın İranla əlaqəsi çox güclüdür. Əgər Tehran göstəriş versə, bu əməl olunacaq – nəticələri nə olur-olsun.” - deyə, o qeyd edib.

    Qeyri-qanuni silahların taleyi müharibədən asılı olacaq

    İsrail–İran müharibəsindən əvvəl Livanda qeyri-qanuni silahların dövlət nəzarətinə verilməsi məqsədilə dialoq başlanmışdı. Prezident Aun və Fələstin lideri Mahmud Abbas bu prosesi dəstəkləmişdilər. Lakin müharibənin başlanması bu təşəbbüsə ciddi zərbə vurdu.

    “ABŞ-ın göndərdiyi nümayəndə heyəti Livanda dövlət hakimiyyətinin tam şəkildə qurulmasının vacibliyini vurğulayıb. Dövlətin nəzarəti olmadan beynəlxalq dəstək və ya münasibət normallaşması mümkün deyil. Lakin Hizbullah bu prosesi real şəkildə dəstəkləmir.”-deyə siyasi analitik Bəşara qeyd edib.

    Əli Əmin isə hesab edir ki, “15 iyun tarixində konkret addım atılmalı idi, lakin bu baş vermədi. Fələstin düşərgələrindəki silahlar məsələsi belə öz həllini tapmayıb. Hizbullahın silahları isə daha mürəkkəb məsələdir və bu yalnız müharibənin nəticəsinə görə həll olunacaq. İran qalib gəlsə, proses təxirə düşə bilər. Lakin əgər İran məğlub olsa, Hizbullahın silah məsələsi danışıqların əsas gündəmi olacaq.

    #İsrail #İran #ABŞ #Livan #Hizbullah #Livan xəbərləri #İran və Hizbullah əlaqələri #İsrail və İran gərginliyi #İsrail və Hizbullah qarşıdurması #İran-ABŞ münasibətləri #Hizbullah və Livan siyasəti #İsrail Livan münasibətləri #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #İran-İsrail gərginliyi #ABŞ və İran arasında hərbi gərginlik #İran və İsrail kəşfiyyat savaşı #İran-İsrail münaqişəsi #ABŞ-İran diplomatik münasibətləri 2025 #İran və İsrail arasında hərbi toqquşma riski #ABŞ-İran münasibətləri: Yeni eskalasiya dalğası? #İran və İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İsrailin İran meylli qüvvələrə hücum ehtimalı #İsrailin Yaxın Şərqdə hərbi strategiyası #ABŞ-İran arasında nüvə danışıqları #İran-İsrail münasibətləri #İran ABŞ diplomatiyası #İran və ABŞ arasında yeni saziş olacaqmı? #Muskatda ABŞ-İran danışıqları fonunda Tehranda səfər #İran–ABŞ danışıqları #İsrailin İran hücumu #İran-ABŞ nüvə gərginliyi #ABŞ və İsrailin İran siyasəti #ABŞ-İran sanksiya qərarı #ABŞ-İran gərginliyi #ABŞ İran gərginliyi #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    2 İyun 2026 22:43

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    2 İyun 2026 22:08

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    2 İyun 2026 21:41

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    2 İyun 2026 21:30

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    2 İyun 2026 21:18

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    2 İyun 2026 21:12

    Almaniya kansleri İsraili Livanda “təmkinli olmağa” çağırıb

    2 İyun 2026 20:14

    ABŞ vasitəçiliyi ilə vəziyyəti sabitləşdirə bilərmi?

    2 İyun 2026 20:09

    İsrailin müdafiə ixracatı rekord səviyyəyə yüksəlib

    2 İyun 2026 20:07

    Cozef Aun Livandakı parçalanmanın İsrail maraqlarına xidmətini niyə vurğulayır?

    2 İyun 2026 19:58

    İsrail və Livan niyə Vaşinqtonda görüşür?

    2 İyun 2026 19:43

    Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

    2 İyun 2026 19:38
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 İyun

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    Ayətullah Əli Xameneinin dəfni üç günlük mərasimlə keçiriləcək

    ABŞ-İran danışıqlarında Trampın rolu və baxışı necədir?

    Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

    Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Qətərin Baş Naziri ilə Dohada görüşüb

    İran futbolçuları Dünya Çempionatında uğur qazana biləcəkmi?

    İşğal altındakı İordan çayının Qərb sahilində gərginlik artır

    Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir

    İsrail hərbi sənayedə ilk dəfə xarici işçi qüvvəsinə müraciət edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.